Cümə axşamı günü, 05 noyabr 2026
     

Türkmən qardaşlarımız erməni oyununa gəldilər - Sayat Nova hardan erməni oldu...

Image


Azər Həsrət: "Məhtimqulunun yanı başında Sayat Novaya abidə qoyulması, əlbəttə ki, xoş bir şey deyil"

Türklərə qarşı açıq düşmənçilik edən ermənilər hansısa yollarla qardaş Türkmənistana yaxınlaşmağa meyl edirlər. Onlarla türkmənlərin arasında heç bir tarixi bağ olmadığı halda özlərini türkmən xalqına "dost" kimi göstərməyə çalışırlar. 

Təəssüflər olsun ki, gerçəklikləri araşdırmağa o qədər də həvəs göstərməyən türkmənlər asanlıqla erməni toruna düşürlər. Belə olmasaydı, onlar Sayat Novanı (Səyyad Nəva) erməni aşığı" kimi qəbul edib ona Türkmənistanın paytaxtı Aşqabad şəhərində, Məhtimqulu parkında abidə ucaltmazdılar.

Mətbuatda və sosial şəbəkələrdə yaylan məlumatlara, fotogörüntülərə görə, Türkmənistan paytaxtında "erməni aşığı" Sayat Novanın abidəsinin açılışı olub. Məlumatlara görə, açılış mərasimində Ermənistan nümayəndə heyəti, 20 ölkədən qonaqlar iştirak edib. 

Halbuki, Sayat Nova-Səyyad Nəva alban-türk aşığı və şairdir, o, öz şeirlərini Azərbaycan dilində yazıb, bu dildə təbliğ edib. Onun ermənilərlə heç bir əlaqəsi olmadığı halda, onu ermənilər öz adlarına çıxırlar. Səyyad Nəvanın xristian dininə tapınması o demək deyil ki, o erməni olub, o öz dinini saxlayan alban-türk olub. Bunu tarixi mənbələr də, tədqiqatçıların üzə çıxardığı faktlar da təsdiqləyir. 

Abidədə Səyyad Nəva (Sayat Nova) əlində kamança ilə təsvir olunub. Dediyimiz kimi, nə onun, nə də kamançanın ermənilərə aidiyyəti yoxdur, bunu türkmənlər yaxşı bilməlidir axı. 

Tutalım, o erməni aşığıdır (baxmayaraq ki, ermənidən aşıq olmaz), bəs nə üçün Azərbaycanla hələ sülh müqaviləsi imzalamayan, hələ də bizə qarşı torpaq iddiasından əl çəkməyən Ermənistana, ermənilərə qucaq açır, hansı səbəbdən ermənilərin hiyləsinə uyğub o abidəni ucaldır?  Türkmən qardaşlarımız niyə ermənilərin toruna düşür? Ermənilərə nə üçün belə xoş münasibət göstərirlər?

Ekspertlər bildirir ki, Türkmənistanla Ermənistan arasında yaxşı münasibətlər var, bir müddət əvvəl İrəvanda böyük türkmən şairi Məhtimqulunun 300 illik yubileyi münasibətilə sərgi də təşkil edilib. O da vurğulanır ki, türkmən və erməni alimləri qarşılıqlı olaraq əməkdaşlıq edir, Türkmənistanda keçirilən elmi konfransalara ermənilər də dəvət edilir, onlara tribuna verilir, bu da onlara öz saxtakarlıqlarını təbliğ etmək üçün imkan yaradır. Bir türkdilli ölkədən ermənilərə belə isti  münasibət bəslənməsini duymaq doğrudan da çox ağırdır. Amma nə edək ki, hər dövlətin öz siyasi maraqları var...   

Qeyd edək ki, yazar Azər Qismət öz sosial şəbəkə hesabında "Türkmənistanın paytaxtı Aşqabadda, Məhtimqulu parkında Sayat Novanın abidəsi ucaldılıb. Açılış mərasimində Ermənistan nümayəndə heyəti, 20 ölkədən qonaqlar iştirak edib. Türkmənistan müstəqil ölkədir, kimin abidəsini istəsə ucalda bilər. Sadəcə, gərək xəbər saytlarında Sayat Nova şair olmaqla yanaşı, aşıq kimi təqdim edilməyəydi. Türkmən qardaşlar yaxşı bilir ki, aşıq sənəti azərbaycanlılara məxsusdur. Bir də çox istərdik ki, Məhtimqulu parkında Höte, Dante, Şota Rustaveli, Dostoyevskinin abidələri ilə yanaşı, Nizaminin də heykəli ucaldılsın. Sayat Novanın əlində tutduğu isə qopuz, ya sazdan çox kamançaya bənzəyir. Səhv edə bilərəm. Şərqə məxsus çalğı alətinin erməninin əlində əks etdirilməsi, heç də yaxşı görünmür"-deyə yazıb. 

"Ora bütün türk dünyasının zəif nöqtəsidir, ermənilər də bundan istifadə edib" 

Siyasi şərhçi Azər Həsrət  "Bakı-Xəbər"ə şərhində "Çox təəssüflər olsun ki, Türkmənistan ümumi qlobal müstəvidən özünü kənara çəkir. Eyni zamanda da türk dünyası ilə bağlı proseslərdə arzuolunan fəallığı göstərmir. Yəni o ölkənin fəaliyyəti, yanaşması ümumiyyətlə türk inteqrasiyasında elə də böyük rol oynamır. Çox təəssüflər olsun ki, onlar guya neytrallıq adı altında  özlərini faktiki olaraq təcrid ediblər. Ermənilərin də orada aktivləşməsi təsadüfi deyil. Çünki ermənilər bir qayda olaraq zəif nöqtələri tapırlar, hardasa olan boşluqları dərhal fərq edirlər və həmin boşluqlardan öz məqsədləri üçün istifadə edirlər. Bu da növbəti istifadə cəhdidir və təəssüflər olsun ki, alınıb. Əlbəttə, Sayat Nova ilə bağlı fərqli fikirlər də var, o, azərbaycanca da yazıb, türk dilində yazıb, bu məsələ də faktdır. Amma bütün bunlarla bərabər Məhtimqulunun yanı başında Sayat Novaya abidə qoyulması, əlbəttə ki, xoş bir şey deyil. Biz özümüz, yəni Azərbaycan da bunda az günahkar deyil (ik). Niyə? Ona görə ki, biz oranın Türkmənistan olduğunu bilirik, zəif nöqtəmizdir. Yəni ora bütün türk dünyasının zəif nöqtəsidir, ermənilər də bundan istifadə edib. Nə etmək lazımdır? Əlbəttə ki, orada nəzarəti daha yüksək səviyyədə həyata keçirmək lazımdır"-deyə bildirdi.

A.Həsrətin sözlərinə görə, elə etmək lazımdır ki, bu cür boşluqları ermənilər doldurmasın. "Həmişə hər yerdə demişəm ki, dünyada müxtəlif istiqamətlərdə boşluqlar olur, ermənilər bizdən qabaq oranı tutmasın deyə biz gedib oranı tutmalıyıq. Əlbəttə, bu proses anidən baş verməyib ki. Bir heykəl tikilirsə, açılışı edilirsə və sair bunlar birdən-birə olmur. Bu uzun prosesdir. Bu prosesin niyə baş tutması sualının cavabını özümüzdə, Azərbaycanda, Türkiyədə axtarmalıyıq. Türkmən qardaşlarımız bizi eşitməzdilərmi? Eşidərdilər. Görünür, bizim oradakı səfirliyimiz "yatır", işləmir, dünyadan xəbəri yoxdur. Bir zəhmət çəkəydilər, xəbər tutaydılar, qarşısını almaq üçün tədbir görəydilər. Tədbir görüblərsə və onları dinləməyiblərsə, buyursunlar, o haqda açıqlama versinlər. Biz bunları gözləyirik. Bu baxımdan erməniləri qınayırıq. Əlbəttə ki, onlarla bağlı narahatlıq ifadə edirik, ancaq bir az özümüzə baxaq, özümüzü də qınamalıyıq. Çünki biz boş  durduqca onlar fürsətdən istifadə edib o cür işlər görürlər. İlk dəfə deyil ki, biz bunu dəfələrlə dünyanın hər yerində görmüşük. İndi də, şəkililər demişkən, yavaş-yavaş gəlib "ağzımızın içində" də bu işi görürlər"-deyə A.Həsrət vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ