İran Azərbaycana yeni səfir təyin edənə qədər onun səlahiyyətlərini müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian icra edəcək.
Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik fəaliyyəti başa çatıb və o öz ölkəsinə qayıdıb.
Qeyd edək ki, 19 mayda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "X"-dəki səhifəsində paylaşım edərək diplomatik missiyasının başa çatdığını bildirib.