Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan kilsənin "nəfəsini” kəsmək üzrədir…

Image


Ermənistanda kilsə ilə hakimiyyətin qarşıduması getdikcə özünün pik həddinə yaxınlaşır. Kilsə bilir ki, hakimiyyətə qarşı hansısa addım ata bilməsə, özü fəaliyyətini dəyişməli, siyasətə müdaxiləsindən vaz keçməli olacaq. Elə bu fonda Tavuşdan başlayan, İrəvanda davam edən etirazlara hər cür dəstək verir. 

Hazırda irəvanda etirazlara qatılanlara, radikal müxalifətlə yanaşı, kilsə də maliyyə və digər formada dəstək verir. Erməni ekspert  Yuri Manvelyan də bunu təsdiqləyir. O qeyd edir ki, meydanlara çıxanları müxtəlif vasitələrlə ələ alıblar: "Amma bütün hallarda indi Ermənistanda nə keşiş Baqrat Qalstanyan populyardır, nə kilsə, nə də ki, onlarla eyni cəbhədə olan müxalifət. Onlar Paşinyanı devirəcək gücdə deyillər. Kilsənin heç vaxt humanist bir qurum imici olmayıb. Onların adı müxtəlif vaxtlarda müxtəlif qalmaqallarda, korrupsiyada hallanıb. Onlar demokratiya və sair də tələb etməyiblər. Məsələn, vaxtilə Robert Köçəryanı etirazçıların ölümünə görə, digər qanunsuz əməllərə görə tənqid etməyiblər. Onların cinayətkar oliqarx imici var. Bəzi din xadimləri lap varlıdır. Bir sözlə, hamı bilir onlar necə dolanır, necə yaşayır". Manvelyan deyir ki, İrəvanda aksiyalar Paşinyanın əleyhinə olan qüvvələrin mitinqlərinin davamıdır: "Nə vaxt ki böyük hadisə baş verir, mitinqə çıxırlar. İndi də sadəcə olaraq öz aralarından başqa bir qüvvəni - kilsəni seçib qabağa veriblər". Manvelyan etirazçıların sərhəd kəndlərinin və ya erməni xalqının mövqeyini əks etdirməsinə inanmadığını deyir: "Çünki çoxluq sülh istəyir, nəinki münasibətlərin pisləşməsini". O inanır ki, keşiş Qalstanyan keçmiş prezidentlərə - Robert Köçəryana, Serj Sarkisyana bağlıdır. Onlar da öz növbəsində, Paşinyandan fərqli olaraq, Kremlə yaxın qüvvələrdir. Azərbaycanda orta yaşlı nəsil Erməni Kilsəsinin siyasətdə rolunu 1980-ci illərin sonunda kilsənin Qarabağakı erməni separatçılara dəstəyi ilə xatırlayır.  O vaxt Erməni Kilsəsi həm də erməni diasporunun separatçılara yardım etməsinə lobbiçik edirdi. Bəs indi necə? Kilsə Ermənistanın dövlət siyasətinə təsir edəcək qədər nüfuzlu ola bilərmi? İrəvandakı Regional Araşdırmalar İnstitunun direktoru Riçard Giraqosyan deyir ki, indi durum fərqlidir: "Erməni kilsəsinin bir beynəlxalq şəbəkəsi var. Onlar dünyada erməni diasporu ilə işləyir. Qarabağ hərəkatı və müharibəsi vaxtı kilsə fəal idi. Amma indi baş verən başqadır. Bu, Ermənistanın daxili məsələsidir. İlk dəfədir ki, kilsə demokratik yolla seçilmiş hökumətə qarşı çıxır, müxalifəti dəstəkləyir. İlk dəfədir ki, belə şey baş verir". O deyir ki, bir neçə səbəbdən bu aksiyaların davamlı olacağını düşünmür. "Çünki nə müxalifət, nə kilsə populyardır, onlar ermənilər üçün keçmişdir. Üstəlik, iştirakçılar Paşinayana alternativ namizəd və siyasət irəli sürə bilməyiblər".

Hazırda Nikol Paşinyan iqtidarı kilsədə kadr dəyişikliyi, yaxud II Qareginin istefasına nail olmaq niyyətindədir. Paşinyan hökumətinin kilsə başçısına qarşı mübarizəsi Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlayıb. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qareginin hökumətə qarşı çıxışları ilə davam edib. Indi kilsə siyasətə müdaxilə edir və bu da hakimiyyətə bu quruma qarşı daha sərt gedişlər etmək imkanı yaradır. Burada xatırladaq ki, Paşinyanın opponenti olaraq hələ də Köçəryan və Sarkisyanı görən Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bütün etirazlara laqeyd münasibət sərgiləyib. Hazırda baş verənlər mövcud müxalifətin simasında hakimiyyətə qarşı müqaviməti genişləndirməyin mümkün olmadığını anlayan kilsənin prosesləri ələ almaq gedişidir.  Amma kilsə cəmiyyətdən dəstək ala bilmir. Bunlar fonunda hakimiyyətin kilsəyə qarşı hücumları artır. Hətta bu günlərdə Ermənistan parlamentinin hakim "Vətənaş müqaviləsi" partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinin tarixini əfsanə hesab etdiyini bildirib. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə ittiham edib: "Xalqımız çox ağır talelərlə üzləşib. Bu fırtınalı dənizdə üzmək üçün 100-dən artıq mif və stereotipləri məhv etməli olması ilə yanaşı, əslində o, hələ də 1700 illik mifi tamamilə və tamamilə məhv etməlidir, baxmayaraq ki, dövlətçilik yaratmaqla buna qismən nail oldu". Paşinyanın tərəfdarı hesab edir ki, kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir: "1700 illik tarixi ərzində dəfələrlə təkrarlanan erməni dövlətçiliyinin məhvinə kilsənin bilavasitə töhfəsi tükənəcək".  "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Qaqik Melkonyan qeyd edib ki, Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir.  O, müxalifət və kilsəni qeyri-ciddilikdə ittiham edib: "Əgər bir şey ciddi deyilsə, onu necə ciddi qəbul etmək olar? Əgər insanlar ölkəni dağıtmaq istəyirlərsə, hansı ciddilikdən danışmaq olar? Əvvəlcə onlar Tavuşda toplaşıblar və nə ediblər? Bəli, ciddiləşməliyik, ölkəni itirmək təhlükəsi var, bundan qorxmaq lazımdır. Onlardan üçüncü ölkə kimi, Rusiya tərəfindən Ermənistanı müharibəyə sürükləmək üçün "beşinci kolon" kimi istifadə olunur". Melkonyan əlavə edib ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının təmsilçisi Baqrat Qalstanyan bir çoxları kimi Rusiyanın ən yaxşı agentlərindən biridir: "Rusiyanın Ermənistanda həmişə agentləri olub, onlar hələ də fəaldırlar. Kilsə KQB ilə əlaqəli idi. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar. Əgər Baqrat Qalstanyan Tavuş yeparxiyasının primatıdırsa, onda niyə İrəvana üz tutur?".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ