Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan İran üzərindən Fars körfəzinə əlverişli çıxış əldə edəcək...

Image


Azərbaycanın yürütdüyü rasional siyasət ölkəmizin qonşu dövlətlərlə də münasibətlərinin ən yüksək səviyyədə bərqərar olmasına gətirib çıxarıb. Təbii ki, hələlik Ermənistan burada istisnadır. Zaman-zaman qonşu ölkələrlə hansısa anlaşılmazın aradan qaldırlması məqsədilə də rəsmi Bakı tərəfindən müvafiq addımlar atılıb və bunun da müsbət nəticələrini tərəflər hamısı hiss edib.

Deyilənlərə konkret nümunə qismində İranı göstərmək olar. İranla nalaşılmazlıqların dialoq yolu ilə aradan qaldırlması üçün ölkəmiz daim müvafiq fəaliyyət həyata keçirib. Elə bunun nəticəsidir ki, ikitərəfli münasibətlərdə böhranlə məqamlar aradan qalxıb. "Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi mərasimində çıxışı zamanı bu xüsusda prezident İlham Əliyev qeyd edib: "Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb". Dövlət başçısının mərasimdə toxunduğu mühüm məqamlardan biri də nəqliyyat layihələri ilə bağlı olub: "Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub nəqliyyat dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir... Eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq". Bütün bunlar bir daha təsdiq edir ki, ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamlar aradan qalxıb və daha çox əməkdaşlıq prioritetdir. Aparılan hesablamalar göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yükdaşıma imkanı 100 milyon tona qədər arta bilər. Yaxın perspektivdə dəhlizlə yükdaşıma 7 milyon tondan 15 milyon tona çatacaq. Gələcəkdə isə bu, mərhələli şəklidə tədricən artacaq. Şimal-Cənub dəhlizinin 162 kilometrlik Rəşt-Astara hissəsinin İranla birlikdə inşası davam edir. Bu layihəni 2027-2028-ci ildə yekunlaşdırmaq planlaşdırılır. Azərbaycan marşrutun öz ərazisindən keçən hissəsini yaxşılaşdırır ki, bu da ildə ilk mərhələdə 7 milyon ton yük daşınmasına imkan verir. 

Ekspertlər qeyd edir ki, bu gün mövcud ənənəvi nəqliyyat marşurutlarında Rusiya-Ukrayna müharibəsi, tətbiq olunmuş sanksiyalar üzündən məhdudiyyətlər yaranıb. Məhz buna görə də Asiyada və Avropada yerləşən dövlətlər iqtisadi əməkdaşlığın səmərəli davam etdirilməsi üçün yeni ixrac-idxal marşrutlarını araşdırır və istifadə etməyə çalışırlar. Bu baxımdan Hindistan da İranla Çabahar dəniz limanının idaərəçiliyini öz üzərinə götürməklə Rusiyaya, o cümlədən Qərbi və Şimali  Avropa ölkələrinə yüklərin daşınmasını həyata keçirmək istəyir. Azərbaycan, Rusiya və İranın birgə reallaşdırdığı Cənub-Şimal nəqliyyat dəhlizi Fars körfəzinə qədər dəmir yolunun uzanmasına gətirib çıxardır. Məhz Hindistandan gələn yüklərin Cənub-Şimal nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən Rusiyaya və Avropa ölkələrinə qədər daşınması imkanı yaranır. Bu kontekstdə Şimal-Cənub dəhlizi boyu son illər yüklərin artım dinamikasının və marağın artması  müşahidə olunur. Bunu nəzərə alaraq, dövlət tərəfindən silsilə layihələr həyata keçirilir. Bunlardan biri də Astara terminalının yenidən qurulmasıdır. Yüklərin artması bu işləri labüd edib. Bu terminalda görülən yenidənqurma işləri cənub istiqamətindən gələn yük axınının tələbə uyğun təşkili yönündə verilmiş qərar idi. 2017-ci ilə qədər Azərbaycan tərəfi İran Astarasında 35 hektar ərazini 25 illik icarəyə götürüb terminal tikmişdi. Azərbaycan Astarasında olan terminalda yenidənqurma işləri də əlavə yük qəbulu imkanı yaradacaq. Astara terminalı illik 1 milyon ton yük əməliyyatının aparılmasını mümkün edir, layihənin sonunda isə bu rəqəm növbəli iş rejimi ilə 4 milyon tona qədər olması gözlənilir. Terminalın əsas üstünlüklərindən biri də qəbul edilmiş yüklərin daşınması və yenidən yüklənməsi üçün yük sahibləri üçün güzəştli tariflərdən istifadə edilməsidir. İlkin hesablamalara görə, Astara terminalının istifadəyə verilməsi bu ilin sonunadək Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımalarını 10-15% artırmağa imkan verəcək. İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Dövlət başçısının bəhs etdiyi Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Bu, İran vasitəsilə Fars körfəzinə yüklərin çıxarılmasına imkan yaradacaq. Xatırladaq ki, işğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə start verilib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər bunun təsdiqidir. Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Qeyd edək ki, bu xətlərin çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün ilkin şərtdir. Bununla yanaşı. İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi isə qeyd edir ki, İran ilə Azərbaycan arasındakı Astaraçay üzərində salınan yeni körpü MDB və Şərqi Avropa ölkələrinin Fars körfəzi və Oman dənizinə çıxışını təmin edəcək. O bildirib ki, 138 kilometrlik Qəzvin-Rəşt avtomobil yolunda işlərin 95 faizi yerinə yetirilib: "Yolun tamamlanması üçün qalan 8,2 kilometrlik məsafədə isə tikinti işləri davam edir. Bu yol İranın mərkəzi və cənub regionları ilə Azərbaycan və Rusiyanın regionları arasındakı ticarət əlaqələrini genişləndirəcək". Qəzvin-Rəşt avtomobil yolunu Şimal-Cənub dəhlizinin mühüm hissəsi kimi dəyərləndirən X.Xademi bildirib ki, yeni yol və həyata keçirilən tranzit yükdaşımalar İran ilə qonşuları arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ