Cümə axşamı günü, 27 avqust 2026
     

Rəisinin helikopter qəzasının şübhəli məqamları - digər helikopterlər salamat qalıb...

Image


Mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Dini Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

İbrahim Rəisi həmin gün Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində iştirak etmişdi. Azərbaycan lideri İlham Əliyevlə birgə qatıldığı mərasimdə İbrahim Rəisi iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edən tarixi çıxışı etdi. İran prezidentinin həmin çıxışında olan bir məqama diqqət edək: "Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır. Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəmirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır. İki ölkə arasındakı sərhəddə təhlükəsizliyə təhdid yaradan hər hansı məsələ bizim üçün də təhlükə yarada bilər". Göründüyü kimi, prezident həyatının son anlarında Azərbaycan-İran dostluğu mövzusunda önəmli ismarıclar verib.

Amerika kəşfiyyatının məlumatına görə, İran prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb. ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer deyib: "Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir, lakin iş hələ də araşdırılır".

O, ABŞ kəşfiyyatının "qaydasız oyun"a dair heç bir sübut tapmadığını söyləyib:

"Vaşinqton vəziyyəti izləməyə davam edəcək".

Baş verən qəzadan sonra məlum olub ki, İran prezidenti İbrahim Rəisi mayın 19-da Ermənistanın Sünik (Zəngəzur) vilayətinə gəlməli olub, lakin son anda səfərini təxirə salıb. 

İran mediasında Rəisinin Qərbu Zəngəzur ərazisində yol açılışında iştirak etmək üçün Ermənistana səfərdən son anda imtina etdiyi haqda məlumat yayılmışdı.

Aviasiya mütəxəssisi Kayl Beyli "Əl Cəzirə" telekanalına açıqlamasında deyib ki, helikopter uçuş zamanı ciddi texniki problemlə üzləşirsə, pilotun birinci vəzifəsi təyyarəni idarə etməkdir, rabitə yaratmaq isə ikinci plana keçir.

O bildirib ki, görüntülərdə helikopterin iki hissəyə parçalandığı əks olunub:

"Biz qəza zamanı helikopterdən hər hansı bir təcili əlaqə yaradılmasını görmədik. Çünki pilot, çox ehtimal ki, helikopteri endirməyə və ya onu havada saxlamağa fokuslanıb. Böyük ehtimalla, helikopterin quyruq rotoru kəsilib, bu da əsas rotor qanadının quyruğa dəyməsinin nəticəsində baş verə bilər. Belə aydın olur ki, pilot helikopteri endirmək üçün manevr edərkən texniki problemlər yaranıb. Helikopterin saat əqrəbinin əksinə fırlandığını nəzərə alsaq, quyruq rotorunun sıradan çıxdığı qənaətinə gələ bilərik".

Qəza ilə bağlı yayılan maraqlı versiyalardan biri də prezidentin helikopterini  müşayiət edən digər helikopterlərin yoxa çıxmasıdır. 

Prezident İbrahim Rəisini daşıyan helikopterin qalıqları yaxınlığında dron görüntülərində bir nəfərin  aşkarlanması da ciddi müzakirələrə yol açıb. Bu barədə İran mediası görüntülər yayıb. İran bu görüntünü "sui-qəsd" iddiaları ilə yanaşı müzakirə edir.

Qəzanın baş verdiyi ərazidə ilkin aparılan axtarışlardan görünürdü ki, hava şəraiti yağışlıdır və kəskin qatı duman var.

Bildirilib ki, qəzaya, çox böyük ehtimal, qatı duman səbəb olub.

Qəzaya uğrayan helikopter Amerika istehsalı "Bell 212"  olub.

Məlumata görə, helikopter 14 nəfəri daşıya bilib və 190 km/saat sürətə malik olub.

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İbrahim Rəisinin ölümünə səbəb olan helikopter qəzasında ABŞ-ı günahlandırıb. Zərif yerli mediaya bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Birləşmiş Ştatlar İrana təyyarə, helikopter və ehtiyat hissələrinin satışını qadağan edib:

"Bu hadisə ABŞ-ın İrana qarşı cinayətləri siyahısına daxil ediləcək. Prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı faciədə ABŞ günahkardır".

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Cənazələrin daha sonra Tehran şəhərinə gətiriləcəyi güman edilir. Bildirilib ki, paytaxtda da dövlətin rəsmiləri və İran xalqı Rəisi ilə vidalaşacaq.

İddia olunub ki, daha sonra prezidentin nəşi doğulduğu Məşhəd şəhərinə gətirilərək torpağa tapşırılacaq.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ