Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezidentlə əməkdaşlıq kəlməsini dilə gətirməyənlər... Prezidentin partiyaları Qarabağ Zəfərinə şərik etməsi - Administrasiyada tarixi görüş... - Aydın QULİYEV yazır...

Image


"Prezident Administrasiyasında siyasi partiyalarla görüş Azərbaycanda çoxdan başladılmış yeni siyasi konfiqurasiyanın formalaşdırılması prosesinin davamıdır. 4 ilə yaxındır gedir. Belə ki, Azərbaycanda keyfiyyətcə yeni siyasi sistem münasibətlərinin yaradılması Vətən müharibəsinin ilk günlərindən başladıldı. Bu prosesin təşəbbüskarı təbii ki, Prezident İlham Əliyev oldu".

Bu fikirlər "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır. 

A.Quliyev daha sonra yazır: 

"Dövlət başçısı siyasi partiyaların Azərbaycanın tarixində misilsiz fenomen olan azadlıq və bütövlük müharibəsindən, böyük Qarabağ  Zəfərindən kənarda qalmalarını rəva görmədi və strateji düşüncə sahibi olan lider kimi hər siyasi qüvvənin bütün potensiallarının ortaya qoyulmasına şərait yaratdı. Sadə dildə desək, İlham Əliyev istədi ki, bütün mənalarda qaçılmaz olan Qarabağ qələbəsində, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ilk dəfə bərpasında bütün siyasi partiyaların az, ya çox dərəcədə payı olsun... Heç kim, heç bir partiya mənim bu mülahizəmdən inciməsin. Vətən müharibəsində Azərbaycan dövlətinin, onun konstitusion təmsilçisi İlham Əliyevin siyasətinə dəstək vermiş partiyalardan heç birinin siyasi fəhmini aşağılamaq, dəyərdən salmaq fikrində deyiləm. Lakin güman edirəm ki, bu siyasi partiya rəhbərlərinin hər biri uzun illərlə ölçülən böyük siyasət təcrübəsinin sahibləri olaraq anlamaya bilməzdilər ki, onların dəstək verib-verməməsindən asılı olmayaraq, İlham Əliyev seçilmiş hərbi həll yolunu uğurla başa çatdıracaq. Daha açıq və daha konkret deyək. İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolunu illər öncə seçərək bu yolda hazırlıqlara başlayanda öz hesablarını siyasi partiyaların mütləq əksəriyyətlə ona dəstək verəcəyinin üzərində qurmamışdı. Əksinə, planlar siyasi partiyalardan mütləq dəstəyin olmayacağı şərti çərçivəsində hazırlanmışdı. Hətta hamı üçün olmasa da, bəzi siyasi qüvvələrin müharibə vaxtı arxadan zərbə vuracaqları da istisna deyildi. Lakin xoş bir haldır ki, siyasi partiyalar böyük fəhm nümayiş etdirə bildilər və Ali Baş Komandan olaraq İlham Əliyevin seçdiyi müharibə variantını ərazi bütövlüyümüzün bərpasına doğru ən tutarlı və ən kəsə yol kimi qəbul etdilər, bütünlüklə, hətta özünü radikal müxalifət hesab edən qüvvələr də bu böyük tarixi prosesə dəstək verdilər.

Mayın 16- da keçirilmiş görüş Prezidentin yeni siyasi münasibətlər modelinin formalaşdırılmasında tam ardıcıl olduğunu bir daha nümayiş etdirdi. Yəni hər kəs görə bilər və gördü ki, Prezident İlham Əliyev bütün siyasi partiyaların qatıldığı münasibətlər sisteminə təkcə müharibə şəraiti ilə bağlı fenomen kimi baxmır, əksinə, sağlam qüvvələrin hamısının bütün zamanlarda bir ortada olmasına ümummilli güc göstəricisi kimi baxır və onun təkmilləşdirilməsini daimi prosesə çevirmək istəyir. Təsadüfi deyil ki, görüşdə siyasi partiyaların mütləq çoxluğu ilə bərabər geniş spektrdə əlaqədar dövlət orqanlarının da təmsilçiliyi təmin olundu. Prezident Administrasiyası, MSK, Ədliyyə, Maliyyə nazirlikləri və Hesablama Palatası nümayəndələrinin iştirakının təmin olunması bir daha ifadə etdi ki, Prezident bu məsələyə mühüm dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi baxır. Heç şübhə yoxdur ki, siyasi partiyalar dövlətçilik siyasətinə bundan sonra da davamlı dəstək versələr, bu həm onların özlərinin daha güclü inkişafına şərait yaradacaq, həm də dövlətçiliyimizin gücünün ümumən artırılmasına dəstək olacaq.

Bu görüşün keçirilməsi ölkə Prezidentinin həmçinin siyasi partiyaların daha da inkişaf etməsində maraqlı olduğunu bir daha göstərir. Çünki dövlət orqanları ilə sağlam və işgüzar əməkdaşlıq bütün hallarda həm də partiyaların özlərinin inkişafına təkan vermiş olur.

Təəssüf ki, özünü hələ də ölkədə yeni siyasi münasibətlərdən kənarda qoymaq istəyən partiyalar var. Əlbəttə, bu onların öz seçimidir və müşahidələrə görə, ölkə prezidenti istisnasız olaraq bütün siyasi subyektlərin konstruktiv əməkdaşlığa və sağlam siyasi dialoqa qatılmasında maraqlı olduğunu göstərir. Özünü bu prosesdən kənarda qoyanlar isə əslində bəzi vacib məqamları unudur, ya da onları öz ambisiyalarına qurban verirlər. Belə ki, sürətlə irəliyə gedən Azərbaycandan çox-çox uzaqlarda qaldıqlarının və ya qala biləcəklərinin fərqinə varmırlar. Halbuki buna lazımi önəmi vermək çox vacibdir. Yaxşı haldır ki, Prezidentin yeni siyasi əməkdaşlıq modeli qurmaq siyasəti ölkənin mütləq əksər partiyaları tərəfindən dəstəklənir. PA-dakı görüşün təmsilçilik çevrəsi bunu əyani şəkildə göstərdi.

Azərbaycanda siyasi partiyaların fəal qatıldığı yeni konfiqurasiya quruculuğu cəmiyyətimizə və bütün beynəlxalq dairələrə təsirli mesajlar verir. Belə görüşlər Azərbaycan cəmiyyətini milli-siyasi birliyin nə qədər vacib olduğuna və bu işdə şəxsən Prezidentin nə qədər birləşdirici lider olduğuna bir daha inandırır. Eyni zamanda bəzi beynəlxalq dairələrə Azərbaycandakı milli-siyasi birliyi pozmaq cəhdlərinin mənasız olduğunu bir daha xatırladır.

Xaricdən baxan hər kəs üçün aydın mənzərə var. Dünənə qədər hakimiyyətlə hətta "əməkdaşlıq" kəlməsini dilinə gətirmək istəməyənlər bu gün yeni siyasi konfiqurasiyanın qurulmasına hakimiyyətin əməli tərəf-müqabili kimi həvəslə qoşulurlar. Xarici qüvvələrin isə buradan çıxarmalı olduqları ibrət odur ki, Azərbaycanda ilk dəfə 2020-ci ildə əsası qoyulmuş geniş milli-siyasi həmrəylik ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına gətirib çıxardı. Böyük nəticədir. Bu nəticədə payı olan kimsə milli-siyasi birliyə zidd addım atmaz.

Yəni Prezident Administrasiyasının partiyalarla görüşü ölkədə siyasi həmrəylik üçün möhkəm bazanın yaradıldığını nümayiş etdirdi..."

MƏTLƏB



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ