Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan hakimiyyəti Azərbaycanla əməkdaşlığa görə təhdidlə üzləşib...

Image


Rusiya-Ermənistan münasibətlərində mövcud durum getdikcə daha kəskin xarakter alır. Proseslər göstərir ki, indi Ermənistan üçün əsas məqsəd Rusiya hərbi qüvvələrinin ölkə ərazisindən tamamilə çıxarılmasına nail olmaqdır. Bunu dolayısı ilə  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində təsdiq edib.

O qeyd edir ki, İrəvan Moskvadan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalmasını xahiş etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir: "Rusiya tərəfi bizdən soruşdu ki, rus sərhədçilərin Ermənistanın Türkiyə və İranla sərhədindən çıxmasını istəyirikmi? Biz cavab verdik ki, yalnız 3 istiqamətdən onların çıxmasını xahiş edirik: "Zvartnots" hava limanından, Azərbaycanla sərhəddəki 17 sərhəd məntəqəsindən və Qarabağdakı sülhməramlıların Qarakilsə və Gorusda yerləşən iki bazasından. Həmin bazaların bağlanmasını istədik". Ermənistanın İran və Türkiyə ilə sərhədi məsələsinə gəlincə, Qriqoryan vurğulayıb ki, orada rus sərhədçilərin yerləşdirilməsi müqavilə ilə tənzimlənir və Rusiya tərəfinə izah edilib ki, bu məsələ hazırda müzakirə olunmur: "Bizim rus sərhədçilərin Türkiyə və İranla sərhəddə qalmaları barədə heç bir xahişimiz olmayıb". "Qraparak" qəzeti yazır ki, Qriqoryan sərhədçilərin hələlik çıxarılmadığını deyir və bu o anlama gəlir ki, yaxın tezlikdə bu məsələ müzakirə olunacaq. Hakimiyyət dairələrində artıq bununla bağlı müzakirələr gedir. Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın xahişi ilə Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlarını bildirmişdi. Qərbi Zəngəzurdan isə rus sərhədçiləri 12 maydan çıxmağa və bazaları bağlamağa başlayıb. Bununla yanaşı, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə də yollarını ayırmağa çalışır. Bu xüsüsda  "Eurasia" portalı yazır: "Rusiya Ermənistanın Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa cəsarət edəcəyini düşünərək, Ermənistanın baş naziri Nikol Paşinyana təzyiqləri artırır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın Ermənistanın KTMT-dən tamamilə çıxması ilə bağlı son açıqlamalarına cavab olaraq  bildirib ki, İrəvan təhlükəsizlik təşkilatındakı "üzvlüyünü ləğv etməkdə azaddır".  Zaxarova deyib: "Biz hələ də erməni tərəfdaşlarımızın öz xarici siyasət kursunu, o cümlədən təşkilatda gələcək iş kontekstində, müstəqil şəkildə müəyyən etmək üçün suveren hüququnu şübhə altına almırıq". Qarabağ münaqişəsində məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti ardıcıl olaraq Rusiyadan uzaqlaşır,  ABŞ və Avropa İttifaqı ilə münasibətləri gücləndirmək üçün addımlar atır. Bir çox ermənilər hesab edir ki, Rusiya münaqişənin sonunda öz təhlükəsizliyini təmin etmək üçün Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Orientasiya prosesində İrəvan artıq Kremlin NATO-ya əks çəkisi kimi yaratdığı KTMT üzvlüyünü dondurub. 2024-cü ilin əvvəlində Rusiya sülhməramlıları da bölgəni tərk edib və Ermənistan hakimiyyəti Rusiya hərbçilərinin Ermənistanda artıq qəbul edilmədiyini bildirib. Bundan əlavə, İrəvan rəsmi olaraq rus sərhədçilərinin ərazisində bəzi yerlərdən çıxarılmasını tələb edib.

Ötən ilin sentyabrında ermənilərin  Qarabağı tərk etməsinə görə Ermənistan Bakı ilə uzunmüddətli sülh sazişinin əldə edilməsinə yönəlmiş danışıqlarda az təsir rıçaqına malikdir. Ermənistan hakimiyyəti üçün aşkar rıçaqlardan biri KTMT-dən tam çıxmaq təhlükəsi idi. Lakin Moskva, görünür, Paşinyanın blef edib-etmədiyini yoxlamağa hazırdır. Diplomatik poker Paşinyanın Ermənistanın mövcud sərhədlərini qorumaq səylərinin bir hissəsidir. O, mövcud sərhədlərin KTMT tərəfindən tanınmasına çalışır. Daha əvvəl Paşinyan deyib ki, ermənilər niyə ölkənin hələ də KTMT-nin üzvü olduğunu soruşurlar və onun "cavab verəcəyi heç nə yoxdur". Paşinyan daha sonra bəyan edib ki, əgər KTMT və onun rəhbərliyi "ölkənin suveren ərazisinin sərhədlərini necə gördüyünü göstərməsə" ölkə təşkilatı tərk edəcək. "Biz xahiş edirik, gözləyin, tələb edirik ki, hörmətli KTMT tərəfdaşlarımızdan KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir sualına cavab versinlər. Bunu etməsələr, Ermənistan təşkilatdan çıxacaq. Nə vaxt? Mən deyə bilmərəm", -  Paşinyan bildirib. Rusiya hazırda Ermənistan sərhədinin KTMT tərəfindən tanınmasına razılıq verməyəcəyinə işarə edib və bu, Paşinyan üçün başqa problem yaradır, onun hökuməti də daxildə artan narazılıqla üzləşir. Bu narazılığın təzahürlərindən biri  hökumətin son ərazi müəyyənləşməsinin əleyhdarlarının təşkil etdiyi etiraz yürüşü oldu". Amma erməni mediasının yazdığından o da bəlli olur ki, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə sülh şəraitində üzləşdiyi bütün problemləri, o cümlədən də xarici təhdidləri aradan qaldırmaq arzusundadır. "Qraparak" qəzeti yazır ki, məhz bu fonda da Nikol Paşinyan hökumətin iclasında "Azərbaycanın bütün tələblərini yerinə yetirəcəm" deyib. Nəşr iddia edir ki, hökumətin son iclasında baş nazir delimitasiya prosesini və imzalanan protokolu böyük uğur adlandırıb: "Sonra da əlavə edib ki, " biz bu prinsipdən kənara çıxsaq və yeni sərhəd xətti yaratsaq, bu, hərbi toqquşmalar üçün daimi mənbə yaratmağımız demək olardı. Əslində onun sözlərinin izahı aydındır: Paşinyan deyir ki, "biz sərhədi mövcud reallıqlar əsasında çəkirik, yəni kimin ordusu hardadırsa, orada dayanır. Bu o deməkdir ki, Azərbaycanın Qaragöldən, Cermuxdan (İstisu), Sotkdan (Söyüdlü) geri çəkilməsinə ümid etmək lazım deyil. Erməni baş nazir açıq şəkildə mesaj verir ki, "hazır olun, Azərbaycanın bütün tələblərini yerinə yetirəcəm". Bununla da Ermənistan hakimiyyəti Azərbaycanla əməkdaşılığı prioritet hesab etdiyini göstərir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ