Cümə axşamı günü, 05 noyabr 2026
     

Siyasi partiyalar hakimiyyətlə əməkdaşlığın yeni hədəflərini qiymətləndirir...

Image


Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.

Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq, təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Daha sonra tədbirdə müxtəlif dövlət orqanlarının, siyasi partiyaların nümayəndələri çıxış edib. 

Görüş təəssüratları ilə bağlı bir neçə partiya təmsilçisinin fikirlərini öyrəndik.

Elşad Musayev: "Ümumən, çox gözəl və məhsuldar görüş idi" 

Sözügedən görüşdə iştirak edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Bakı-Xəbər"ə açıqlamasında görüş barədə təəssüratlarının yüksək olduğunu qeyd etdi: "Ümumən, çox gözəl və məhsuldar görüş idi. Görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev geniş məruzə ilə çıxış elədi. O cümlədən, digər rəsmilərin çıxışları oldu. Məlum olduğu kimi, siyasi partiyalar haqqında yeni qanun qəbul olunub. Bu qanun qəbul olunana qədər tərəfimizdən bir sıra təkliflər, müzakirələr oldu. Bir sıra dəyişiklərdən sonra qanun qəbul olundu. Yeni qanun qəbul olunubsa, siyasi partiyalar da yeni qanunun tələblərinə uyğun fəaliyyət göstərməlidilər. Burda da hökumət orqanları ilə siyasi partiyalar arasında normal münasibətlər olmalıdır. Keçirilən müzakirələr nəticəsində aydın oldu ki, bəli, çox işgüzar müzakirələr var. Hansısa çatışmazlıqlar varsa, bu yöndə dövlət orqanları yardımçı olmağa çalışırlar. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, 4 il əvvəl hakimiyyətlə siyasi partiyalar arasında dialoq mühitinin yaradılması ilə bağlı ilkin addımlar atıldı. Nəhayət, bu istiqamətdə deyə bilərik ki, siyasi partiyalar və hakimiyyət nümayəndələri işgüzar şəraitdə dialoq mühitindədir. Hesab edirik ki, dialoq üçün milli həmrəyliyin böyük əhəmiyyəti var. Eyni zamanda ölkənin milli maraqları üçün siyasi partiyalarla hakimiyyət arasında normal, işgüzar münasibətlərin olmasının çox böyük əhəmiyyəti var. 44 günlük Vətən müharibəsində siyasi partiyalar hakimiyyətlə eyni mövqedən çıxış etdilər. Tovuz döyüşlərində 47 partiya birgə bəyanat verdi. Ondan sonrakı dövrlərdə də siyasi partiyalar hakimiyyətlə ölkənin milli maraqları ilə bağlı məsələləri müzakirə etdilər. Bütövlükdə bu, yaxşı haldır və biz bunu davam etdirməliyik. Sonuncu görüş çox normal keçdi və kimsə səs tonunu qaldırmadı. Tamamilə işgüzar mühitdə danışıqlar keçdi və hər kəs öz təkliflərini verdi. Tədbirdə iştirak edən partiyaların əksəriyyəti çıxış etdi. Mövzu ilə bağlı, mövzudankənar xeyli müzakirələr oldu. Ümumi rəy ondan ibarət oldu ki, belə görüşlər davam etdirilsin. Bu görüşü təşkil etdiyi üçün, başda Ədalət müəllim olmaqla, Prezident Adminstrasiyasının müvafiq şöbəsinə təşəkkür edirik. Belə qərara gəldik ki, bu əməkdaşlıq davam etdirilsin. Hansısa çatışmazlıq varsa, birgə aradan qaldırılsın. Qarşıdan parlament seçkiləri gəlir və hamımız çalışmalıyıq ki, normal, demokratik seçkilər keçirilsin".

Arzuxan Əlizadə: "Belə tədbirlər dövlətçilik baxımından fayda verən görüşlərdir" 

Məsələ ilə bağlı açıqlama verən AMİP sədri Arzuxan Əlizadə də görüşü müsbət dəyərləndirdi: "Tədbir yeni siyasi partiyalar haqqında qanunun tətbiqi və bütövlükdə siyasi partiyaların bu proseslərdə iştirakı ilə bağlı idi. Bundan əvvəli dönəmlərdə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həm onlayn, həm də belə müxtəlif tədbirlər həyata keçirilib. Ancaq belə geniş ranqlı tədbir ilk dəfə idi keçirilirdi. Bu dəfə hökumət nümayəndələri də tədbirdə iştirak edirdilər. Ədliyyə, Maliyyə nazirliklərinin, Hesablama Palatasının və Mərkəzi Seçki Komissiyasının rəhbər şəxslərinin iştirak etdiyi bu tədbirdə mövcud siyasi partiyalar haqqında qanun, onun tətbiqi və siyasi partiyaların prosesdə iştirakı ilə bağlı məsələlər bir daha müzakirə edildi. Siyasi partiya rəhbərlərinin fikirləri dinlənildi. Əvvəldən belə tədbirləri təqdir edirik. Dünənki tədbirdə çıxışımda qeyd etdim ki, belə tədbirlərin keçirilməsi təqdir olunur. Bundan sonra da müxtəlif məsələlərlə bağlı bu tip tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Çünki AMİP olaraq biz hər zaman ölkədaxili və digər regional, xarici siyasətlə bağlı məsələlərin bir araya gələrək müzakirə edilməsini məqbul hesab edirik. Xüsusən də ölkədaxili problemlərin müzakirə edilməsi və həlli yolu istiqamətlərində təkliflərimizin verilməsi baxımından belə tədbirlərin keçirilməsi olduqca təqdirəlayiqdir. Hörmətli Ədalət müəlim də verilən təklifləri qəbul etdiyini bildirdi. Həmçinin belə tədbirləin gələcəkdə keçirilə biləcəyi ilə bağlı anons verdi. Digər məsələlərlə bağlı fikirlərimizi və təkliflərimizi verdik. Belə tədbirlər dövlətçilik baxımından fayda verən görüşlərdir".

Elxan Şükürlü: "Biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə..." 

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü hesab edir ki, 2019-cu ildə yaradıldığı vaxtdan indiyədək ölkədə milli və siyasi həmrəyliyin yaradılması istiqamətində sistemli fəaliyyətə başlayan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi daha bir nəcib təşəbbüsə, həm də Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb: "Tədbirdə mənim diqqətimi xüsusilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin həm giriş nitqi, həm də tədbirin sonunda partiya sədrlərinin təkliflərinə cavab reaksiyasında olduqca açıq, səmimi, dərin məzmunlu və cəsarətli fikirləri çəkdi. Azərbaycandakı partiyaların real siyasi mənzərəsini konkret faktlarla, rəqəmlərlə ortaya qoyan, yaxşı bir statistika təqdim edən və ölkədə milli birlik yaradılması təşəbbüsünün də birbaşa Prezident İlham Əliyevdən gəldiyini deyən Ədalət müəllimin çıxışından o da aydın oldu ki, 44 günlük Qarabağ savaşı dönəmində siyasi partiyaların vahid mövqe göstərərək hakimiyyəti müdafiə etməsi ən çox Qərb ölkələrinin Bakıdakı səfirliklərini narahat edib və onlar iqtidarla müxalifətin birgə bəyanatlarından sonra tələm-tələsik Administrasiya rəsmilərilə görüşərək, məhz bu məsələyə necə nail olduqlarının səbəblərini araşdırmağa çalışıblar. Bəli, biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə nail olarıqsa, qarşımızı kəsən, inkişafımıza mane olan bütün maneələri, sədləri də daha tez aşar, arzuladığımız azad, ədalətli və firavan Azərbaycanı birlikdə daha tez qura bilərik! Ən azı, 2020-ci ilin 44 günlük Vətən savaşı və 200 illik erməni separatizminin kökünü torpaqlarımızdan birdəfəlik kəsdiyimiz 2023-cü ilin antiterror əməliyyatları bir daha o gerçəyi ortaya qoydu ki, biz yalnız birlikdə güclü, yenilməz və qalibik".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ