Cümə axşamı günü, 05 noyabr 2026
     

İlham Əliyevin islam həmrəyliyi çağırışına İrandan belə reaksiya gəldi...

Image


Faiq Ələkbərli: "Onların bu cür siyasətinin arxasında Azərbaycanın varlığına qısqanc münasibətləri, çirkin niyyətləri dayanır"

Fars şovinstləri Azərbaycanı qaralamaqdan əl çəkmək istəmirlər. Əksinə, günü-gündən "dozanı" bir az da artırırlar. Bir tərəfdən Azərbaycanla dostluqdan, əməkdaşlıqdan, yaxınlaşmadan danışırlar, başqa bir tərəfdən də ölkəmizə çirkab atırlar. 

Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra qonşu ölkənin rəsmilərinin, qeyri-rəsmi şəxslərinin, keçmiş diplomatlarının bizə qarşı kin-küdurəti daha da qabarıb. Azərbaycanın yürütdüyü müstəqil siyasətdən elə narahat olublar ki, bu narahatlıqlarını bizə böhtan atmaqla, qara yaxmaqla, müəyyən hədə yolu ilə ifadə edirlər. Ermənidən çox erməni olmaqda maraqlı olan din qardaşlarımız antiazərbaycan siyasətini dayandırmaq istəmir.

Azad İran Teleqram kanalının yaydığı məlumata görə, İranın İtaliyadakı keçmiş səfiri, antiazərbaycan açıqlamaları ilə tanınan Əbülfəz Zöhrəvənd "Şəbab Press" saytına müsahibəsində deyib ki, Azərbaycan əhalisinin 99%-dən çoxu şiədir.

Kanal qeyd edir ki, keçmiş səfir riyakarlıqla Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə Qərb siyasətini və düşüncəsini təbliğ etdiyini iddia edib.

Kanal şərhində vurğulayır ki, Azərbaycanda müsəlmanlara və şiələrə qarşı "təzyiqlər" göstərilməsi iddiasını ortaya atan bədnam diplomat utanmazcasına Azərbaycan dövlətini "sionist" siyəsəti icra etməkdə günahlandırıb.

Keçmiş səfir "Biz Azərbaycanın müsəlman ölkələri ilə qardaşlıq əlaqələrinin olmadığını və İsrailin Qəzza və Rəfahda müsəlmanları qətlə yetirdiyi bir vaxtda bu ölkənin "sionist"lərə dəqiq mövqe nümayiş etdirdiyini görürük. Azərbaycandan antiislam siyasətinə son qoymasını və şiələrin həbsi ilə bağlı açıqlama verməsini istəyirik" - deyə o sərsəmləyib.

Ekspert rəyinə keçməzdən əvvəl keçmiş səfirə, şovinst diplomata xatırladaq ki, onun ölkəsindən fərqli olaraq, Azərbaycan dövləti daim müsəlman həmrəliyi, islam dünyasının birliyi naminə çalışıb və ortaya gerçək nümunələr qoyub. Onu da üzdəniraq diplomatın yadına salaq ki, bir neçə gün əvvəl Şuşada "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında Azərbaycan Prezidenti "Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir" bəyanatını verdi. Beləliklə, Azərbaycanın islam aləmi ilə bağlı mövqeyi aydındır. Buna baxmayaraq, yenə də panfarsistlər ölkəmizə qarşı əsassız ittihamlar irəli sürürlər.  

"Azərbaycan dünyəvi bir dövlətdir, islama münasibəti də ancaq islami dəyərlərə əsaslanır" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi ekspert Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycanın bir dövlət olaraq islam dininə, müsəlman dünyasına münasibəti dəqiq və aydındır. "Azərbaycan islam aləmində həmrəyliyin, qardaşlığın, dostluğun tərəfdarıdır. Azərbaycan bu məsələdə Türkiyə, Türk Dövlətləri Təşkilatı, İslam Konfransı təşkilatı ölkələri ilə çox sağlam, müsbət əlaqələr qurub və bu münasibətlər də davam etməkdədir. Azərbaycanın  istər türk, istərsə də islam dünyasındakı mövqeyi obyektivdir, qardaşlığa, humanizmə, sülh və əmin-amanlığa əsaslanır. Ancaq Azərbaycanın islam dünyasında tutduğu doğru, obyektiv yolu görmək istəməyən əsas ölkələrdən biri İran İslam Respublikası adlanan ölkədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, çox təəssüflər olsun ki, bu ölkə 34 il ərzində bizə qarşı daim qərəzli mövqe tutub. Doğrudur, ara-sıra öz mahiyyətlərini gizlətməyə çalışsalar da, bütövlükdə Tehran rejimi Azərbaycana qarşı münasibətdə nəinki ikili, deyərdim ki, çoxüzlü və riyakar münasibətlərini ortaya qoyub. Bu da qəbuledilməzdir. Bu ölkənin müxtəlif təmsilçiləri tərəfindən Azərbaycana qarşı qeyri-səmimi münasibət ortaya qoyulur. Onlardan biri də İranın İtaliyadakı keçmiş səfiridir ki, o da Azərbaycanı əsassız olaraq ittiham etməklə ölkəmizin həm islam aləmində, həm də regionda mövqeyinə kölgə salmağa cəhd göstərir. Onların bu cür siyasətinin arxasında Azərbaycanın varlığına qısqanc münasibətləri, çirkin niyyətləri dayanır"-deyə bildirən F.Ələkbərli hesab edir ki, şiə "qardaşlarımızın" bizi əsassız ittiham etməsinin arxasında dayanan amillərdən biri də Azərbaycanın dünya dövlətləri ilə qurduğu qarşılıqlı əlaqələr və münasibətlərdir, Azərbaycan regionun güclü dövlətidir. Onun sözlərinə görə, dövlətimizin güclü olması, müstəqil siyasət yürütməsi isə molla rejimini narahat edir.  "Prezident Əliyevin Şuşada bəyan etdiyi kimi, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Bu gün də o siyasəti davam etdirməkdədir.   

Amma bu şovinst diplomat kimilərinin xəyalından keçir ki, Azərbaycan özünü sırf şiə təəssübkeşi kimi göstərməlidir və İranın yürütdüyü siyasətin çərçivəsində addımlar atmalıdır, əlbəttə, bu mümkün deyil.  Azərbaycan özünü nə şiə, nə sünni, nə də hər hansı bir məhzəbçi dövlət kimi aparır, Azərbaycan dünyəvi bir dövlətdir, islama münasibəti də ancaq islami dəyərlərə əsaslanır. Bu başqa cür də ola bilməz. Azərbaycanın islam dövlətlərinə münasibətinin əsasında islami prinsiplər dayanır. Yəni burada şiə-sünni məzhəbçiliyi, yaxud hansısa bir məzhəbçilik yoxdur, olmayacaq da. Bu prinsipi biz 1918-ci ildə qurulan Azərbaycan Cumhuriyyətində də görürük və bunu da davam etdiririk, davam etdirəcəyik".

Azərbaycanda heç bir dini ayrıseçkilik olmadığını, məzhəblər arasında fərq qoyulmadığını deyən F.Ələkbərli vurğuladı ki, insanlar etdikləri əməllərə görə qanun qarşısında cavab verirlər. "Buna hansısa bir şiə məzhəbçiliyi anlamında yanaşıb,  öz əməllərinə görə cəza çəkənləri "şiələrin həbsi" kimi qələmə vermək yolverilməzdir. 

Aydındır ki, Azərbaycan islama və digər bütün məsələlərə münasibətdə obyektiv fikir ortaya qoyduğuna  görə irançılar, panfarsistlər ölkəmizi əsassız yerə tənqid edir. qeyri-obyektiv şəkildə İsrail məsələsini ortaya atır. Azərbaycanın İsrailə, ABŞ-a və digər ölkələrə münasibəti də bəllidir. Azərbaycan Qərbyönümlü siyasət yürütmür, dünyəvi, insani, humanist siyasət yürüdür. Bunun da kökündə, şübhəsiz ki, azərbaycanlılığımız, türklüyümüz, islamlığımız dayanır. Bunların da mahiyyətində məhz bəşəri, dünyəvi dəyərlərə əsaslanmaq dayanır. Yoxsa hansısa bir Qərbyönümlü siyasətdən söhbət getmir"-deyə F.Ələkbərli bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ