Cümə axşamı günü, 05 noyabr 2026
     

Əliyevin MQ-ni ləğv etdirmək kursu məntiqi sonluğa yetişir, Lukaşenkonun Bakı səfərindən sonrakı proseslər... - Aydın QULİYEV yazır...

Image


Əslində 2020-ci ilin sonlarında, Azərbaycanın Vətən müharibəsi bitən kimi ATƏT-in Minsk Qrupu və onun hibrid "həmsədrlər" təsisatı dərhal buraxılmalı idi. Baxmayaraq ki, 2021-ci ilin yanvarında 3 həmsədrin ikisi Bakıda Prezident İlham Əliyevin qəbulunda olarkən bu onların üzünə açıq deyilmişdi. Prezident demişdi ki, mən sizi Bakıya dəvət etməmişəm, Qarabağ problemini isə özümüz həll etmişik. Prezidentin sözləri o demək idi ki, gedin, özünüzü buraxın.

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Lakin təəssüf ki, ATƏT rəhbərliyi çox aydın verilmiş mesajdan lazımi nəticəni çıxarmaq istəmədi və Minsk Qrupunun heç kimə lazım olmayan formal mövcudluğunu bu günə qədər saxlamaqda davam etdi. Müharibədən sonrakı 4 ildə Minsk Qrupunun hüququ olaraq ləğv edilməməsinin heç bir faydası olmadığı halda, üstəlik müəyyən məqamlarda ziyanlar vurmaqdadır.

Hər şeydən əvvəl Minsk Qrupunun formal olaraq hələ də mövcudluğu ATƏT-in özünə baş ucalığı gətirmədi və onun barəsində "ilk günlərdən ölmüş uşağı bətndə gəzdirməkdə davam edən bir ananın mənasız cəfakeşliyi " kimi təəssürat yaratdı. Başqa sözlə desək, ATƏT bu mənasız və ziyanlı yükü hələ də çiynində (və ya bətnində) daşımaqda davam edir. Prezident İlham Əliyevin bu günlərdə Bakıya səfərə gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən daha konkret formada mövzuya yenidən qayıtmasını zəruri edən təsirli arqumentlər var. Çünki son 4 ildə Minsk Qrupunun yuridik olaraq buraxılmaması dünya rəyində onun özünə qarşı ittihamçı suallar doğurur. Sual olunur ki, 30 ildə Qarabağ münaqişəsinin həllində bircə uğur belə qazanmamış, onun həllinə yox, işğalın nəticələrinin Ermənistanın xeyrinə qanuniləşdirilməsinə çalışmış bir qurumu saxlamaqda məqsədiniz nədir? Demək ki, sizin pərdəarxası gizli niyyətləriniz var...

Ölü vəziyyətə düşmüş Minsk Qrupunun rəsmən ləğv edilməməsi həm də Qafqazda indiki proseslərin mahiyyəti baxımından təxribat xarakterlidir. Belə ki, formal olaraq Minsk Qrupunun yaşadılması Ermənistandakı revanşist və təxribatçı qüvvələrə əlavə ruh və motiv verir. Həmin qüvvələr düşünür ki, əgər həll olunmuş münaqişədən sonra Minsk Qrupu rəsmən ləğv edilmirsə, demək, beynəlxalq birlik Qarabağ münaqişəsini hələ həll edilmiş saymır və 2 ölkə arasında müharibənin yenidən baş verəcəyi təqdirdə Minsk Qrupu kimi vasitəçiyə ehtiyac olacağını düşünür. Belə də, bu qurumun saxlanması təxribat deyilmi? 

Onu da deyək ki, Minsk Qrupunun rəsmən ləğv edilməməsi bəzi beynəlxalq media qurumlarına və rəsmi dövlət qurumlarına ziyanlı manipulyasiya imkanı verir. Belə ki, hələ də Ermənistanın özü daxil, bəzi dünya media orqanlarında "ATƏT-in Minsk Qrupunun həmsədrləri" kimi çoxdan məzmundan düşürülmüş ifadəyə rast gəlinir. Keçmiş həmsədr ölkələr "Minsk Qrupunun həmsədrləri"  ifadəsini başqa sözlərlə əvəz  edərək eyni üsullarla bölgəmizdə proseslərə müdaxilə etməyə çalışırlar. Məsələn, bu dəfə sadəcə ad dəyişərək "Azərbaycan - Ermənistan normallaşması üzrə ABŞ-ın xüsusi nümayəndəsi", Fransanın xüsusi nümayəndəsi, Rusiyanın xüsusi nümayəndəsi kimi ifadələr işlədirlər. Halbuki, 2 ölkə arasında indiki daha praktikyönümlü ikitərəfli format hər hansı kənar vaditəçiyə ehtiyacın olmadığını avtomatik olaraq diktə edir. Əminəm ki, əgər MQ rəsmən ləğv edilsəydi, nə ABŞ, nə Fransa, nə də Rusiya "xüsusi nümayəndə" ilə regionda siyasət aparmağa ehtiyac duymazdılar.

Bir nüansı da qeyd etmək lazımdır. Prezident İlham Əliyevin ATƏT sədrinə keçmiş Minsk Qrupunun ləğvini təkrar xatırlatmasının ardınca Belarus prezidenti Lukaşenkonun Bakıya gəlməsi Azərbaycan Prezidentinin bu xüsusda mövqeyini gücləndirən faktor kimi nəzərdən keçirilə bilər. Məlumdur ki, Belarus keçmiş Minsk Qrupunun təsisçi üzvlərindən biridir, həm də Qarabağ münaqişəsinə digərləri ilə müqayisədə nisbətən obyektiv yanaşması ilə seçilirdi. Mayın 15-də Bakıda səfərdə olmuş Belarus prezidenti ilə Azərbaycan prezidentinin keçmiş Minsk Qrupunun taleyi barədə müzakirə apardıqları barədə konkret fikir söyləmək çətindir. Hər halda rəsmi məlumatlarda bu elementə yer verilmədi. Lakin demək olar ki, bütün beynəlxalq məsələlərdə baxışları uyuşan və hədsiz səmimi şəxsi münasibətlər saxlayan 2 ölkənin prezidentinin hər ikisinə müəyyən qədər dəxli olan məsələyə heç toxunmadıqlarını söyləmək də doğru olmazdı. Necə ola bilər ki, Belarus Qarabağ münaqişəsinin sonunda Minsk konfransına ev sahibliyi statusu ilə mükəlləf edilmiş bir ölkə olaraq bu məsələyə laqeyd olsun? Məntiqlə, Minsk Qrupu hələ hüquqi olaraq ləğv edilməyibsə, deməli, Belarus dövlətinin Minsk konfransına ev sahibliyi etmək statusu da hələ qüvvədə sayılır. Ancaq Belarusun indi belə bir konfransa ehtiyac duyduğunu söyləmək və ya düşünmək mənasız olardı. Hazırda mövcud olmayan bir münaqişə üzrə hansı beynəlxalq konfransın ev sahibliyindən söz gedə bilər?

İlham Əliyevlə Lukaşenkonun Minsk Qrupunun taleyi barədə danışıb-danışmadıqları məlum olmasa da, Belarus bu məsələdə ikitərəfli maraqlı ölkədir. Həm formal xarakterli olsa da Minsk Qrupunun 9 üzvündən biri kimi, həm də Qarabağ münaqişəsi üzrə yekun Minsk konfransına ev sahibi seçilmiş ölkə kimi maraqlıdır. Minsk Qrupunun ləğvi üçün iki ölkə prezidentinin birgə hərəkətini zəruri və mümkün edən arqumentlər çoxdur.  Onların bu istiqamətdə birgə qarşılıqlı anlaşıqlı hərəkət içində olduqları ən güclü ehtimallardan biridir. Bu mənada Belarus prezidentinin Minsk Qrupu və Minsk konfransı barədə konkret fikir ortaya qoyacağı çox da uzaq zamanlara qalmaya bilər.

Belarus prezidentinin mövqeyinin necə olacağı bu başdan bəllidir. Bakıdakı   bəyanatlarından diqqət çəkən bir məqam bu oldu -  "hələ müharibədən qabaq hərbi yolla həllin uğurlu olacağını İlham Əliyevlə müzakirə etdiklərini" xatırlatdı. Münaqişənin hər zaman Azərbaycanın xeyrinə həllində maraqlı olduğunu göstərmiş Belarus prezidentinin bundan sonra mövzuya necə müdaxilə edəcəyini proqnoz etmək qəti çətinlik törətmir. Lukaşenkonun açıq yanaşması İlham Əliyevin Minsk Qrupu ilə bağlı kursunun qəti qələbə sonluğunu tezləşdirən güclü amil olacaq.

Hətta mümkündür ki, hər zaman üçün özünün orijinal və cəsur bəyanatları ilə seçilmiş Belarus prezidenti ölkəsinin MQ üzvlüyündən imtina etməsi və Minsk konfransına ev sahibliyi statusundan imtina etməsi barədə bəyanat səsləndirsin.

Rəsmi Minskin ardınca digər ölkələrin də uyğun addımlar atması istisna deyil.

Ancaq inanmaq olmur ki, ATƏT rəhbərliyi prosesin təşkilat üçün o qədər xoş olmayan belə sonluğunun gəlib çatmasını sakit şəkildə gözləyəcək və özü hadisələri qabaqlayan qərarı verməyəcək?!..

Əslində bizim prezidentin dəfələrlə MQ-nin rəsmi ləğvi məsələsini qaldırması ATƏT-in özü üçün daha əhəmiyyətlidir və bu təşkilatı ziyanlı və izafi bir yükdən xilas etməyə yönəlmiş təşəbbüs kimi də dəyərlidir…

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ