Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropa Birliyində misilsiz ikiüzlü qanun - miqrantlar varlı ölkələrə buraxılmayacaq...

Image


Xəyal Bəşirov: "Bu Avropanın ikiüzlü siyasətinin məntiqi nəticəsidir" 

Avropa İttifaqı (Aİ) Şurası Aİ-nin miqrasiya standartlarının sərtləşdirilməsini özündə ehtiva edən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib.

"Aİ Şurası Avropanın miqrasiya siyasətinin köklü islahatını təsdiqləyib. Buraya qaçqınların nizamlı şəkildə gəlişini tənzimləməyə, səmərəli və vahid prosedur yaratmağa və yükün ədalətli bölüşdürülməsinə kömək edəcək bir sıra qaydalar daxildir". Bu sözügedən qurumun mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edilir ki, bu geniş miqyaslı "islahatlar kompleksi"nin   2015-ci ildən "inkişaf" etdirildiyi bildirilir.  Pakt həmçinin sığınacaq və ya yaşayış icazəsi verilməyən bütün şəxslərin Avropa ölkələrindən qovulması prosedurunu sadələşdirir. Bundan əlavə, Aİ ölkələrində miqrantların kvota ilə məskunlaşmasının məcburi prinsipi tətbiq edilir, lakin zəngin Aİ ölkələri qəbul olunmayan hər bir miqrant üçün Aİ büdcəsinə cərimə ödəməklə onların sayını azalda bilər. Bu tədbirlərdən əldə olunan gəlirlər Aİ sərhədlərinin və miqrasiya düşərgələrinin təchiz edilməsinə yönəldilməlidir.

İndi Avropa Komissiyası bu islahatların praktikada həyata keçirilməsi üçün yol xəritəsi təqdim etməli və Aİ ölkələri bu paktın müddəalarını öz miqrasiya qanunvericiliyinə daxil etməlidir. Bu fikirlərdə erməni mediasında yayılan məlumatda səsləndirilib. 

Bilindiyi kimi, Avropada yeni miqrant paktı qəbul olunub. Burda ölkələrin arasında miqrantların xaotik gəlməsinin qarşısını almaq üçün onların mütəşəkkil gəlişi bir norma kimi müəyyənləşdirilib. Ölkələr üzrə kvotalar müəyyənləşdirilib ki, hər ölkəyə nə qədər miqrant gələ bilər. Eyni zamanda onların ölkələrdən çıxarılması qaydası təsbit olunub. Ən maraqlısı budur, burada varlı ölkələrə fərqli münasibət sərgilənir, onlar üçün belə bir hüquq tanınır ki, varlı ölkə kvotada müəyyənləşdirilmiş saydan az qaçqın, miqrant qəbul etmək istəyirsə ixtisara saldığı hər bir miqrant üçün pul ödəməlidir. Çoxlu sayda miqrant qəbul etməmək üçün varlı ölkələrin cərimə ödəməyə pulu var, pulunu ödəyəcək, az sayda miqrant qəbul edəcək. Əslində, Avropa bu siyasətlə miqrant köçünün ağırlığını kasıb ölkələrin çiyninlərinə qoyur. Bu Avropada kasıb ölkələrə qarşı bir təzyiqdi, həm miqrantların Avropaya axının qarşısını almaq üçün inzibati qaydada yeni bir metoddur.

Miqrant kasıb Avropa ölkəsinə niyə gedir? Təbii ki, getmək istəmir. Avropaya yüz nəfər gedəcəkdisə indi 95 nəfər gedəcək, 5 nəfərin azalması da Avropa üçün bir qazancdı. Yəni miqrantlara qarşı yeni qanunveticikidə Avropa Birliyi öz ölkələri arasında ayrı-seçkilik siyasəti yeridir. Bu o deməkdir ki, Avropa İttifaqında misilsiz ikiüzlü qanun qəbul olunub. 

Bu ayrı seçkilik siyasətini necə qiymətləndirirsiniz?

"Çünki o qanunun qəbul edilməsini, o sənədlərin imzalanmasını diqtə edən, drijor həmin o dövlətlərdir" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu həqiqətən də çox aktual mövzudur. "Ümumiyyətlə, dünyanın ən çox təşkilatlanmış regionu kimi, Avropa bir sıra məsələlərdə açıq şəkildə ikiüzlü siyasət ortaya qoyur. Bu təkcə Avropa İttifaqına üzv olan çoxlu dövlətlərə aid deyil, ABŞ-da da eyni mövqe sərgilənir. Yəni onlar başqalarına rəva bildiklərini özlərinə rəva bilmirlər, yaxud da tam əksinə. Əslində miqrat məsələsi Avropa üçün kifayət qədər ciddi problemə çevrilib. O problemin mənşəyinə nəzər yetirsək görərik ki, elə onun mənbəyi məhz Avropanın, kollektiv Qərbin yürütdüyü ədalətsiz, qərəzli siyasətdir. Onlar dünyanı bir-birinə qarışdırıblar. Avropaya miqrantlar hardan gedir? O miqrantlar Avropanın "qızıl gül", "narıncı", "rəngli inqilab"lar etdiyi ölkələrdən   qaçıb  gedirlər. "Ərəb baharı"adı altında "demokratiya" ixrac etdiklərini dilə gətirərək ərəb ölkələrini darmadağın edib ordakı insanları evlərindən, yerlərindən, yurdlarından qaçqın və məcburi köçkün vəziyyətə saldılar, onlar da bundan sonra kütləvi şəkildə Avropaya üz tutublar. Məsələn, Liviyada, İraqda, Suriyada, Misirdə, Yəməndə, bir sıra digər dövlətlərdə hansı proseslər oldu? İnqilablar baş verdi, o dövlətlərin ərazisində demək olar ki, dövlət yoxdur, oralarda terrorçu təşkilatlar fəaliyyət göstərir. Oranın sakinləri üçün sakit həyat yaşamağa görə Avropaya və başqa ölkələrə üz tuturlar. Bir tərəfdən dünyanı qarışdırıb insanları öz yurdlarından, evlərindən didərgin salırlar, başqa bir tərəfdən də onların Avropaya üz tutmasının qarşısını almaq üçün belə mürtəci qanunlar, sənədlər imzalayırlar. Təbii ki, bu Avropanın ikiüzlü siyasətinin məntiqi nəticəsidir. Orada nə üçün inkişaf etmiş, böyük maliyə resursları, iqtisadi cəhətdən güclü olan dövlətlərə münasibətdə bu qanunu monipulyasiya etmək, bu paktdan öz maraqları üçün istifadə etmək imkanları yaradılıb? Çünki o qanunun qəbul edilməsini, o sənədlərin imzalanmasını diqtə edən, drijor həmin o dövlətlərdir, Fransadır. Avropa İttifaqının, Avropa məhkəsinin, ATƏT-in, Avropa Şurası və digər təşkilatların bütün qurumlarını, bütün orqanlarını öz dar maraqlarına xidmət etməyə məcbur edən Fransa kimi dövlətlərdir. Ona görə də həmin o qanunlarda da, paktlarda, yaxud digər sənədlərdə də onların maraqları əsas götürülür. Şübhəsiz ki, bu da  bir daha insanların hüquqlarının kobud şəkildə pozulması deməkdir"-deyə X.Bəşirov bildirdi. X.Bəşirovun sözlərinə görə, bu gün dünyanın müxtəlif regionlarında baş verən proseslərdə bir insana görə Avropanın bütün təsisatları, təşkilatları, onların maliyə resursları ilə dolanan "Amnesty International", Human Rights Watch, Sərhədsiz repartyorlar və başqa bu kimi təşkilatlarv ayrı-ayrı dövlətlərə qarşı səfərbər olunurlar, hücuma keçirlər. X.Bəşirovun bildirdiyinə görə, təbii ki, o iki üzlü siyasətin məntiqi nəticəsi olaraq bu gün Cənubi Qafqaz regionunda iki ölkədə, Gürcüstanda və Ermənistanda etiraz aksiyaları keçirilir. O, vurğuladı ki, Gürcüstanda baş verən etiraz aksiyaları onların maraqlarına zidd olduğuna görə ən xırda detalına qədər bunu şişirdib beynəlxalq ictimaiyyətə  göstərirlər, amma Ermənistanda yaşanan proseslər Rusiyaya qarşı olduğu səbəbindən həmin o proseslərin ayrı-ayrı dövlətlərin və təşkilatların nəzarəti altında olan media orqanlarında görə bilmərik. "Niyə? Çünki onların maraqlarına uyğun deyil. Bu qədər ikiüzlü siyasət, bu qədər əsassız, absurd, qərəzli və ədalətsiz mövqe nümayiş etdirmək qəbul edilmiş sənədlərdə də, paktlardada, qanunlarda da, digər beynəlxalq sənədlərdə də öz əksini tapmaqdadır. Düşünürəm ki, əslində burda 10 minlərlə, 100 minlərlə, bəzən milyonlarla qaçqın və məcburi köçkünün həyatını, sağlamlığını, yaşamaq hüququnu, digər hüquq və azadlıqlarını bir kənara qoyub öz dövlətlərinin, öz xalqlarının, özlərinin maraqlarına xidmət edən sənədlər qəbul edirlər. Çünki bunların əlindədir. Bundan sonra nəinki yeni miqrantlara, qaçqınlara, məcburi köçkünlərə qarşı hücuma keçəcəklər, hətta illər əvvəl Avropaya gedən və onların maraqlarına zidd olan dövlətlərin insanlarına qarşı da ova başlayacaqlar. Həmin o insanları ölkədən çıxarmaq üçün əllərində rəsmi sənəd olacaq. Nə qədər ki, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə daban-dabana zidd olsa belə, onların maraqlarına uyğundursa, o cür hərəkət edəcəklər. Onlar üçün əsas öz maraqlarının təmin edilməsidir, beynəlxalq hüquq da, beynəlxalq humanitar hüquq da, BMT-dən tutmuş ən sonuncu təşkilata qədər onların maraqlarına xidmət etməlidir. Əks təqdirdə həm həmin o təsisatlar, həm də o sənədlər qüvvədən düşmüş hesab olunacaq. BMT yaradılarkən kimin üçün yaradıldı? Hələ də o təkilatın Təhlükəsizlik Şurasının beş daimi üzvü olan dövlətlər üçün yaradılıb, onların maraqlarına xidmət edir. Avropa İttifaqı 1950-ci ildə 6 dövlət tərəfindən yaradılıb və bu gün də həmin o dövlətlərin marağına xidmət edir. NATO 1949-cu ildə 12 dövlət tərəfindən yaradılıb, bu gün də həmin dövlətlərin maraqlarını təmin edir. O cümlədən də Avropa Şurası, ATƏT və başqa təşkilatlar. Eyni siyasət bu gün də davam etdirilir. Bir tərfdən, demokratik dövlətlər, demokratiyanı ixrac edən, yayan dövlətlər kimi özlərini reklam edirlər, digər tərəfdən də demokratiyanın əleyhinə olan addımlar atırlar, sənədlər qəbul edirlər. Təbii ki, gələcəkdə milyonlarla miqrantın hüquqlarının ən kobud şəkildə pozulmasına, tapdalanmasına gətirib çıxaracaq ki, bu da o dövlərin yürütdüyü ikiüzlü siyasətin  tərkib hissəsindən biri olacaq"-deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ