Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistandakı Avroittifaq missiyası Cənubi Qafqazda fəlakət hazırlayır...

Image


Bu gün Cənubi Qafqazda sülh əldə olunmasına əngəl yaradan faktorlardan biri də Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasıdır. Azərbaycanla sülh əldə etmək istəyən Ermənistan bu missiyanın fəaliyyətini davam etdirməsinə imkan verməklə barış üçün təhdid yaradır. 

Eyni zamanda yenə həmin missiya Ermənistanı yeni geosiyasi qarşıdurma məkanına çevirir. Hər halda, rəsmi Moskvanın mövqeyi də bu qənaəti yüksəldir. 

Məhz belə bir vaxtda  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "news.ru" portalına müsahibəsində bir daha diqqətə çatdırıb ki, Avropa İttifaqının missiyası Ermənistanın qonşularına - Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir.  O qeyd edib ki, missiya açıq-aşkar təxribatçı fəaliyyət göstərir, tam şəkildə antirusiya təbliğatı, Ermənistan cəmiyyətində bu ölkənin təhlükəsizlik və rifah mənbəyi kimi Avropa İttifaqı haqqında yalan fikirlərin yeridilməsi ilə məşğuldur: "Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır". Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, qərblilərin bölgəni hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir. Yüksək vəzifəli diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır: "2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin Baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur". Qaluzin diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə də yönəldib. Qeyd edək ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Moskva Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib. Onun sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub: "Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq".Erməni ekspert Onnik Krikoryan qeyd edir ki, missiya ilə bağlı baş verənlər İrəvan üçün yaxşı heç nə vəd etmir: "Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının gücləndirilməsi, onun genişləndirilməsi və yerləşdirmə müddətinin uzadılması regional güclərlə növbəti qarşıdurmaya səbəb ola bilər. Birincisi bu, potensial olaraq uzun müddətdir ki, narahatlıq doğuran proseslərə səbəb ola bilər: NATO üzvü olan Türkiyə daxil olmaqla, regional güclərlə gələcək qarşıdurma ilə nəticələnə bilər. Rusiyanı da unutmaq olmaz. İkincisi, Aİ-nin Gürcüstandakı missiyası ikiillik dövrlə fəaliyyət göstərir, Ermənistan da istisna olmamalıdır". 

Xatırladaq ki, daha əvvəl Avropa Parlamenti Ermənistandakı missiya çərçivəsində yerləşdirilən müşahidəçilərin sayının, imkanlarının artırılması və yerləşdirmə müddətinin daha 5 il uzadılması, Ermənistanla Türkiyə sərhədinə qədər coğrafi əhatə dairəsinin genişləndirilməsinə çağırıb. Görünən odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını qane etmir. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar. Qərbin öz geosiyasi maraqları naminə bu təhlükəli davranışı region ölkələrinin maraqlarına xidmət etmir. Avropa İttifaqının Ermənistandakı missiyası bu fonda qərəzli mövqe tutur və bu cür mövqe regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları zərbə altına qoyur. Çünki bu missiya Avropa rəsmilərinin, qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilini "binokl diplomatiyası" agenti rolunda həyata keçirir, Azərbaycana qarşı nifrətin yayılmasına, Azərbaycanofobiyanın genişləndirilməsinə xidmət göstərir. Missiyanın davranışı neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir. Bunlar fonunda o da həqiqətdir ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönələ biləcək və ya onun maraqlarına təsir edəcək istənilən fəaliyyətin qarşısının alınması üçün bundan sonra da ölkəmzi tərəfindən bütün zəruri tədbirlər görüləcək. Ancaq bu missiya qeyd olunduğu kimi təkcə Azərbaycana qarşı deyil. Onun digər məqsədi Rusiyaya qarşı Ukraynadan sonra Ermənistanda yeni cəbhə açmaqdır. Çünki Ermənistan Qərb siyasətinə əsasən, KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmalı, Rusiya hərbi bazasını ölkəsindən çıxarmalıdır. Bütün iqtisadi, enerji və nəqliyyat resursları Rusiya şirkətlərinin nəzarətində olan Ermənistanda NATO qüvvələrinin birinci hədəfinin Moskva olacağı heç bir şübhə doğurmur. İkincisi, Aİ missiyası həm də İrana qarşı yönəlib. Rusiya və İranı sıx əməkdaşlıq telləri bağlayır. İranın Ermənistanın sərhədləri mövcuddur. İki ölkə arasında qarşılıqlı ticarət və əməkdaşlıq pik həddədir. Bu fonda Qərb regionda daha qəti şəkildə hərəkətə keçməyi planlaşdırır. Bunun üçün isə Aİ missiyasından istifadə olunur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ