Cümə axşamı günü, 05 noyabr 2026
     

Kilsə etirazları Ermənistanı terror bataqlığına sürükləyir...

Image


Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlarla bağlı hakimiyyət artıq sərt addımlar atmağa qərar verib. Bu fonda artıq eturazçıların saxlanılmasına start verilib. Bunlar, əsasən mitinqə başçılıq edən arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə paytaxt İrəvanda küçələri bağlayaraq şəhərdə hərəkəti iflic vəziyyətinə salmağa çalışanlardır.

Qalstanyan İrəvanda keçirilən mitinqdə paytaxtda və ölkənin başqa şəhərlərində nəqliyyatın hərəkətinə mane olmağa çağırmışdı. Bu çağırışa qoşulan yüzlərlə etirazçı mayın 13-də hərəkətə keçmişdi. İrəvanın mərkəzində qısa müddətdə nəqliyyatın hərəkəti dayanmışdı. Elə bundan sonra şəhər polisi hərəkətə keçərək küçələri açmağa başlayıb. Müxalifət tərəfdarları və etirazçılar polisi aşırı güc işlətməkdə və hətta yolları bağlamayanları da saxlamaqda ittiham edirlər. Bu arada keşiş Qalstanyan Yazıçılar və Rəssamlar ittifaqlarının üzvləri, alim və ziyalılarla görüşərək, baş nazir Nikol Paşinyanın istefası tələbinə daha çox dəstək toplamağa çalışır. Arxiyepiskop bu görüşlərə bir neçə yüz tərəfdarının müşayiəti ilə piyada gedir. Eyni zamanda Ermənistan parlamentinin deputatlarına təzyiqlər göstərilir. Qalstanyan parlamentdə Paşinyan barəsində etimad səsverməsinin keçirilməsini tələb edir. Parlamentdəki iki əsas müxalifət fraksiyası – keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın "Hayastan" və "Şərəfim var" fraksiyaları belə bir səsvermə təşəbbüsü ilə çıxış etməyə hazırlaşdıqlarını bildiriblər. Lakin hələlik baş nazirə etimad məsələsinin səsə qoyulması üçün lazım olan 36-cı səs tapılmayıb. Müxalifətin parlamentdə 35 deputatı var, lakin etimad səsverməsi üçün azı 36 səs tələb olunur. Müxalifət və Qalstanyan 2022-ci ildə "Şərəfim var" fraksiyasını tərk etmiş və nominal olaraq müstəqil sayılan deputat İşxan Zakaryandan dəstək almağa ümid edir. Qalstanyan daha əvvəl iddia etmişdi ki, Zakaryan prosesə qoşulmaqdan imtina etməyib. Lakin indi onun yalan danışdığı bəlli olur. Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar Zakaryanın müxalifətin təşəbbüsünə qoşulmayacağına əminlik ifadə edirlər. Zakaryan, hətta müxalifətin təşəbbüsünə qoşulsa belə, bilavasitə impiçmentə nail olunması üçün hakim partiyanın 71 deputatından 18-ni öz tərəfinə çəkə bilməyəcək. İndilikdə Baqrat Qalstanyan da Zakaryanın prosesə qoşulub-qoşulmayacağını bilmədiyini deyib. Paşinyan və müttəfiqləri Qalstanyanı, bütövlükdə Erməni Kilsəsini və onun başçısı katolikos II Qaregini ölkədə vəziyyəti qarışdırmaqda və xarici qüvvələrə xidmət etməkdə ittiham edirlər. Paşinyan iddia edib ki, Ermənistanda ruhani hakimiyyətini itirmiş kilsə siyasi hakimiyyət oyunlarına başlayıb. Baş nazir bunu da deyib ki, Erməni Kilsəsinin patriarxı – katolikos II Qareginin rəhbərliyi altında keçirilən etirazların əsas mənfəətdarı keçmiş prezident, əsas müxalifət alyansı olan "Hayastan" fraksiyasının başçısı Robert Köçəryandır. Hakim partiyadan millət vəkili Arsen Torosyan "Erməni Kilsəsinin 1700 illik tarixini" mif adlandırıb və deyib ki, bu mifin məhv edilməsinə ehtiyac var: "Xalqımızın qismətinə çox ağır tale düşüb. O, bu təlatümlü dənizdə üzmək üçün nəinki yüzillik mifləri və stereotiplləri dağıtmalı, hətta faktiki olaraq 1700 illik mifi məhv etməlidir. Hərçənd, o öz dövlətçiliyini qurarkən bunu qismən edə bilib". 

Bunlar fonunda "armenuanreport" portalı yazır: "Kiminsə kimisə aldatmağa çalışması xoş deyil. Xüsusən də bütün xalqı aldatmaq cəhdi olduqda. Erməni Apostol Kilsəsinin nümayəndələri tərəfindən belə cəhdlərin necə həyata keçirildiyini müşahidə etmək xüsusilə xoşagəlməzdir. O, insanları parçalamamalıdır. Təəssüf ki, son vaxtlar tamamilə fərqli bir şey gördük. Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın dediyi kimi, Ermənistan hakimiyyəti kilsənin işlərinə "daim müdaxilə edib və müdaxilə etməyə çalışacaq". Bu səhvdir. İndiki iqtidarı çoxsaylı uğursuzluqlarına, kobud səhvlərinə və yerinə yetirilməmiş layihələrə, vədlərə görə tənqid etmək olar, amma burada vəziyyət tamam başqadır. Siyasi proseslərə kilsə müdaxilə etmək cəhdi edir. Bu qəbuledilməzdir. Bu, Konstitusiyamıza ziddir. Biz nə mollakratik İran, nə də Vatikanıq. Biz hökumətin ədalətli, demokratik seçkilər yolu ilə seçildiyi və dinin siyasətdən ayrıldığı dünyəvi dövlətik. Və heç kimə bu vəziyyətə göz yummağa icazə verilmir. Eyni zamanda, reallıqda tamamilə fərqli bir şey gördük. Arxiyepiskop Baqrat Qalstanyanın siyasi proseslərə cəlb edilməsi artıq yanlış addımdır. Baş verənlər o deməkdir ki, ölkə Konstitusiyasına məhəl qoyulmadığı bir təxribatla üz-üzəyik. Üstəlik, Kanada vətəndaşı pasportunu daşıyan Baqrat Qalstanyan tərəfindən.
 Arxiyepiskop Baqrat Qalstanyanın Castin Trüdonun zorakılıqla devrilməsi tələbi ilə Torontodan Monreala yürüşünü izləsəydik, onu çoxdan həbs edib türməyə atacaqdılar. Amma hökumətimiz kilsə rütbəsi adı altında bayağı siyasi spekulyasiyalarla məşğul olanlarla hələ də kifayət qədər ehtiyatlı davranır. Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareqinlə vaxtaşırı görüşdüyünü etiraf edib. Onun sözlərinə görə, sonuncu görüş iki gün əvvəl baş tutub. Eyni zamanda, arxiyepiskop II Qareqinin onun təşəbbüsü ilə başladığı "Vətən naminə" hərəkatı ilə bağlı hansı fikri ifadə etdiyini açıqlamayıb. Amma bu görüşün özü onu göstərir ki, II Qaregin Baqrat Qalstanyanın fəaliyyətini koordinasiya edir. Və buna uyğun olaraq o, Rusiyanın göstərişi ilə hərəkət edən qüvvələrin tərəfində dayanır. Bu prosesin benefisiarına çevrilməyə çalışan Robert Köçəryan və Serj Sarkisyan Rusiyadan informasiya, siyasi və digər dəstək alırlar. Rusiyas prezidenti Vladimir Putin "torpaqların toplanması" missiyasını həyata keçirmək üçün sona qədər mübarizə aparmaq niyyətindədir. İndi o, bütün diqqətini Ukraynaya cəmləyib, burada Xarkov vilayətini ələ keçirməyə çalışır. Amma bu hərbi kampaniyanın sonunda o, bizim bölgəyə keçəcək. Və ilk növbədə Ermənistana. Rusiya hələ də etibarnamə ilə hərəkət etməyə çalışır. Məhz keçmiş, tamamilə korrupsioner hökumət və kilsə nümayəndələrinin əli ilə. Bu şəraitdə qanuni və demokratik yolla seçilmiş hökumətin bu təxribata qarşı çıxmaq üçün bütün rıçaqlardan istifadə etmək hüququ var. Səlahiyyətli orqanlar zəiflik göstərsə, etirazlar tamam başqa forma və miqyas ala bilər. Ta ki, Ermənistan qanlı terror bataqlığına qərq olana qədər. Bu, təbii ki, heç də ölkəmizə lazım olan, ona xeyir və firavanlıq gətirəcək şey deyil. Biz qonşularımızla beynəlxalq səviyyədə qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan yeni münasibətlər formatı qurmalıyıq. Artıq rəsmi Bakının ritorikasının çox dəyişdiyini görürük. O, artıq sülhdən danışır, Ermənistana qarşı ərazi iddialarının olmadığını bəyan edir. Kilsə rəhbərliyinin və Ermənistanın keçmiş prezidentlərinin göstərişi ilə hərəkət edən Baqrat Qalstanyanın Rusiyanın əli ilə oynayan hərəkatı isə bütün bu prosesə ancaq əngəl törədir. Nə yaxşı ki, respublika əhalisinin əksəriyyəti bu aşkar reallığı dərk edir. Artıq özlərini Ermənistanın başında görənləri hiddətləndirən də məhz budur".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ