Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilər İsanın 12 apostolundan biri Varfolomeyi də saxtalaşdırdı - Qız qalasında böyük fakt...

Image


Zaur Əliyev: "1964-cü ildə Bakıda arxeoloji qazıntılar aparıldığı zaman İsa Məsihin 12 apostolundan biri olan, Azərbaycanın hamisi sayılan Apostol Varfolomeyin məzarı tapılıb" 

Erməni kilsəsinin apostol kilsəsi olmadığı məlumdur. Amma son illər Eçmiədzin Erməni Qriqoryan kilsəsinin adını özbaşına dəyişərək Qriqoryanı apostolla əvəzləyib. İndi hər yerdə erməni kilsəsi apstol kilsəsi olaraq qələmə verilir. Təəssüflər olsun ki, xristian dünyasından da onların bu qanunsuz əməlinə hər hansı bir reaksiya yoxdur.   

Bildiyimiz kimi, ermənilər arasında xristianlığı İsanın apostolları (həvariləri) yaymayıb, Qriqori yayıb, o da ki, İsanın tələbəsi olmayıb. 

Qafqaz, yaxud Azərbaycan Albaniyasının dünyada xristianlığı ilk qəbul edən dövlətlərdən olduğu məlumdur. Azərbaycanda (Albaniyada) İsanın 12 iki həvarisindən ikisi - müqəddəs Varfolomey və müqəddəs Faddey olub ki, bunu da bilməyən yoxdur. Azərbaycan ərazisində  xristianlıq qəbul ediləndə isə bizim coğrafiyada hay deyilən toplumun izi-tozu yox idi.   

Tarixdə heç zaman öz dövləti olmayan haylara böyük dövlətlər Qərbi Azərbaycan torpağında dövlət yaratdıqdan sonra onlar dövlət üzü görüblər. 

Azərbaycan xalqının tarixi, milli, dini dəyərlərinə, müqəddəs şəxslərinə qarşı zaman-zaman iddialar irəli sürən ermənilər iddia edirlər ki, müqəddəs Varfolomeyin qalıqları Ermənistandadır. 

Erməni mətbuatı yazır ki,  "Müqəddəs Şəhid Bonifas" Fondu ilə əməkdaşlıq nəticəsində Apostol Varfolomeyin qalıqları Abovyandakı (Qırxbulaq mahalında yerləşən oğuz yurdu olan Ellər rayonu-İ.S) Vaftizçi Yəhya kilsəsində saxlanılacaq. 

Bu barədə Qaqik Tsarukyan xeyriyyə fondunun  məlumatında Apostol Varfolomeyin  "Erməni Apostol Kilsəsinin banilərindən" olduğu iddia olunur, bildirilir ki, guya Varfolomey özü ilə Ermənistana ilk dəfə Allah Anasının portretini gətirib. Guya həvarinin qalıqlarının müqəddəs şəkildə saxlanması simvolikdir. 

Məsələ burasındadır ki, Varfolomeyin nə Ermənistanla, nə də ermənilərlə, yəni haylarla heç bir əlaqəsi yoxdur. Həvarinin cəsədinin qalıqlarının hayların əlinə necə keçməsi də suallar doğurur, eyni zamanda da şübhəlidir.   

Dəfələrlə vurğulanıb ki, Bakıda - İçərişəhərdə xristian dininə mənsub Müqəddəs Varfolomeyin qəbri yerləşir. 

"Ermənilərin Varfolomeyin qalıqlarının Ermənistanda olduğunu iddia etməsi ya növbəti saxtakarlıqdır, ya da onlar hansısa yollarla qalıqları Moskvadan oğurlayıblar" 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də bu yaxınlarda Varfolomeyin məzarı ilə bağlı tədqiqat aparıb. Zaur Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Rusiyasının işğalından sonra Bakıda çoxlu qazıntılar aparılıb. O vurğuladı ki, burada Çar Rusiyası, sonra isə Sovet hökumətinin kəşfiyyatı illər boyu axtarış aparıb. "1964-cü ildə Bakıda arxeoloji qazıntılar aparıldığı zaman İsa Məsihin 12 apostolundan biri olan, Azərbaycanın hamisi sayılan Apostol Varfolomeyin məzarı tapılıb.  İçərişəhərdə, Qız qalasının yanında qazıntı aparan arxeoloqlar 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına həvari Varfolomeyin şəhid edildiyinə inanıldığı yerdə tikdikləri kiçik kapella formalı ortodoks kilsənin daxilində qədim məzara rast gəlirlər. Məzarən eni yarım metr, uzunluğu isə 2 metrə çatırdı. Qədim ikonalar, qədim pullar və qədim əlyazmaların olduğu məzarı tapan arxeoloqlar məzarın üsütndə qədim alban dilində "İsa Məsihin Apostolu, rəbbə sadiq, həvari Vartolomeos" yazısını görürlər"-deyə bildirən dosent qeyd etdi ki, arxeoloqlar dərhal rəsmi Moskva ilə əlaqə saxlayıb tapıntı ilə bağlı məlumat verirlər. Alimin sözlərinə görə, səhərisi gün Sovet təhlükəsizlik xidmətinin əməkdaşları qazıntı yerinə gəlir və burada qazıntı aparan arxeoloqlarla söhbət aparırlar. "Varfolomeyin qalıqları xüsusi qutuda Moskvaya aparılır. Yuxarıda isə qərar belə olur: "Ölkədə dini ajiotaj yaradılmaması üçün məzar gizlədilsin, qazıntılar dayandırılsın və kilsə dağıdılsın". Məlumatıma görə, kilsə dinlə mübarizə kampaniyası çərçivəsində sökülüb"-deyə bildirən Z.Əliyev qeyd etdi ki, indi Varfolomeyin qalıqlarının Ermənistanda olduğunun iddia edilməsi çox təəccüblü görsənir. O vurğuladı ki, bu qalıqların Ermənistana necə aparıldığı suallar doğurur: "Varfolomeyin məzarının sökülərək Moskvaya aparıldığı, qalıqlarının orada saxlanıldığı məlumdur. Ermənilərin Varfolomeyin qalıqlarının Ermənistanda olduğunu iddia etməsi ya növbəti saxtakarlıqdır, ya da onlar hansısa yollarla qalıqları Moskvadan oğurlayıblar. Əks halda bu mümkün deyil. Yəni Varfolomeyin qalıqları Ermənistana başqa cür necə gedə bilər ki? Bu ancaq oğurlayıb aparmaqla mümkündür"-deyə Z.Əliyev vurğuladı. 

Doğrudan da maraqlıdır, amma təəccüblü deyil. Ermənilər indiyə kimi nələri oğurlamayıblar ki...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ