Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda delimitasiya əleyhinə prosesi hansı dövlət idarə edir - rəsmi eyham...

Image


Akif Nağı: "Delimitasiyanın əleyhinə gedən keçmiş diplomatların davranışları Mirzoyanı qıcıqlandırır və o da onlara qarşı belə sərt ifadələr işlədir"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədlərin delimitasiya prosesinə etiraz edən erməni diplomatları fərari adlandırıb. Mirzoyan bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesinə etiraz edən "təcrübəli diplomatlar" vaxtilə öz vəzifələrini tərk edən fərarilərdir. "Bu şəxslər Almatı Bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəf almaqla, Ermənistan Respublikasının suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəf alırlar. Onlar bunu ən yaxşı halda dərk etmədən, ən pis halda isə başqa bir dövlətin birbaşa sifarişi ilə edirlər", - deyə o əlavə edib.

Qeyd edilir ki, Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edənlərin nümayişi davam edir. Bu gün (14 may-red.) səhər saatlarına olan məlumata görə, İrəvanda saxlanılan nümayişçilərin sayı 151-ə çatıb.

Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər.

Mirzoyan deyib ki, delimitasiyanın əleyhinə getmək erməni dövlətçiliyinə düşmənçilikdir, başqa dövlətin sifarişini icra etməkdir.

Ermənistanda delimitasiya əleyhinə prosesi hansı dövlət idarə edir? Rəsmi eyham hara yönəlib?

"Burada Rusiyanın da, Fransa kimi bəzi Qərb dövlətlərinin də, ABŞ-ın da maraqlı olduğu ehtimalı yox deyil" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanda mürəkkəb situasiya yaranıb, buna birmənalı qiymət vermək və bu proseslərin kimlər, hansı dövlətlər tərəfindən ortaya atıldığını, idarə edildiyini demək çətindir. "Amma hər halda bir məsələ aydındır ki, Ermənistanda kimlərsə vəziyyəti dəyişmək istəyir. Burada söhbət hansısa qüvvələrdən gedir ki, buna üçüncü qüvvələr də demək olar. Hər cür yanaşma mümkündür. Amma kilsə ortadadır. Deyək ki, kilsə üçüncü qüvvə kimi ortaya çıxdı. Başqa heç bir siyasi qüvvə Ermənistanda hansısa tezizi, şüarı ortaya atıb insanları bir araya gətirə bilmədi. Bu illər ərzində, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra çox cəhdlər oldu, çox variantlar yoxlanıldı, amma Ermənistan cəmiyyətində hansısa bir siyasi, yaxud hərbi müxalifətin formalaşdırılması üçün cəhdlər alınmadı. Kilsə onların sonuncu "ümid" yeridir ki, kilsənin də rolu ermənilər üçün həddən artıq böyükdür. Çünki onlar bilirlər ki, yüz illərlə erməni toplumunu kilsə xilas edib. Onların dövləti olmayıb və bu səbəbdən də kilsə tərəfindən idarə olunublar. Həmin kilsənin dünyaya yayılmış geniş şəbəkəsi var, kilsə imkanlı şəxslərlə, mərkəzlərlə bağlıdır  və özünün maliyyə imkanlarını işə salarsa müəyyən nəticələrə nail ola bilər. Kilsənin həm maliyyə imkanları var, həm geniş struktura, təsir imkanlarına malikdir, müəyyən ölkələrin rəhbərliyinə belə təsir etmək imkanları mövcuddur. Bax, bu cəhətdən kilsənin işə qarışması  vəziyyəti tamamilə dəyişir. Məqsəd nədən ibarətdir? Aksiyalar keçirilir, tutalım, onların arzu etdiyi, 20, 30, 50, 100 min nəfər aksiyalara qatılır, bununla hakimiyyəti dəyişmək mümkün olacaq, yoxsa yox? Belə görsənir ki, artıq mitinqlə hakimiyyət dəyişikliyinə imkan verilməyəcək. Paşinyan özü mitinqlərdən hakimiyyətə gəldi, mitinqlərin necə idarə olunmasını da, onlara qarşı hansı tədbirlərin görülməli olduğunu da yaxşı bilir. Görünən odur ki, onlar sakit şəkildə mitinqləri izləyirlər, lazımı addımlar atırlar. Hiss olunmur ki, mitinqlərdə çoxlu sayda adam iştirak edir, ciddi artım görsənmir. Müəyyən bir təbəqə var, ondan o tərəfə keçmir, mitinq "qaynama" həddinə hələ gəlib çatmayıb və çatmaq meyli də hiss olunmur. Ona görə də lokal tədbirlərə keçirlər"-deyə A.Nağı  bildirdi. Partiya sədri hesab edir ki, onlar bununla da heç bir nəticəyə çata bilməyəcəklər.  

Ararat Mirzoyanın fikirlərinə gəlincə, A.Nağı bildirdi ki, Ermənistanda bəzi diplomatların revanşistlərin tərəfinə keçməsi ona qıcıq verir. "Mirzoyanın öz sahəsi olduğu kimi, keçmiş diplomatların qarşı tərəfə keçməsi onu qıcıqlandırır. Keçmiş diplomatlar, keçmiş xarici işlər naziri Vardan Oskanyan və digəriləri özlərini bir az "ağıllı" göstərirlər ki, guya 1991-ci il Almatı bəyannaməsi ilə məsələnin nizamlanması ermənilərin maraqlarına cavab vermir, onlar fərqli mövqe ortaya qoymağa çalışırlar. Əslində Azərbaycan cəmiyyəti də 1991-ci il Almatı bəyannaməsi ilə razı deyil. Amma bunlar hakimiyyətin xarici siyasətini tənqid etmək məqsədilə bu tezisi ortaya atırlar". 

A.Nağının qeyd etdiyinə görə, Mirzoyanın əsas təbliğat forması Almatı bəyannaməsi ilə bağlıdır və dəfələrlə Paşinyan da bildirib ki, imzalanan sülh müqaviləsində 1991-ci il Almatı bəyannaməsi nəzərə alınsın. A.Nağı bildirdi ki, Azərbaycan qalib dövlətdir və şərtləri də Azərbaycan diqtə edir, 1991-ci ildə imzalanan Almatı bəyannaməsini nəzərə almaq olar, amma onu əsas kimi götürmək mümkün deyil. Onun fikrincə, çünki 1991-ci ilə qədər Sovet imperiyası dövründə Moskva-Kreml tərəfindən Azərbaycanın xeyli ərazisi qanunsuz olaraq Ermənistana verilib, həmin ərazilərlə bağlı araşdırmalar aparılmalıdır və Azərbaycana qaytarılmalıdır. "Azərbaycanın mövqeyi həm də bundan ibarətdir. Ona görə də birmənalı şəkildə deyək ki, 1991-ci ilin dekabr ayında nə vardısa hamsı yerində qalsın, bu o qədər də Azərbaycan üçün qəbuledilən variant deyil. Amma görürsüz ki, onların keçmiş diplomatları da Almatı bəyannaməsini o qədər yaxına buraxmırlar. Orda da əsas məqsəd indiki Ermənistanın xarici siyasətini tənqid etməkdir. Yəni onlar müxalifətçi mövqedən çıxış edib Ermənistanın düzgün yolda olmadığını deyirlər. Ona görə də, delimitasiyanın əleyhinə gedən keçmiş diplomatların davranışları Mirzoyanı qıcıqlandırır və o da onlara qarşı belə sərt ifadələr işlədir. Eyni zamanda Mirzoyan bu prosesin xarici dövlətlər tərəfindən idarə olunduğuna işarə edir. Bu, Rusiyanın da maraqlarında var ki, regionda, Ermənistanda vəziyyət gərginlik içində olsun, xaosdan istifadə edib müxtəlif ssenariləri işə salsınlar. Yəni orada müəyyən ssenarilər ola bilər.  Baş verənlərdə Amerikanın, Qərb dövlətlərinin, Fransanın də marağı ola bilər. Burada Rusiyanın da, Fransa kimi bəzi Qərb dövlətlərinin də, ABŞ-ın da maraqlı olduğu ehtimalı yox deyil.  Ona görə də xarici işlər naziri onlara işarə edir. Amma hesab edirəm ki, bu proseslər sonda Paşinyan hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxaracaq. Yəni hakimiyyətdəkilərin istefa verməsi, kənara çəkilməsi ehtimalı azdır. Belə görünür ki, Paşinyan hökuməti məsələni nəzarətdə saxlayır, sonuncu maneələri aradan qaldırır, bunları zərərsizləşdirdikdən və kilsənin də dəstəklədiyi hərəkat məğlub olandan sonra Paşinyan artıq ölkədə tam şəkildə öz planını həyata keçirmək imkanı qazanacaq"-deyə bildirən A.Nağı hesab edir ki, o cümlədən konstitutsiyanı dəyişəcək, böyük ehtimalla, Ermənistanı  yenidən prezident üsul-idarəsinə qaytaracaq. A.Nağının fikrincə, Paşinyan bütün siyasi, dini, ideoloji rəqiblərini sıradan çıxarmış olacaq. "Bu da bir ehtimaldır ki, Paşinyan özü bu cür hərəkətlərin ortaya çıxmasına onları ya təhrik edib, yaxud bu cür vəziyyətin yaranmasında özü maraqlıdır. Yəni bundan sonra Ermənistanda tam şəkildə vəziyyətə nəzarət etsin. Bu gün üçün hələlik bunları demək olar"-deyə A.Nağı əlavə etdi.

A.Nağı onu da qeyd etdi ki, qarşıdakı proseslər bütün məsələləri tam şəkildə aydınlaşdıracaq, onda Mirzoyanın hansı dövlətləri işarələdiyini demək mümkün olar, amma hələlik birmənalı fikir söyləmək çətindir.   

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ