Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvan Qərb siyasi texnologiyalarının poliqonuna çevrilib - RƏY

Image


Heç kimə sirr deyil ki, son günlərdə İrəvanda baş verənlər təsadüfi deyil. Əlbəttə, orada cərəyan edən hadisələrin bilavasitə Qarabağla (44 günlük müharibənin nəticələri) bağlı olduğunu da hər kəs anlayır. Baş verən proseslər fonunda indiki məqamda məhz keşişə əsas rolun ayrılması Qərb tərəfindən Ermənistan üçün hazırlanmış ssenarinin bir parçası kimi dəyərləndirilməlidir. Keşiş Baqrat Qalstanyan erməni kilsəsinə aid olan dini libasını geyinsə də, onun davranışı dini dəyərlərdən çox uzaq olan bilavasitə Qərbin siyasi texnologiyalarının əsasında qurulub.

Xatırlatmalıyıq ki, rəsmi İrəvan danışıqların məhz ikitərəfli formatda aparılmasına dair razılığını verdikdən sonra Qərb Ermənistanda "keşiş" şərti adlı əməliyyata başladı. Azərbaycanın təşəbbüsləri sayəsində regionda yaradıla biləcək daimi sabitlik və sülh əsla Qərbin marağında deyil. Bizim coğrafiyamızda olan ölkələri, sözün tam mənasında, bərabər statuslu tərəfdaş kimi görmək istəməyən Qərb bütün regionu asılı vəziyyətə salmaq arzusundadır. Bunun üçün isə Qərbin regiondakı mövcudluğunu bu və ya digər formada qoruması şərtdir. Qeyd olunan sadə geosiyasi həqiqət ölkəmizdə və ümumiyyətlə, regionumuzda baş verən hər hansı bir hadisə ilə bağlı şəxsi münasibətlərin formalaşdırılması prosesində mütləq nəzərə alınmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin "İrəvan Qərb siyasi texnologiyalarının poliqonuna çevrilib" sərlövhəli məqaləsində yer alıb.

Politoloq məqaləsində qeyd edib: "Onu da nəzərə almaq lazımdır ki, Qərb müasir dövrdə daxili və xarici siyasətini bilavasitə siyasi texnologiyalar vasitəsilə reallaşdırır. Orada siyasi ideologiya artıq çoxdandır ki, siyasi texnologiyalarla əvəz olunub. Qeyd olunanları nəzərə alaraq, əsl həqiqəti görmək üçün siyasi texnologiyalar müstəvisində Qərbin bu "keşiş" şərti adlı əməliyyatını cəmi bir neçə tezislə ifşa etməyə çalışaq.

Bu geosiyasi oyunları reallaşdırmaq üçün niyə məhz keşiş seçilib? Siyasi münasibətlərdə hər hansı bir tendensiyanın yaradılmasında din amili olduqca güclü alətdir. Dünya ölkələrinin siyasi tarixi qeyd olunan fərziyyəni açıq şəkildə sübuta yetirir. Eyni zamanda, Qərb "keşişi" oyun meydanına buraxmaqla Azərbaycan-Ermənistan münasibətləri müstəvisində iki xalq arasındakı dini fərqlilik və xristian təəssübkeşliyi kimi amillərin təkrar aktuallaşdırılmasına çalışır.

Xalqımızın tarixi, adət-ənənələrimizin özəl xüsusiyyətləri və bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ardıcıl siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində dünyaya multikulturalizmin ünvanlarından biri kimi tanınır. Görünən odur ki, Azərbaycanın bu cür beynəlxalq imici hansısa ölkələri artıq narahat etməyə başlayıb. Ölkəmizdə mütəmadi şəkildə təşkil edilən beynəlxalq tədbirlər, irəli sürülən qlobal xarakterli təşəbbüslər və artan nüfuz bəzi "supergüc" dövlətlərin geostrategiyaları üçün qəbulolunmazdır. Odur ki, "keşiş" əməliyyatı vasitəsilə Qərb regionda cərəyan edən proseslərə, həmçinin dini çalarların əlavə edilməsinə çalışır. Unutmayaq ki, din müstəvisində olan münaqişələr tarixən ifratçılığı, dözümsüzlüyü və davamlılığı ilə seçilib.

Digər tərəfdən Qərb keşiş vasitəsilə "kütləni" fəal siyasi proseslərə cəlb etməyə çalışır. Bununla da baş verən hadisələrin emosionallığını artıraraq proseslərin nəzarətdən çıxmasına və bütövlükdə regionda xaosun yaranmasına səy göstərir. Odur ki, geniş mənada "keşiş" əməliyyatı Qərbin "idarəolunan xaos" kimi siyasi texnologiyasının bir parçasıdır.

İndi isə erməni mətbuatında məsələ ilə bağlı qabarıq şəkildə müəyyən olunan bəzi siyasi vurğulara diqqət yetirək. Belə ki, rəsmi İrəvanın bütün əsas mətbuat orqanlarında qeyd olunur ki, Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan erməni diasporuna müraciət ünvanlayıb. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra dünya ermənilərinin diaspor fəaliyyətlərində səngimə müşahidə olunur. Ermənistanın indiki baş naziri də diaspor təşkilatları arasında bir o qədər də böyük nüfuza malik deyil. Odur ki, keşiş Baqrat Qalstanyan vasitəsilə erməni kilsəsi yenə də dünya erməniləri arasında birləşdirici rol oynamağa başlayır. Üsyankar keşiş xaricdəki erməni diasporunu ölkədəki etirazlara qoşulmağa çağırmaqla, əslində, yeni münaqişənin yaradılmasına təkan vermiş olur. Bu amil isə bilavasitə Qərbin xeyrinə hesablanıb.

Təbiidir ki, məğlubiyyətdən sonra erməni ideologiyası durğunluq dövrünü yaşayır. Bir çox erməni mifi ifşa olunub və tarixə qovuşub. Bu səbəbdən də Ermənistanda xalqın birliyini təmin edən milli ideologiyanın tamamilə iflası üçün real təhdidlər yaranıb. Məhz buna görə də marionet Ermənistanı tamamilə itirməmək üçün Qərb və rəsmi İrəvan ideologiyada yaranmış boşluğu dini amillə doldurmağa çalışır. Yenə də dünya ölkələrinin tarixi təcrübəsinə müraciət etsək, açıq şəkildə görə bilərik ki, bəzən din ideologiyanı əvəz edə bilir. Ancaq bu oyun olduqca təhlükəli və həssasdır.

Qərbin siyasi texnologiyalarının təzahür formaları bunlarla bitmir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu başı bəlalı keşiş Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonundandır. Odur ki, keşişi erməni cəmiyyətində "qəhrəmana" çevirməklə Qərb Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan birgəyaşayış siyasətinə qarşı dini dözümsüzlük amilini qabartmağa çalışır. Ancaq Azərbaycan Prezidenti bu məsələdə də rəqiblərini qabaqladı. Tavuş rayonu Qərbi Azərbaycanın ayrılmaz parçasıdır. Prezident İlham Əliyevin təqdimatında isə "Qərbi Azərbaycan" tolerantlığın, sülhün və birgəyaşayışın ideal modelidir. Odur ki, Azərbaycanda yaşanan birlik və həmrəylik mühiti Qərbin istənilən təxribatına, siyasi texnologiyasına üstün gələcək. Dövlətimizin başçısının "Biz birlikdə güclüyük" şüarı bütün təxribatlara qarşı ideal ideoloji və siyasi düsturdur".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ