Cümə axşamı günü, 05 noyabr 2026
     

Saatlıq minimum əməkhaqqı ətrafında müzakirələr qızışır...

Image


Son günlərin xüsusi diqqət çəkən mövzularından biri də Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənə biləcəyidir. Qeyd edək ki, sözügedən məsələ Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə yol xəritəsində öz əksini tapıb. 

Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi də tövsiyə olunub. 

Digər məumata əsasən, ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Bu, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"nda öz əksini tapıb. Qeyd edək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı ayda 345 manatdır.  Əmək Məcəlləsinə görə, işəgötürənlərin qanunla müəyyənləşdirilən minimum maaş məbləğindən az əməkhaqqı verməsi qanunsuzdur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır və bu, inzibati məsuliyyət doğurur. İnzibati Xətalar Məcəlləsinə görə, minimum əməkhaqqı tələbinə riayət edilməsə, işəgötürən 1000 manatdan 1500 manatadək cərimə ödəməlidir. Bu baxımdan bəzən olur ki, şirkətlər minimum maaşdakı artımdan yayınmaq və sosial ödənişləri azaltmaq üçün işçi ilə əmək müqaviləsi bağlayarkən, natamam iş vaxtı seçməklə minimum əməkhaqqı tələbindən yan keçməyə çalışır. Bu isə qanunvericilikdəki boşluqların və monitorinqin düzgün aparılmamasının göstəricisi sayıla bilər. Bu fonda "Azadlıq" radiosunun məlumatına əsasən, hökumət minimum əməkhaqqı sistemi ilə bağlı aylıq mexanizmi saatlıq mexanizmlə dəyişərsə, minimum əməkhaqqından yayınmaq hallarının önü kəsilər. Məsələnin gündəmə gəlmə ehtimallarından biri, bəlkə də birincisi bu ola bilər. Azərbaycanda işəgötürənlərin minimum vergilərdən yayınması halları da var. Bəzi hallarda sahibkarlar işçilərə əmək haqlarının kiçik bir hissəsini rəsmi əməkhaqqı şəklində, qalanını da nağd şəkildə verir. Minimum əməkhaqqından daha az maaş verilməsi hallarına da rast gəlinir. Bu baxımdan, ölkədə minimum hədlərə əməl edilməməsinin əsas səbəblərindən biri sahibkarların vergi sistemini bəyənməməsidir. Bu hal davam etdikcə, mexanizm dəyişikliyinin əsaslı keyfiyyət dəyişikliyi doğurması ehtimalı aşağıdır. Belə problemin aradan qaldırılması üçün ölkədə biznesə təsir göstərən qərarların qəbulunda iştirakçılıq artırılmalı, biznes mühitində rəqabət imkanları genişləndirilməlidir. O da bəllidir ki, Azərbaycanda minimum maaşın müəyyənləşdirilməsində də iştirakçılıq təmin edilmir. Müxtəlif ölkələrin təcrübəsində minimum əməkhaqqı təyin edilərkən, komissiyalar yaradılır və onun tərkibinə həm hökumətin, həm sahibkarlar ittifaqlarının, həm də həmkarlar birliyinin təmsilçiləri daxil edilir. Bir qrup ölkələrdə isə minimum əməkhaqqı parlament müzakirələri nəticəsində müəyyənləşdirilir. Ancaq Azərbaycanda bu məbləğ yalnız prezidentin qərarı ilə təsdiqlənir. Azərbaycanda minimum əməkhaqqı sisteminin səmərə yetərsizliyinin əsas səbəblərindən biri onun aylıq olaraq müəyyənləşdirilməsi ilə deyil, minimum əməkhaqqının məbləği ilə bağlıdır. Müvafiq qanuna görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir.

Minimum əməkhaqqının effektiv sosial siyasət aləti kimi çıxış edə bilməsinin başlıca şərtlərindən biri bu məbləğin əhalinin gerçək minimum ehtiyaclarına yetməsidir. 2012-ci ildə qəbul edilən və 2020-ci ilədək hökümətin sosial-iqtisadi hədəflərinin əks olunduğu "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası" adlı sənəddə bildirilirdi ki, hökumətin 2020-ci ildəki hədəflərindən biri Azərbaycanda minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır. Ancaq rəsmi rəqəmlər göstərir ki, hökümət  bu hədəfini gerçəkləşdirə bilməyib. Hazırda ölkədə orta aylıq əməkhaqqı 947 manat, minimum əməkhaqqı isə 345 manatdır. Başqa sözlə, ölkədə minimum maaş orta aylıq maaşın 36 faizidir. Amma vəziyyət dəyişə bilr. Minimum əməkhaqqı mexanizminin işləkliyi baxımından daha bir vacib amil bu mexanizmin nə qədər şəxsi əhatə etməsi ilə bağlıdır. Hazırda Azərbaycanda iqtisadi fəal əhalinin sayı təxminən 5.3 milyon nəfərə yaxındır. Minimum əməkhaqqı alanların sayı isə təxminən 600 min nəfərdir. Deməli, minimum maaşın artımı iqtisadi fəal əhalinin cəmi 11 faizinin gəlirinə təsir göstərə bilir. Bu göstəricinin aşağı olmasının əsas səbəbi Azərbaycanda muzdlu  işçilərin say azlığı ilə bağlıdır. İndi Azərbaycanda 1 milyon 700 min nəfər muzdlu işçi var. Başqa sözlə, rəsmi əmək müqaviləsi ilə çalışanlar iqtisadi fəal əhalinin cəmi üçdə biri qədərdir. Azərbaycanda muzdlu işçilərin say azlığının əsas iki səbəbi var. Bunlardan birincisi iş yeri sayının yetərsizliyi, ikincisi isə əmək müqaviləsi olmadan çalışanların say çoxluğu. Bu üzdən, ölkədə minimum əməkhaqqı mexanizminin effektivliyinin artması üçün yeni iş yerlərinin sayı artırılmalı və qeyri-rəsmi əmək münasibətləri aradan qaldırılmalıdır. Minimum əməkhaqqı mexanizminin saatlıq formada hesablanması burada rol oynaya bilər. Bu təcrübə bir çox Avropa ölkəsində geniş tətbiq olunur. Eyni zamanda, qanunvericilik sistemində bir çox məsələlər minimum əmək haqqına bağlıdır. Həmin qanunvericilik aktlarında da dəyişikliklər paket şəkilində hazırlanmalıdır. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ