Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Vahid Çin siyasətinə tam dəstək verir...

Image


Qarşılıqlı münasibətlərini uğurla inkişaf etdirən Azərbaycan və Çin daim bir-birinin ərazi bütövlüyü məsələsində də prinsipial mövqe nümayiş etdiriblər. Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevlə görüşləri zamanı bunu həmişə xüsusi olaraq vurğulayıb. Digər rəsmi səviyyələrdə təmaslar zamanı da Çin bu mövqeyini ifadə edib.

Azərbaycan da eyni yanaşma sərgiləyir. Məsələn, prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bu xüsusda bildirib: "Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir".   Xalqların öz müqəddəratının təyin edilməsinin hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli olmadığını diqqətə çatdıran prezident bildirib ki, bu, beynəlxalq hüququn fundamental prinsipidir. Xatırladaq ki, 1949-cu ildə vətəndaş müharibəsi başa çatdıqdan sonra Tayvanın dövlətinin tərkib hissəsi olması tezisi Çinin əsas idarəetmə sənədlərində - Konstitusiyada, strateji planlar, hərbi doktrina və sairdə mövcuddur. Tayvan Çinin ölkənin cənub-şərqində yerləşən əyalətidir. Çinin ən böyük adası Tayvan və ona bitişik adalardan ibarətdir. Onun ümumi sahəsi təxminən 36 min kvadratkilometr, əhalisi 24 milyon nəfərdir. 1949-cu ildə Çində vətəndaş müharibəsinin sonunda Kuomintang kimi tanınan və məğlubiyyətə uğrayan millətçilər Tayvana qaçmalı oldular. Qalib kommunistlər materikdə qaldılar və Çin Xalq Respublikasını yaratdılar. Münaqişənin hər iki tərəfi bütün Çini təmsil etdiklərini bildirdilər. O vaxtdan bəri Çinin hakim Kommunist Partiyası Tayvanın rəsmi olaraq müstəqilliyini elan edəcəyi təqdirdə güc tətbiq edəcəyi ilə hədələyir. Lakin son illərdə Çin hakimiyyəti bu münaqişənin daha yumşaq diplomatik həllini axtarır. Əvvəlcə kommunist Çindən qaçan Tayvanı ABŞ da daxil olmaqla bir çox ölkə tanıdı. Lakin 1970-ci illərin əvvəllərində Çin və ABŞ diplomatik münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı ehtiyac hiss etdilər. Sonra ABŞ və digər ölkələr Pekini razı salmaq üçün Taypeylə əlaqələri kəsdilər. Lakin onların bir çoxu ticarət nümayəndəlikləri və mədəniyyət müəssisələri vasitəsilə Tayvan adası ilə əlaqələr saxlayır. Bundan əlavə, ABŞ Tayvanın ən mühüm təhlükəsizlik müttəfiqi olaraq qalır. İllərlə istiləşən münasibətlərdən sonra ABŞ 1979-cu ildə prezident Cimmi Karterin dövründə Pekinlə rəsmi diplomatik əlaqələr qurdu. Nəticədə ABŞ Tayvanla rəsmi münasibətləri kəsməli və Taypeydəki səfirliyini bağlamalı oldu. Lakin eyni 1979-cu ildə Birləşmiş Ştatlar adaya dəstəyi təmin edən Tayvan Münasibətləri Aktını qəbul etdi. Bu qanunun əsas məqamı Vaşinqtonun Tayvana özünü müdafiə etməkdə kömək etmək öhdəliyinə sadiq olması idi.   Buna görə də ABŞ adaya silah tədarükünü davam etdirir. Birləşmiş Ştatlar həmçinin Çin və Tayvan arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllində təkid edir və tərəfləri konstruktiv dialoqa çağırır.

Aydındır ki, Pekin Tayvanı diplomatik təcrid vəziyyətinə salan Vahid Çin Siyasətindən mümkün qədər çox faydalanmağa çalışır. Həm BMT, həm də dünyanın əksər ölkələri Tayvanı müstəqil dövlət kimi tanımır. O, yalnız Olimpiada kimi beynəlxalq yarışlarda və ya ÜTT kimi təşkilatlarda öz adı ilə iştirak edir. Belə təcrid vəziyyətindəTayvan xarici dünya ilə bütün əlaqələrini itirməyib. Ada qonşuları ilə iqtisadi və mədəni əlaqələr saxlayır və Birləşmiş Ştatlarla uzunmüddətli münasibətlərindən öz xeyrinə istifadə edir. Birləşmiş Ştatlar, şübhəsiz ki, ən böyük xarici kreditoru və əsas ticarət tərəfdaşı olan Çinlə rəsmi əlaqələrə malik olmaqdan faydalanır, eyni zamanda Tayvanla sıx əlaqələri sakitcə davam etdirir. Amma Azərbaycan bu məsələdə konkret mövqe sərgiləyir. Azərbaycan bəyan edir ki, ölkənin milli birliyini və ərazi bütövlüyünü müdafiə etmək hər bir suveren dövlətin müqəddəs hüququdur, bu, beynəlxalq hüququn əsas prinsipidir. BMT Nizamnaməsi açıq şəkildə göstərir ki, qurumun  hər hansı üzvünün və ya hər hansı dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə qəsd etməyə icazə verilmir. Çoxsaylı tarixi qeydlər və sənədlər Tayvanın Çin materikindən olan köçkünlər tərəfindən ilkin məskunlaşmasını sənədləşdirir. Beynəlxalq ictimaiyyət Tayvanın Çinə məxsus olduğunu qəbul edir. Çin hökumətinin Tayvan problemini həll etmək üçün əsas siyasəti "dinc birləşmə və bir dövlət, iki sistem"dir. Bu yanaşmaya görə, materikdə sosializm və Tayvanda kapitalizm, hər biri digərini qəbul edərək uzun müddət birlikdə yaşayacaq və inkişaf edəcək. Bu mülahizə əsasən Tayvanın hazırkı vəziyyətini nəzərə almağa əsaslanır. Bu, Çinin birləşməsindən sonra onun dövlət strukturunun mühüm təşəbbüsü və əsas özəlliyi olacaq. Boğazlararası birləşmə tamamlandıqdan sonra Tayvanda mövcud sosial-iqtisadi sistem, həyat tərzi, xarici ölkələrlə iqtisadi və mədəni əlaqələr dəyişməyəcək. Xüsusi mülkiyyət, yaşayış binaları, torpaq, müəssisə mülkiyyəti, qanuni vərəsəlik hüquqları, əcnəbilərin investisiyaları və sair istisnasız olaraq qanunla qorunacaq. Ölkənin birləşməsindən sonra Tayvan Çinin digər əyalət və rayonlarından fərqli olaraq yüksək dərəcədə özünüidarəetmə hüququndan istifadə edəcək xüsusi inzibati rayona çevriləcək. O, inzibati, qanunvericilik və müstəqil məhkəmə səlahiyyətlərinə, yekun məhkəmə qərarını vermək hüququna malik olacaq. O, partiya, inzibati, hərbi, iqtisadi və maliyyə işlərini müstəqil şəkildə idarə edəcək, həmçinin xarici dövlətlərlə ticarət, mədəni müqavilələr və xarici əlaqələr üzrə digər razılaşmalar imzalamaq hüququna malik olacaq. Onu da qeyd edək ki, Tayvan problemi müstəsna olaraq Çinin daxili məsələsidir. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ