Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvanda kilsə - müxalifət ittifaqı zora düşdü...

Image


Ermənistanda ictimai-siyasi müstəvidə gərginlik davam edir. Kilsə və radikal müxalifət mövcud hakimiyyəti devirməyə can atır. Bu fonda Ermənistanda müxalifət baş nazir Nikol Paşinyan barəsində etimadsızlıq səsverməsinin keçirilməsi proseduruna hazırlaşdığını bildirib.

Amma məsələ burasındadır ki, Ermənistan Konstitusiyasına görə, belə bir təşəbbüslə çıxış etmək üçün parlamentdəki müxalifət partiyalarına azı 36 səs lazımdır. Hazırda onlar yalnız 35 mandata malikdirlər. Konstitusiyanın 115-ci maddəsinə görə, baş nazirə etimadsızlıq səsverməsinin keçirilməsi tələbi ilə çıxış etmək üçün parlamentdəki 107 deputatdan azı 36-nın imzası lazımdır. Amma parlamentdə keçmiş prezident Robert Köçəryanın "Hayastan" fraksiyasının 29, daha bir keçmiş prezident Serj Sarkisyana bağlı "Şərəfim var" fraksiyasının isə 6 deputatı var. Beləliklə, qanun layihəsinin parlamentə təqdim oluna bilməsi üçün müxalifətə daha bir imza lazımdır.  Belə olduğu halda müxalifətin iki yolu qalır: ya 2021-ci ildə "Şərəfim var" fraksiyasını tərk etmiş İşxan Zakaryanı imzasını verməsi üçün yola gətirmək, ya da bu təşəbbüsə qoşulmaları üçün hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatlarından kimlərisə cəlb etmək. Hələlik isə Azərbaycanla delimitasiyaya qarşı etiraz aksiyası başladan və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyan İşxan Zakaryanın onlara qoşulduğunu elan edib. O bildirib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib. Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının "birinci mərhələni keçdiyini" təxmin etmək olar: "İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyənləşdirilməsi". Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və "xalq istəsə", "katolikosun xeyir-duası ilə" istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. "Hayastan" fraksiyasından deputat Geqam Manukyan  deyib ki, hazırda Paşinyanın impiçmenti prosesi müzakirə olunur. Qanuna görə, baş nazirin istefasını tələb edənlər, həm də onun yerinə namizədlərini verməlidirlər. Geqam Manukyan deyib ki, hüquqi və texniki məsələlərə daha sonra aydınlıq gətiriləcək. Müxalifətin müzakirələri davam etdirdiyi bir vaxtda hakimiyyət hər hansı iqtidar deputatının impiçment prosesinə qoşulacağını istisna etdiyini bildirib. Şərhçilər bildirirlər ki, müxalifət tələb olunan 36-cı imzanı əldə etsə belə, daha sonra qərar 48 saatdan tez, 72 saatdan gec olmayaraq səsə qoyula bilər. Qətnamə deputatların sadə çoxluğu ilə qəbul edilə bilər, amma bunun üçün müxalifətə 54 səs, yəni əlavə olaraq 18 səs lazım olacaq. Bu isə hazırkı şəraitdə, demək olar, qeyri-mümkündür. Qanuna görə, baş nazirə etimadsızlıq səsverməsi iflasa uğrayarsa, növbəti səsvermə altı aydan tez keçirilə bilməz. İqtidar deputatları bildirirlər ki, elə bu səbəbdən müxalifət meydana yüz minlərlə etirazçı toplamağa çalışır. Hazırda bu rəqəm bir neçə on mindir.

Bu arada iqtidar deputatlarından Hovik Ağazaryan müxalifətçilərdən polisə şikayət verdiyini bildirib. O qeyd edir ki, müxalifət Respublika meydanında Baqrat Qalstantanyanın keçirdiyi mitinqə pulla ələ alaraq iştirakçılar gətirir. Ağazaryan onu da bəyan edib ki, hakimiyyətin 71 deputatından heç kim müxalifətin təşəbbüsünə qoşulmayacaq. O, müxalifəti qanunsuz addımlar atmaqla dövlət çevrilişinə hazırlıqda ittiham edib. Bildirib ki, hazırda arxiyepiskop Baqrat Qalstanyanı dəstəkəyənlər iki il bundan əvvəl Baqramyan küçəsində çadırlar quraraq Paşinyanın istefasını tələb edən eyni qüvvələrdir: "Birincisi, Kanada vətəndaşı, ikili vətəndaşlığı olan Baqrat Qalstanyanı Robert Köçəryan və Serj Sarkisyanın Rusiya imperiyasına xidmət edən tərəfdarları dəstəkləyir". Yeri gəlmişkən, Qalstanyan Kanada vətəndaşı olduğunu təsdiqləyib. Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Hovannisyan deyib ki, hazırda Ermənistanda dövlət çevrilişi etməyin yeganə yolu zorakılığa əl atılmasıdır və iqtidar buna qətiyyən yol verməyəcək: "Biz diqqət yetiririk ki, Tavuşda guya delimitasiya və demarkasiyaya görə başlanmış bu prosesin təşkilatçıları mayın 9-da keçirilmiş mitinqdə demarkasiya sözünü heç dillərinə də gətirməyiblər". Deputat bunu da deyib ki, İrəvanın guya Bakıya birtərəfli güzəştlər etməsinə dair yayılan şayiələr də əsassızdır: "Kilsə bu məsələdə tam bir iştirakçıdır. Əgər onlar bir vaxtlar daldada hökuməti gözdən salan yalanları yayırdılarsa, biz indi görürük ki, Baqrat katolikosdan birbaşa dəstək alır". Baqrat Qalstanyan  isə etirazçıları səbrli olmağa və gözlədiklərindən daha uzun müddətdə mübarizəni davam etdiməyə hazır olmağa çağırıb. Xatırladaq ki, Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra o, parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aksiyalarının və impiçment prosesinin başladığını elan edib. O, vaxtilə Paşinyanın keçmiş prezident Serj Sarkisyana müraciətini olduğu kimi təkrar edib: "Sənin Ermənistanda artıq heç bir hakimiyyətin yoxdur". Paşinyan və müttəfiqləri Qalstanyanı və bütövlükdə Erməni Kilsəsini və onun başçısı katolikos II Qaregini ölkədə vəziyyəti qarışdırmaqda və xarici qüvvələrə xidmət etməkdə ittiham ediblər. Paşinyan bəyan edib ki, Ermənistanda ruhani hakimiyyətini itirmiş kilsə siyasi hakimiyyət oyunlarına başlayıb. Baş nazir bunu da deyib ki, Erməni Kilsəsinin patriarxı – katolikos II Qareginin rəhbərliyi altında keçirilən etirazların əsas mənfəətdarı keçmiş prezident, əsas müxalifət alyansı olan "Hayastan" fraksiyasının başçısı Robert Köçəryandır. O əlavə edib ki, Köçəryan bu məsələdə Moskvanın maraqlarına uyğun hərəkət edir. 

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etmələrindən sonra başlayıb. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ