Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan genosidə münasibətdə Azərbaycana və Türkiyəyə yaxınlaşdı - qalmaqal başladı...

Image


Elnur Kəlbizadə: "Bu institutun tarixi həqiqətləri müəyyən dərəcədə də olsa qəbul etmək istəyən Ermənistan rəhbərliyinə təzyiq göstərmək siyasəti..."

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı kilsə üsyanı səngiməmiş ardınca Lemkin İnstitutu da onu hədəfə aldı. Belə ki, Lemkin İnstitutu Paşinyanı erməni "soyqırımının" tanınması uğrunda mübarizəni sarsıtmaqda ittiham edib.

"Ermənistanın Baş nazirinin 1915-1923-cü il hadisələrinin (?) türk variantını təkrarlaması Türkiyənin "erməni soyqırımına" görə məsuliyyətini azaltmaq risqi daşıyır. Bu, "soyqırım"ın beynəlxalq səviyyədə tanınması səylərini sarsıda və Türkiyəni məsuliyyətə cəlb etmək üçün gələcək addımları çətinləşdirə bilər". Erməni mediası yazır ki, Lemkin adına "Amerika Soyqırımının Qarşısının Alınması" İnstitutu 24 aprel erməni "soyqırımı" "qurbanlarının" anım günündə   Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətindən, eləcə də Ermənistanda səslənən bir sıra tezislərdən narahatlığını bildirib. Təşkilat diqqəti Paşinyanın "soyqırım"  "qurbanlarının" siyahısının tərtib edilməsi barədə təklifinə yönəldərək, onu Türkiyəyə yaxınlıqda ittiham edib. 

İnstitut "Paşinyan çıxışında baş verənlərə görə faktiki olaraq günahı qurbanların öz üzərinə atıb və bununla da Türkiyə və Azərbaycanın soyqırıma görə məsuliyyətini şübhə altına alıb"-deyə qeyd edib. Təşkilat Paşinyanın Ankara və Bakı ritorikasının əsas aspektləri ilə açıq-aşkar razılaşdığını da deyib.  "Onun Ermənistanın Cənubi Qafqazda sülhün əldə olunmasına mane olduğunu etiraf etməsi erməni cəmiyyətində davamlı tənqidlə qarşılanıb. İnstitut bu hadisələrdə "təcavüzkarların" rolunun qeyd edilməməsini xüsusilə təəccüblü hesab edib.

Üstəlik, Paşinyan Osmanlı İmperiyasında ermənilərin çoxəsrlik tarixinə məhəl qoymadı, hər şeyi bayağı "geosiyasi intriqalara və yalan vədlərə" bağladı". 

İnstitunun yazdığına görə,  onun tezisləri həm də Türkiyənin erməni "soyqırımı" ilə bağlı rəsmi mövqeyi ilə səsləşir ki, bu da bunu əsaslandırır. 

"Görünür, Paşinyan inandırmağa çalışır ki, ermənilər yalnız Türkiyənin ekspansionist planlarına boyun əyməklə gələcək soyqırımlardan qaça bilərlər", - təşkilat qeyd edib.

Lemkin İnstitutu Paşinyanın ermənilərin başqalarına deyil, özlərinə "bir daha heç vaxt" demələri ilə bağlı dediklərini "soyqırım"ın qarşısının alınması məsuliyyətini erməni xalqının üzərinə yükləmək cəhdi kimi qiymətləndirib.

İnstitut vurğulayıb ki, Baş nazirin erməni "soyqırımı"nın nəticələrini və miqyasını aşağı sala bilən bəyanatları nəinki onun tanınması (?) səylərinə zərbə vurur, həm də onun təkrarlanması üçün risqli presedent yaradır. 

Lemkin İnstitutu Paşinyanı bəyanatlarına yenidən baxmağa və Ermənistanın erməni "soyqırımı" kontekstində "ədalətin bərpası" məqsədlərinə sadiqliyini təsdiq etməyə çağırır.

Təbii ki, Lemkin İnstitutunun Türkiyəni və Azərbaycanı "soyqırım"da ittiham etməsi tamamilə absurddur. İddia edildiyi kimi, nəinki 1915-ci, 2023-cü ildə ermənilərə qarşı hər hansı bir genosid törədilməyib, Azərbaycan və Türkiyənin də hədəfi heç zaman erməni xalqı olmayıb, biz bölgədə sülh, əminamanlıq, dayanıqlı barış istəyirik. Paşinyan da indiyə qədər xaricdəki erməni lobbisinin, erməni kilsəsinin, daşnak düşüncəli kəsimlərin və onların arxasında duran məlum qüvvələrin illərdir ortaya atıb fırlatdıqları iddianın əsassız olduğunu deyib. Bu da həm Ermənistanın daxilindəki, həm də xaricindəki qüvvələri hərəkətə keçirib. Bu gün Erməni Qriqoryan kilsəsi ilə xaricdəki erməni lobbi və diaspor qurumları, Lemkin İnstitutu kimi təşkilatlar  Paşinyanın bəyanatını əllərində əsas tutaraq bölgədə yaranmaqda olan sülh mühitinə zərbə vurmağa çalışırlar. Nikol Paşinyan erməni "soyqırım"ına aid "real əsaslar" yaradılmasını, "soyqırıma" məruz qalan ermənilərin daha obyektiv siyahısının tərtib olunmasını istəyib. Bundan başqa, Paşinyanın son zamanlar "erməni soyqırımı" ifadəsi yerinə "böyük fəlakət" və ya "qətliam" kəlmələrini səsləndirməsi ermənilər arasına vəlvələ salıb ki, o, "soyqırım" ifadəsindən imtina edir. Paşinyanı həm Lemkin İnstitutu, həm də başqa təşkilatlar milli satqın kimi xarakterizə edirlər. 

Bir sözlə, Paşinyanın bu açıqlaması aranı qarışdırıb, iki həftədən çoxdur ki, yeni qarşıdurma meydanı yaradıb və qalmaqala səbəb olub. İndi saxta  "soyqırım" məsələsi ilə bağlı ermənilər arasında ikiyə bölünmə var, bir qisim insanlar Paşinyanın dediyini deyir, bir qisim insanlar isə kor tutduğunu buraxmayan kimi yalanların quyruğundan yapışıblar. 

"Artıq erməni xalqının müəyyən kəsimi anlamağa başlayıb ki..." 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Lemkin adına "Amerika Soyqırımın Qarşısının alınması" İnstitutu mahiyyət etibarı ilə qeyri-hökumət təşkilatı xarakteri daşıyan formal bir qurumdur.  "Bu institutun hansı hadisələrə necə qiymət verməsindən asılı olmayaraq, tarixdə "erməni soyqırımı"nın baş vermədiyi hər kəsə, həm tədqiqatçılara, həm alimlərə, həm də müxtəlif ölkələrin siyasi liderlərinə gün kimi aydındır. Ortaya atıldığı dövrdən bəri bu "soyqırım" müxtəlif ölkələr tərəfindən öz məqsədlərini həyata keçirmək üçün vasitə olaraq istifadə edilib.  Artıq erməni xalqının müəyyən kəsimi anlamağa başlayıb ki, əslində ortaya atılan bu iddia qondarma, saxta bir məsələdir. Anlama başlayıblar ki, uzun illər ərzində belə bir saxta məsələni ortaya atmaqla bir çox güc mərkəzi olan dövlətlər öz maraqları naminə bundan istifadə etməyə çalışıblar, əslində, bu məsələ ilə ermənilərin, erməni xalqının yerləşdiyi coğrafiyadakı, bölgədəki mövqeyinə çox ciddi şəkildə zərbə vurublar. Görünür, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri Ermənistanın hazırkı rəhbərliyinə tarixi gerçəklikləri daha aydın şəkildə anladıb. Paşinyan müəyyən məqamlarda başa düşüb ki, bölgədə normal yaşamağın yolu əsassız, xəstə təxəyyülün məhsulu olan iddialardan əl çəkməkdir, başqalarının əlində oyuncağa çevrilməməkdir"-deyə E.Kəlbizadə bildirdi.   

E.Kəlbizadənin sözlərinə görə, Lemkin adına "Amerika Soyqırımın Qarşısının alınması" İnstitutu da indiki halda ABŞ-da fəaliyyət göstərən bəzi erməni təşkilatlarından dəstək almaq üçün (bura maliyyə dəstəyi də daxildir-E.K) bu cür addımlar atır. "Yaxud da ki, ABŞ-dakı daşnak ideologiyasına sahib müəyyən erməni təşkilatları məsələni gündəmdə saxlamaq üçün bu cür qurumlardan istifadə edirlər. Biz hazırda bu institutda təcrübə keçən tələbələrin siyahısına baxsaq, orada erməni əsilli bəzi şəxslərin adlarını da görməyimiz mümkündür. Beləliklə, bir daha vurğulamaq lazımdır ki, əslində qeyri-hökumət təşkilatı kimi yaradılan bu cür institutların hansısa açıqlamalarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.  Bu institutun tarixi həqiqətləri müəyyən dərəcədə də olsa qəbul etmək istəyən Ermənistan rəhbərliyinə təzyiq göstərmək siyasəti və təzyiq göstərmək məqsədilə irəli sürdükləri fikirləri bölgədə sülh quruculuğuna xidmət etmir, əksinə, dağıdıcılığa xidmət edir. Bu baxımdan da, bu cür təşkilatlar, eyni zamanda o təşkilatların yaradılmasına dəstək verənlər, müvafiq qurumlar öz fəaliyyətləri və yanaşmaları barədə bir daha düşünməlidirlər"-deyə E.Kəlbizadə vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ