Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənilərə dünyadan rədd cavabı - Azərbaycanın şərtləri qəbul edilməlidir...

Image


Azərbayacana reinteqrasiya olmağa tələsməyən Qarabağdakı ermənilərin getdikcə daha çətin duruma düşməsi müşahidə olunur. Hadisələrin gedişi göstərir ki, onların yeganə xilas yolu Azərbaycana inteqrasia olmaqdan keçir. Onlar ya bu addımı atmalı, ya da qısa müddətdə bu əraziləri tərk etməlidirlər.

Qarabağdakı ermənilərin, eləcə də Ermənistanın bu məsələdə beynəlxalq ictimaiyyətə, konkret olaraq regionda maraqlı qüvvələrə müraciəti də heç bir nəticə vermir. Belə bir vaxtda bəlli olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın xahişi ilə zəng edib. Bu məlumatı Arutyunyanın özü iyulun 5-də keçirilən müşavirədə verib. Separatçıların bu müşavirədə Paşinyan və Putin arasında telefon söhbətini müzakirə etdikləri xəbər verilir. Ermənistan baş nazirinin ofisi bildirib ki, Putin və Paşinyan telefon söhbəti zamanı “Laçın yolunun bağlanmasına” görə Qarabağda yaranmış “humanitar böhranı” və onun aradan qaldırılması yollarını müzakirə ediblər. Arayik Arutyunyan bundan əvvəl Rusiya prezidentinə məktub göndərmişdi. Məktubda deyilirdi ki, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasına görə Qarabağda təhlükəsizlik vəziyyəti və humanitar durum gündən-günə ağırlaşır. Bu da qeyd olunurdu ki, Rusiya sülhməramlıları öz öhdəliklərinə əməl etmək üçün zəruri və təxirəsalınmaz addımlar atmalıdırlar. Arayik Arutyunyan yazmışdı ki, separatçılar bütün problemləri dinc dialoq yolu ilə həll etməyə hazırdırlar. Bakı isə bildirir ki, dialoq üçün Qarabağdakı ermənilər Azərbaycan paytaxtına gəlməlidirlər. Kremlin saytında dərc olunmuş məlumatda deyilir ki, iyulun 5-də prezident Vladimir Putin və Nikol Paşinyan arasında erməni tərəfinin təşəbbüsü ilə telefon söhbəti olub. Məlumatda deyilir ki, söhbət zamanı Laçın yolu  ilə adamların və yüklərin maneəsiz keçidi də daxil Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub. Telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli bəyanatlarında nəzərdə tutulan bütün razılaşmalara kompleks şəkildə əməl olunmasının zəruriliyi vurğulanıb. Elə Azərbaycanın da tələbi üçtərəfli bəyanatların şərtlərinə əməl olunmasıdır. Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr daimi komissiyasının sədri, erməni müxalifətçi deputat Taquhi Tovmasyan qeyd edir ki, Rusiya Qarabağ məsələsində Azərbaycanın iradəsi əleyhinə çıxamayacaq: “Rusiya sülhməramlılarının iştirakı ilə belə, Ermənistan tərəfi Qarabağda həm insan, həm də ərazi itkiləri verib”.Onun sözlərinə görə, Ermənistan tərəfinin həm ölüləri, həm də yaralıları var: “Fərruxda da eyni hadisə baş verdiyini unutmayın. Bütün bunlar bir daha sübut edir ki, Bakı Rusiya sülhməramlı qüvvələrinin mövcudluğundan qorxmur”. Tovmasyan hamını həqiqətlə üz-üzə gəlməyə, illüziyalara qapılmamağa çağırıb: “Düşünməməliyik ki, Rusiya nümayəndələri orada olarsa, müharibədən qaçmaq olar. Xeyr, bundan qaçmaq mümkün olmayacaq. Müharibə qaçılmazdır. Rusların və onların sülhməramlılarının mövcudluğu Azərbaycanın tələblərini heç bir şəkildə məhdudlaşdırmır. Deməli, biz hər şeyə hazır olmalıyıq”.

Ermənistanda etiraf edilir ki, Qərbə də ümid etməyə dəyməz. Xankəndidəki separatçı rejimin oyuncaq “parlament spikeri” Artur Tovmasyan bu xüsusda bildirir: “Məndə olan məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri “Artsax müdafiə ordusunun” təcili ləğv edilməsinin zəruriliyi ilə bağlıdır. İrəvan Arayik Arutyunyanı “ordunu” “dövlət sistemindən” ayırmağa və ən əsası onu silahsızlaşdırmağa məcbur edəcək. Xalqın narazılığından və üsyandan qorxan Arayikə həyat və təhlükəsizlik zəmanəti təklif olunur. Amerikada bu ideyanın həyata keçirilməsi üçün konkret addımlar müzakirə olunur”. Bu fonda ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin açıqlaması Ermənistanda böyük rezonans doğurub. O, Ermənistanın "İctimai Televiziya"sına müsahibəsində bildirib ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir: "ABŞ istənilən növ danışıqların müsbət tendensiya olduğuna inanır. ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır. Biz diqqəti nəqliyyat əlaqələrinə yönəltməyi təklif edirik. İnkişaf etmiş nəqliyyat şəbəkəsi Ermənistanın xeyrinə olacaq və onun 2-3 bazardan asılılığını azaldacaq". Ermənistan Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov bunu təsadüfi hesab etmir: “Əgər Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını, Qarabağın Azərbaycanın bir hissəsi kimi gələcəyinin olduğunu bəyan edirsə, ABŞ səfiri Nikol Paşinyandan daha çox erməni olmalıdır?”. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkənin səfirinin sözlərinə haqq qazandırmır, amma təəccüblənmək də lazım deyil:
“Ermənistan vətəndaşlarının səsi ilə guya baş nazir olmuş Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, qoy ABŞ səfirini tənqid edənlər deyəcəklərini Nikola desinlər”. Ermənistan parlamentinin sədri Alen Simonyan isə bildirir ki, Avropa da onlardan üz döndərib: “Avropa İttifaqı Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib”. O, Polşaya səfəri zamanı prezident Andjey Duda ilə görüşdə Avropa İttifaqının qərarından şikayət edib. Bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan  “texniki yardım” istəyib. Bu mexanizm vasitəsilə Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana yardım ayırır: “Təəssüf ki, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək, Ermənistanın müraciəti rədd edilib”. Simonyan Avropa İttifaqının bu qərarının ölkəsində etirazlara səbəb olduğunu və birmənalı qarşılanmadığını bildirib. Bu halda Xankəndidəki separatçı rejimin qondarma “ombudsmanı” Geqam Stepanyan Ermənistan mediasına açıqlamasında Qarabağda duruma görə müqavimət imkanlarının tükəndiyini etiraf edir. Stepanyan etiraf edir ki, taxıl qıtlığı yoxdur: “Sadəcə çaxnaşma var. Növbələrin səbəbi də budur. Misal üçün, bir gündə 2-3 çörək alanlar indi daha çox almağa çalışır, bu da növbəyə səbəb olur. Çörək problemi yoxdur. Əsas problem yanacaqla bağlıdır. Xankəndi küçələrində artıq maşın görə bilməzsiniz. İctimai nəqliyyat çox az sayda işləyir. Bir çox işçinin artıq evdən işləməsi qərarı verilib. Meyvə-tərəvəz problemi də var, o cümlədən, süd məhsullarında da problemlər yaranır. Əsasən kartof və lobyamız var”. Qondarma “ombudsman” deyir ki, sülhməramlılar öz tələbatlarını helikopterlə gətirirlər: “Lakin bu, yalnız öz ehtiyacları üçün nəzərdə tutulan yüklərdir. Bizim ehtiyaclarımız, görünür, onlar üçün çox da vacib deyil”. Xatırladaq ki, Azərbaycan Qarabağdakı erməni əhalisinin ərzaq və digər təminatını həyata keçirə biləcəyini elan edib. Bunun Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklifi irəli sürülüb. Hadisələrin gedişi göstərir ki, Qarabağdakı ermənilər tezliklə bununla razılaşmalı olacaqlar.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:15
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 17:12
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ