çərşənbə günü, 11 noyabr 2026
     

Heydər Əliyev Cənubi Azərbaycanla bağlı strategiyaya hələ 80-ci illərdən başlamışdı... - MÜSAHİBƏ

Image


Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə  həmişə Cənubi Azərbaycan məsələsinə çox böyük həssaslıqla yanaşıb. Həm güneydəki soydaşlarımızın, həm də 1946-cı ildə Milli Hökumət fars-şovinist Pəhləvi rejimi tərəfindən devirildikdən sonra Şimali Azərbaycana pənah gətirən azərbaycanlıların, o dövrün dili ilə desək, iranlı mühacirlərin taleyinə ciddi münasibət göstərib.

Onların burada ali təhsil alması və digər məsələlərinin həlli ulu öndərin diqqət mərkəzində olub. Belə ki, 2 iyun 1981-ci il tarixində Heydər Əliyevin imzası ilə Azərbaycan Mərkəzi Komitəsinin bürosunda qərar qəbul edilib ki, 1981-1982-ci tədris ili üçün 10 nəfər İran əsilli azərbaycanlının Azərbaycan ali məktəblərinə yerləşdirilməsi təmin olunsun. H.Əliyevin imzaladığı sənəddə Nazirlər Kabinetinə bunun üçün lazımı vəsait ayrılması, Təhsil Nazirliyinə isə bu qərarın icrası tapşırılıb.

Qeyd edək ki, sözügedən qərarın foto-surətini siyasi şərhçi Azər Həsrət öz rəsmi feysbuk hesabında paylaşıb.

  • “...Heydər Əliyev soydaşlarımızın mərhələ-mərhələ Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün addımlar atırdı və bu qərar da həmin addımlardan biridir”

"Heydər Əliyev və Cənubi Azərbaycan" rubrikasında müsahibimiz siyasi şərhçi Azər Həsrətlə bu sənədlə bağlı danışdıq.

- 1946-cı ildə Şimali Azərbaycana gəlmiş güneyli soydaşlarımızın ali təhsil almaları ilə bağlı Heydər Əliyevin imzaladığı qərar barədə nə deyərdiniz?

- Əlbəttə, bu sənəd tarixidir. Eyni zamanda tarixi gerçəkliklərə işıq tutan danılmaz faktdır. Siz fikir versəniz görərsiniz ki, bu sənəd 2 iyun 1981-ci ildə o vaxt Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev tərəfindən imzalanıb. Əslinə qalanda, bizim günümüzdə necə ki, İlham Əliyev güney azərbaycanlılara sahiblənir, Heydər Əliyev də Sovetlərin qılıncının dalı-qabağı kəsən dövrlərdə güneylilərə sahiblənirdi. Bu sənədi imzalamaqla bunu bir daha göstərib. Fikir verirsizsə, sənəddə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə istinad edilir ki, oradan icazə alınıb, oranın göstərişi ilə bu addım atılır. Məsələləri dərindən bilməyən adamlar düşünə bilər ki, yəqin bu Moskvanın tapşırığıdır, Heydər Əliyev də bunu icra edib. Əslində isə belə deyil.

- Belə başa düşmək olur ki, güneyli soydaşlarımızla bağlı bu qərar Heydər Əliyevin öz təşəbbüsü olub. Belə demək olar?

- Əslində bunun tarixçəsi belədir ki, Heydər Əliyevin özü bu təşəbbüsü irəli sürüb, Moskvadan o izni alıb, yəni Moskvanın buna icazə verməsinə nail olub. Nail olduqdan sonra isə Azərbaycan Respublikasında güney azərbaycanlıların ali təhsil alması üçün göstəriş verib. Yəni söhbət nədən gedir? Söhbət ondan gedir ki, 1945-ci ildə Seyid Cəfər Pişəvərinin qurduğu Milli Hökumətin tərkibində fəaliyyət göstərən, yaxud bu və digər şəkildə siyasi proseslərə bağlı olan güney azərbaycanlılar sonrakı mərhələdə, Milli Hökumətin fars rejimi tərəfindən dağıdılmasından sonra Şimali Azərbaycana, o vaxtkı Azərbaycan Sovet Sosialist Respublikasına yerləşmişdilər. Təbii ki, onlar xarici vətəndaşlar sayılırdılar. Güneylilərin təhsil almaq problemləri vardı, vətəndaşlıq hüquqları yox idi. Burada vətəndaşlığı olmayan xarici vətəndaş kimi qalırdılar. Onların hərəkəti, təhsili, çalışmaları və sair məhdudlaşdırılırdı.

- Bu cür maneələr bu insanlara necə təsir edirdi?

- Təbii ki, bunun uzun müddət davam etməsi həmin insanların cəmiyyətə inteqrasiya olunması, özlərini müəyyən mənada cəmiyyətdə tanıda bilməsi, yer tutması baxımından problemlər yaradırdı. Məhz bunu nəzərə alaraq ulu öndər Heydər Əliyev soydaşlarımızın mərhələ-mərhələ Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün addımlar atırdı və bu qərar da həmin addımlardan biridir. Bu sənəd Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunun qərarı olaraq Heydər Əliyev tərəfindən imzalanıb. Orada Güney Azərbaycandan olan (sənəddə ifadə azərbaycan millətindən olan iranlılar kimi keçir. Bilirsiz ki, Sovet dövründə ifadələr bir qədər fərqli işlənirdi - A.H) soydaşlarımızın Bakıda pulsuz ali təhsil alması üçün dövlətin müvafiq qurumlarına tapşırıqlar verilib. Soydaşlarımızın təhsil alması, özlərini cəmiyyətə inteqrasiya etməsi üçün şərait yardılmışdı. Əlbəttə, bu yanaşmanın özü ondan xəbər verirdi ki, Heydər Əliyev Güney Azərbaycan məsələsinə biganə deyil, həqiqətən də o, Güney məsələsinə biganə olmayıb. Ümimiyyətlə, milli özünüdərk, Azərbaycanın bütövləşməsi, Güney, Qüzey Azərbaycanın məsələsinin ortaq şəkildə çözülməsi və bütün bu məsələlərdə Heydər Əliyev həmişə özünəməxsus rolu ilə seçilib...Əlbəttə, Sovet dövlətinin imkan verdiyi çərçivədə bunu etməyi bacarıb. Amma müasirləri deyirlər ki, Heydər Əliyev sadəcə olaraq görünürdə o çərçivədən kənara çıxmayıb, əslində isə əlindən gələni, hətta əlindən gələndən də artığını edib ki, Güney məsələsi, Azərbaycanın bütövlüyü məsələsi daim gündəmdə olsun. İndi müəyyən adamlar çıxıb deyə bilər ki, Heydər Əliyev kommunist olub, Sovet dönəmində işləyib. Bunlar hamısı bildiyimiz məsələlərdir. Amma insanın içindən, daxilindən gələn məsələlər də var. Heydər Əliyev həmişə Güney Azərbaycan məsələsinə həssas yanaşıb və bu sənəd də o  həssaslığın göstəricilərindən, təsdiqlərindən, sübutlarından biridir. Düşünürəm, yaxşı olar ki, bizim media bu qərar əsasında təhsil almış güneyliləri tapıb onlardan müsahibə alsın. Söhbət hələ ki, bu on nəfərdən gedir, amma proses bununla məhdudlaşmır, sonra da inteqrasiya məsələləri olub. Yəni güneylilərin burada işlə təmin olunması, təhsil alması, müəyyən məsələlərdə irəli çəkilməsi halları baş verib. Fikrimcə, əslinə qalanda bu böyük bir elmi araşdırmanın mövzusudur. Amma hər halda, biz də media üzərindən buna reaksiya verməklə, bunu işıqlanlandırmaqla düşünürəm ki, ulu öndərin o vaxtlar güneylilərə bağlı həssaslığına az da olsa işıq tutmuş oluruq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ