çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanda 102-ci rus bazasının yerində NATO bazası...

Image


Rusiya və Ermənistan arasında münasibətlərin olduqca gərgin məcrada inkişafı artıq rəsmi səviyyədə verilən açıqlamalarla da öz təsdiqini tapır. Bu fonda Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi son mətbuat konfransında səsləndirdiyi fikirlər artıq geniş müzakirə predmetidir.

Artıq bəlli olduğu kimi, Paşinyan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərinin Ermənistan ərazisində keçrilməsinə razılıq vermədiklərini bildirib. Onun sözlərinə görə, müdafiə naziri artıq KTMT-nin birləşmiş qərargahına məlumat verib ki, yaranmış vəziyyətdə təlimlərin keçirilməsi məqsədəuyğun deyil: “İstənilən halda, bu il təlimlər keçirilməyəcək”. Lakin İrəvan artıq buna razılıq vermədiyini bəyan edir. Bundan öncə Ermənistanın ərazisində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” adlı təlimlərinin keçiriləcəyi deyilmişdi. Paşinyan ötən il noyabrın 23-də KTMT-nin İrəvanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. KTMT bəyan edib ki, sözügedən manevrlər başqa bir üzv ölkənin ərazisində keçirilə bilər: “Hazırda bu barədə məsləhətləşmələr aparılır”. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ermənistanın 2023-cü il üçün nəzərdə tutulmuş KTMT təlimlərindən imtina etməsi barədə suala cavab verərkən deyib ki, Ermənistan Rusiyanın ən yaxın müttəfiqi olaraq qalır və Moskva, o cümlədən mürəkkəb problemlər də daxil, İrəvanla dialoqu davam etdirəcək: “Bu, Ermənistan baş nazirinin kifayət qədər yeni bəyanatıdır. Mən düşünürəm ki, KTMT üzrə həmkarlar əlaqədə olacaqlar və Ermənistanın tutduğu mövqeyin detalları aydınlaşacaq. Bütün hallarda, Ermənistan bizim çox yaxın müttəfiqimizdir və biz hazırda çox mürəkkəb olan məsələlər də daxil, dialoqumuzu davam etdirəcəyik”. Paşinyanın çıxışını şərh edən ermənipərəst hərbi ekspert İvan Konovalov deyib ki, KTMT Rusiyanın deyil, üzvlərinin maraqlarını qoruyan bir təşkilatdır: “Çoxları düşünür ki, KTMT heç bir məsələni həll etmir. Bu, belə deyil. Bu cür rəy siyasi korafəhmlikdir. KTMT doğrudan da bir çox problemləri həll edib və edir. Bu təşkilata üzv olan dövlətlər burdan böyük siyasi və hərbi-siyasi dividendlər və bonuslar əldə edir. Buna görə də düşünürəm ki, bu qurumdan heç kim çıxmayacaq”. Amma görünən odur ki, Paşinyan fərqli fikirləşir. O, KTMT təlimlərindən imtina etməklə yanaşı, Ermənistandakı rus hərbi bazasının da ölkədən çıxarılmasına çalışır. Paşinyan bildirir ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır: “Son zamanlar qərbli həmkarları ilə təmaslar zamanı Azərbaycan özünün “aqressiv hərəkətlərini” Ermənistan və Rusiyanın Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər hazırlamasından ehtiyat etməklə əsaslandırır və azərbaycanlılar qabaqlayıcı addımlar atırlar. Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik: Onların susqunluğu şəraitində belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki respublikanın təhlükəsizliyinə təminat verir, əksinə, Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır”. Beləliklə, Paşinyan Rusiyaya açıq şəkildə KTMT-dən çıxa, 102-ci hərbi bazanı bağlaya biləcəklərinin mesajını verir. Bununla 102-ci hərbi bazanın gələcəyi sual altındadır. Elə bu günlərdə Gümrüdəki baza ətrafında “etiraz aksiyası” təşkil olundu, ardınca Paşinyan məsələni gündəmə gətirdi. “Vestnik Kavkaza” portalı bunları təsadüfi saymır. Portal yazır ki, bu günlərdə Ermənistanda “Milli Demokratik Qütb” (MDQ) millətçi birliyinin növbəti antirusiya aksiyası keçirilib: “Aksiyaçılar bu dəfə təhqiramiz şüarlarla İrəvan ətrafında gəzməklə kifayətlənməyib, Gümrüyə gəlib və orada 102-ci Rusiya hərbi bazasının ərazisinin girişinə insanları toplayıblar. Millətçilər bu dəfə 102-ci bazanın bağlanması, Rusiya hərbçilərinin Ermənistandan və respublikanın KTMT-dən çıxarılması tələblərini bildirib, Moskvanı Ankara ilə müttəfiqliyinə görə qınayıblar. Aksiyanın məqsədinin “Rusiya ordusunun Ermənistanı işğal etdiyini nümayiş etdirmək” olduğu bildirilib və onun mənası ən yaxşı şəkildə “Yeni müttəfiqlərimiz real olacaq” şüarı ilə ifadə edilib. MDQ Qərbin himayə etdiyi struktur olaraq çalışır. Ermənistanın Rusiya ilə əlaqələrini kəsib Avropa və ya Amerikanın protektoratı altına keçməsini təmin etmək istəyir.

 Millətçilərin bütün qalmaqallı hərəkətləri Paşinyanın gizli razılığı ilə baş verib və onun Rusiya siyasətindən narazılığını bildirmək üçün qeyri-rəsmi kanal rolunu oynayıb. Bu dəfə rəsmi İrəvan özünü elə göstərdi ki, guya aksiya ilə tam razılaşmır. Mitinqin keçirildiyi yerdə aksiyaçılar saxlanılıb, mitinq dağıdılıb, amma bu, sadəcə bir görüntü idi. Çünki birliyin rəhbərləri saxlanılmayıblar. Beləliklə, erməni elitasının münaqişəyə meylli hissəsi özünün və ya xarici sponsorların xahişi ilə düşündüklərini yenə də Kremlə bildirdi”. "Milli müdafiə" jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko sayta bildirib ki, İrəvanın növbəti qeyri-dost hərəkəti Moskva üçün yenilik deyil: “Burada onlar Ermənistanda bu cür antirusiya əhval-ruhiyyəsinin necə formalaşdığını yaxşı bilirlər. Bu işi həm Qərb qeyri-hökumət təşkilatları, həm də Qərb dövlətlərinin səfirlikləri, ilk növbədə ABŞ səfirliyi həyata keçirir. Ermənistan cəmiyyətinin bir hissəsinin Qərb ölkələrindən kiminsə onların xarici hərbi təhlükəsizliyini təmin edəcəyinə dair ümidləri və hesablamaları xülyadır. İstənilən halda, Ermənistan Amerika və Avropa siyasətçiləri üçün sərf oluna bilən material olacaq. Rusiya ordusunun ölkədən çıxarılması isə Ermənistan üçün geosiyasi fəlakətə çevriləcək, çünki respublika Rusiyaya arxalanmadan öz təhlükəsizliyini təmin edə bilməz”. Göründüyü kimi, erməni radikallarının bu təxribatçı hərəkətləri rəsmi İrəvanın mövqeyinə əsaslanır. Bu da son bir neçə həftə ərzində açıq-aşkar antirusiya bəyanatları ilə yadda qalıb. Biz başa düşürük ki, Ermənistanda həm polis, həm də milli təhlükəsizlik xidməti var. Əgər belə tədbirlər keçirilirsə, deməli, ən azından onların təşkilatlanmasından hakimiyyət xəbərdardır. Ola bilsin ki, onları üstüörtülü şəkildə təşviq edirlər. Bütün bunlar Paşinyanın “çoxvektorlu” siyasətinin və onun Moskva ilə məsafəli münasibətlər qurmaq istəyinin təzahürüdür. 102-ci bazanın bağlanmasını gözləmək lazım deyil, amma Rusiya-Ermənistan münasibətlərində mənfi tendensiyalar var. Ümumiyyətlə, söhbət ondan gedir ki, Ermənistan cəmiyyətində antirusiya əhval-ruhiyyəsi, rusofobiya güclənir. Bu, Qarabağda revanş almaqla bağlı yarımçıq ümidlərə arxalanan Ermənistan vətəndaşları ilə sistemli işin nəticəsidir. Təəssüf ki, erməni isteblişmentinin əhəmiyyətli bir hissəsi və cəmiyyəti hələ də bu ümidlə yaşayır”. O da qeyd edilir ki, Rusiya ilə münasibətlərin gərginləşməsi Ermənistan üçün daha böyük problemlər yaradacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ