çərşənbə günü, 11 noyabr 2026
     

Bakı və Moskva İrəvanın yeni sülhməramlı istəyini gözündə qoyacaq

Image


Bu il baş tutması gözlənilən ən vacib məqam Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması idi. Azərbaycan Prezidenti İlham Əliyev hələ bu ilin oktyabrında Praqada keçirilən görüşdən sonra iki ölkə arasında ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağı ehtimalını səsləndirmişdi. Lakin Ermənistanın mövqeyi buna imkan vermədi.

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülhə bağlamaq üçün Avropa İttifaqı, ABŞ və Rusiya diplomatik səylərini artırsa da, ilin sonuna kimi razılaşma əldə etmək mümkün olmadı və indi bütün gözlər 2023-cü ilə dikilib. Bəs gələn il irəliləyiş əldə etmək mümkün olacaqmı? Azərbaycan hesab edir ki, sülh sazişi üçün sənəd hansısa şərtlərin əks olunduğu çərçivə sazişi formasında yox, sadə və reallığı əks etdirən formada olmalıdır. Ermənistan isə bundan yayınır və vəziyyəti daha da gərginləşdirmək istiqamətində addımlar atır. Ermənistanın baş naziri Nikol Paşinyanın son hökumət müşavirəsində dedikləri də bunun təsdiqidir. Paşinyan ilk növbədə Laçın dəhlizindəki vəziyyətlə bağlı Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edib: “Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda stabillik və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında Rusiya sülhməramlılarına BMT TŞ mandatının verilməsi, ya da Qarabağa əlavə beynəlmiləl sülhməramlı qüvvələrin göndərilməsinə dair təşəbbüs qaldırmalıdır”. O əlavə edib ki, Rusiyanın Qarabağın erməni əhalisinin oradan getməsini sakitcə seyr etmək kimi getdikcə daha çox nəzərə çarpan praktikasını qəbuledilməz sayır: “Azərbaycanın, o cümlədən Qarabağda növbəti hərbi təxribat hazırlamasının əlamətləri görünür. Hadisələrin bu şəkildə inkişafı Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə dair təxirəsalınmaz suallar doğurur”. Moskva Ermənistan baş nazirinin tənqidinə dərhal reaksiya verib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Laçın dəhlizindəki vəziyyətlə bağlı Rusiya sülhməramlılarının tənqid edilməsinin qəbuledilməz olduğunu deyib. O əlavə edib ki, Moskva vəziyyətin normallaşdırılması üzərində işləyir: “Rusiyanın ünvanına səslənən tənqidlərə gəlincə, mən bunu hazırkı situasiyada qəbuledilməz sayıram. Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları vəziyyətin tənzimlənməsi üçün mümkün olan hər şeyi edir. Heç bir açıq tənqidlər işə kömək etmir. Bundan da pis vəziyyətlər olub. Vəziyyətin yaxşılaşdırılması üzərində işləyirik”. Zaxarova Paşinyanın BMT TŞ mandatına və beynəlmiləl sülhməramlı qüvvənin göndərilməsi barədə təklifinə də cavab verib: “Sülhməramlı kontingent olmadan kimsə məsuliyyətlə deyə bilərmi ki, nə daha yaxşı olardı? Düşünürəm ki, cavab məlumdur. Odur ki, səmərəliliyin qaldırılması və sair barədə nə qədər istəyirsiniz danışmaq olar, amma təkrar edirəm, bu situasiyanın həlli ilə hamı məşğul olur. Məncə belə şeyləri demək və bəyan etmək sadəcə olaraq orda mövcud olan reallıqları başa düşməməkdir”. Beləliklə, Rusiya açıq şəkildə Ermənistan rəhbərliyini dünyada gedən prosesləri başa düşməməkdə ittiham edir. Kremlin sözçüsü Dmitri Peskov da məsələyə məhz bu prizmadan yanaşır: “Rusiya, ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirmək niyyətindədir. Kreml Laçın yolundakı vəziyyətdən də narahatdır. Laçın yolu ətrafında yaranmış gərginliyə görə Rusiya tərəfi həm İrəvan, həm də Bakı ilə öz işini və səylərini davam etdirəcək". Peskov Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsi ideyası ilə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatını da şərh edib. Kreml sözçüsünə görə, hər şeydən öncə Azərbaycan buna razı olmalıdır.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da eyni mövqedən çıxış edir: “Ermənistan hakimiyyətinin hərəkətləri ilkin olaraq Laçın yolunun bağlanmasına töhfə verdi, Təhlükəsizlik Şurası katibinin qalmaqallı bəyanatları isə vəziyyəti daha da gərginləşdirdi”. Onun sözlərinə görə, üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən Ermənistan Bakıya Azərbaycanı Naxçıvanla birləşdirəcək tranzit yolu verməyi öhdəsinə götürüb: “Eyni zamanda, tranzit yolu sənədə uyğun olaraq Rusiya tərəfinin nəzarəti altında hər iki istiqamətdə vətəndaşların və şəxslərin maneəsiz hərəkətini nəzərdə tutur”. Baqratyan qeyd edib ki, Paşinyan bu faktı yaxşı bilir və buna görə də hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Qərblə sövdələşmə aparır: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qalmaqallı bəyanatları Laçın yolunun açılması perspektivini ləngitməklə vəziyyəti daha da gərginləşdirib. Gec-tez Laçın yolu Azərbaycanın tam nəzarətinə keçəcək. Bəli, Rusiya sülhməramlıları olacaq, lakin Azərbaycan tərəfinin vətəndaşların yüklərini və sənədlərini yoxlamaq hüququ olacaq. Ermənistan 9-cu bənd üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, Azərbaycan da üçtərəfli bəyanatın nəzərdə tutduğu məntiqdə dəhlizə imkan verməyəcək”. Rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov isə qeyd edir ki, digər ülhməramlılarının bölgədə, Ermənistan-Azərbaycan sərhədində peyda olması qeyri-mümkündür və İrəvan bu barədə istəklərini unutsa, yaxşı olar:  “Qərb sülhməramlılarını regiona gətirmək üçün yalnız Paşinyanın istəyi və qərarı kifayət deyil. Sülhməramlılar demarkasiya xəttində dayanmalıdırlar. Bu, hər iki tərəf tərəfindən razılaşdırılmalıdır. Azərbaycan Qərb sülhməramlılarının meydana çıxmasına icazə verməyəcək”. Ekspert qeyd edib ki, Paşinyan Qarabağ məsələsinə Qərb tərəfdaşlarını cəlb edə bilər: “Ancaq yeni qoşunlar meydana çıxsa, o zaman yalnız erməni tərəfindən olacaq. Və bunlar artıq sülhməramlılar olmayacaq. Nizamlanma məsələlərinin ATƏT-in Minsk Qrupu formatına keçirilməsinə cəhdlər edilir və bu formatda yeni sülhməramlıların meydana çıxmasını gözləmək olar. Amma bu, tam bir dastandır. Hələlik üfüqdə heç nə yoxdur. Əgər NATO sülhməramlılarından danışırıqsa, o zaman yaxın gələcəkdə bu mümkün deyil. Azərbaycan buna razı olmayacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ