çərşənbə günü, 11 noyabr 2026
     

Anti-Rusiyaçılıq Ermənistanı fəlakətə gətirdi...

Image


Rusiya və Ermənistan arasında münasibətlər getdikcə daha gərgin mərhələyə qədəm qoymaqdadır. Hətta iş o yerə gəlib çatıb ki, səslənən iddialara əsasən, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər. Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının üzvü Vahe Qasparyan bunu Laçın yolundakı vəziyyətlə əlaqələndirib.

Laçın yolunun guya bağlı olduğunu iddia edən Qasparyanın sözlərinə görə, yaranmış vəziyyət aradan qalxmazsa, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edəcək: “Biz xalqımıza müraciət edərək, Gümrüdəki hərbi bazanın blokadaya alınmasına çağırış edəcəyik. Bu məqsədlə “Milli Demokratik Qütb”  Ermənistanda bir sıra siyasi dairələrlə müzakirələr aparacaq, hansılar ki, vəziyyəti bizim kimi qiymətləndirərək Qarabağın ruslar tərəfindən blokadaya alınması fikrindədir”. Erməni politoloq Benyamin Poqosyan da Moskva-İrəvan münasibətlərində gərgin vəziyyətin yarandığını vurğulayır. O, bu vəziyyətin Ermənistanın, Qarabağ ermənilərinin durumuna mənfi rakursda ciddi təsir etdiyini də qeyd edir: “Əgər indiki şəraitdə Qarabağda ermənilərin yaşamasını istəyiriksə, məntiq onu deməyə əsas verir ki, İrəvan daha diqqətli olmalı və Rusiya rəhbərliyinə qarşı sərt bəyanatlardan çəkinməlidir. Rusiya və Ermənistan XİN başçılarının bir-birinin ünvanına səsləndirdiyi ittihamlar isə gərginliyin artmaqda olduğunu göstərir. Diplomatik praktikada bir ölkənin xarici işlər nazirinin digər ölkənin XİN başçısını açıq şəkildə yalan danışmaqda ittiham etməsi çox nadir rast gəlinən haldır. Bu hal, hətta dost olmayan ölkələrin XİN başçıları arasında baş vermir, nəinki “strateji müttəfiqlər” arasında. Səbəbləri deyə bilmərəm, amma qəribə və qeyri-adi şeyin baş verdiyi hiss olunur”. Xatırladaq ki, Ermənistan XİN başçısı Ararat Mirzoyanın Moskva səfərindən imtinasına Rusiya xarici işlər naziri Sergey Lavrov sərt reaksiya vermişdi. O bildirmişdi ki, Ermənistan tərəfi bu barədə heç diplomatik kanallarla da məlumat verməyib, imtinanı yalnız mediadan öyrənmişik. Mirzoyan isə buna cavab olaraq Lavrovu yalan danışmaqda ittiham etmişdi. Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Ermənistanı Zəngəzur dəhlizini açmağa və İttifaq Dövlətinə daxil olmağa məcbur etdiyini bildirir. Kreml sözçüsü Dmitri Peskov isə bunu yalan və təxribat adlandırır. Bütün bunlar həqiqətən də Rusiya-Ermənistan münasibətlərinin gərgin məcrada inkiaf etdiyini göstərir. Benyamin Poqosyan bu fonda xatırladır ki, İrəvan Qarabağda hər şeyin Rusiyadan asılı olduğunu bilməlidir: “Ermənilər rus sülhməramlılar Qarabağda olduğu müddətdə orda yaşayacaqlar. Xankəndidə bu yaxınlarda baş tutan çoxminli mitinqin səbəbi rus sülhməramlıların orada iştirakıdır. Rus sülhməramlılar olmasa, mitinq də olmayacaqdı”. Onun sözlərinə görə, rus sülhməramlılar bu gün çıxmağa başlasalar, onlardan qabaq ermənilər o əraziləri tərk edəcək. Baş verənləri şərh edən “Vestnik Kavkaza” nəşri yazır ki, əslində, İrəvanın siyasəti onun Moskva ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb: “Məlumdur ki, Ermənistan hakimiyyəti azərbaycanlı fəalların Qarabağın təbii sərvətlərinin Ruben Vardanyan tərəfindən talanmasına qarşı dinc etirazlarını bəhanə edərək, Moskva-Soçi danışıqlar platformasını da bağladı. Son anda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmək üçün Moskvaya səfərini ləğv edib və bu barədə Rusiya XİN-ə rəsmi məlumat belə vermədi. Tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihəsini müzakirə etməyə hazırlaşırdılar və nəticədə Lavrov və Bayramov bu sənədi birlikdə müzakirə etdilər.

Yekun mətbuat konfransında Sergey Lavrov Ermənistanın bu cür təxribatçı fəaliyyəti, o cümlədən Rusiya sülhməramlılarının Azərbaycanda gördüyü işlərə olan kinayəli şərhlərinin Moskvanı nə qədər qıcıqlandırdığını diplomatik dillə açıqladı. Keçən həftə həm Nikol Paşinyan özü, həm də parlamentin spikeri Alen Simonyan bəyan etdilər ki, sülhməramlılar öz vəzifələrini yerinə yetirmir. Hazırda Laçın yolu ilə yalnız humanitar yüklər daşıyan avtomobillərin hərəkəti mümkündür. Paşinyan və komandası məhz bundan narazıdır: Moskva İrəvana Qarabağ ermənilərini Azərbaycanda yeni müharibəyə hazırlamağa mane olur. Bədxah, perspektivsiz, mənasız uşaqlıq, dəlilik - bütün bunlar müasir İrəvanın siyasətini təsvir etmək üçün əlverişlidir. Məhz Rusiyanın səyləri nəticəsində Qarabağ müharibəsi dayandırıldı və beləliklə, Xankəndi ətrafında qalan 20 min erməni işğalçı xilas edildi. Ermənistanın iki ildir Xankəndiyə silah-sursat və hərbi qulluqçular daşıdığı, eyni zamanda özünü Qarabağ məsələsindən getdikcə daha da uzaqlaşdırdığı da sirr deyil. Bu payız İrəvan, hətta Qarabağdakı separatçı layihəni “xarici” idarəçiliyə – sanksiyalar təhlükəsi üzündən Rusiya pasportundan imtina edən və qanunsuz qızıl və mis-molibden hasilatını bərpa etmək üçün Qarabağa gələn qaçaq milyarder Ruben Vardanyana təhvil verib. Bütün bu müddət ərzində həm Paşinyan, həm onun tərəfdarları, həm də erməni ddiasporu hər küncdə Azərbaycana qarşı ittihamlar səsləndirirdilər, özləri isə sabotajla məşğul oldular. Ermənistan Putin, Əliyev və Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, bütün hərbi qüvvələrini Qarabağdan çıxarmağa borcludur, lakin hələ də onları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada saxlayır. Həmin sənədə görə, o, Rusiya FTX-nin nəzarəti altında Zəngilanla Naxçıvan arasında maneəsiz əlaqə yaratmalıdır, lakin bunu etməyəcəyini bəyan edir. Beləliklə də Cənubi Qafqaz üçün il Ermənistanın maskasının sifətindən düşməsi ilə başa çatır. Erməni səlahiyyətliləri nə deyirlər-desinlər, öz xalqlarının xeyrinə belə heç nə etmək istəmirlər. Ermənistan Bakı ilə sülh müqaviləsi bağlamaq istəmir, İrəvandakılar Ermənistan-Azərbaycan sərhədini delimitasiya etmək istəmirlər, Qarabağdakı separatçı layihəni bağlamaq istəmirlər, Azərbaycan və Türkiyə ilə kommunikasiyalarını açmaq istəmirlər. Görünür, onlar Ermənistanın qarşıdan gələn 2023-cü ildə sehrli şəkildə 2019-cu ilə daşınmasını istəyirlər, çünki Nikol Paşinyan və komandasının davranışında müharibədən sonrakı reallıqların qəbulu belə görünmür. Ancaq bu çılğınlığa heç kim dözməyəcək. Mirzoyansız Lavrovla Bayramov arasında keçirilən eyni görüşdə rusiyalı nazir il ərzində görülən bütün diplomatik işləri sadalayaraq, açıq şəkildə “Hazırda bu razılaşmaların praktiki icrasını daha da ləngitmək üçün heç bir səbəb yoxdur” dedi. Bu, Cənubi Qafqazın mərkəzi oyunçusunun rəsmi mövqeyidir. Rusiyaya lazımdır ki, Ermənistan regionda onun maraqlarına zərər vurmağı dayandırsın və Azərbaycanla sülh əldə etsin. Böyük ehtimal ki, Vladimir Putinin Nikol Paşinyanla MDB çərçivəsindəki təkbətək söhbəti də məhz bundan ibarət olub. Rusiya lideri Ermənistanın baş nazirinə Yeni il ərəfəsində özünə gəlməyə, ətrafdakılara və özünə zərər verməmək üçün şans verəcəyini bildirə bilər. Ən əsası da, Rusiya lideri görüş zamanı üçtərəfli bəyanatın Ermənistan tərəfindən yerinə yetirilməyən müddəalarını bir daha Paşinyana xatırladıb”. Məqalədə o da qeyd edilir ki, Rusiya ilə münasibətlərini pisləşdirmək Ermənistana daha baha başa gələcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ