çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilərin İrəvanda etdiklərini mollalar Cənubi Azərbaycanda edir - hədəf abidələrdir...

Image


Toponim hər bir xalqın milli yaddaşı, milli kimliyi ilə bağlı məfhumdur. Bir xalqın qədimliyini, yerli əhali olub-olmadığını müəyyən etmək üçün toponimləri nəzərdən keçirmək kifayətdir. Yəni toponimlər o xalq barədə lazımı informasiya daşıyıcısıdır.

Azərbaycan xalqının tarixi ərazilərində saysız-hesabsız toponimlərimiz var ki, onların bir xeyli hissəsi barədə heç də ürək açıqlığı ilə danışa bilmirik. Təəssüflər olsun ki, Qərbi Azərbaycandakı toponimlərimiz Ermənistan, Cənubi Azərbaycandakı milli toponimlərimiz isə hazırda fars molla rejimi, ondan əvvəl isə Pəhləvilər dövründə təcavüzə məruz qalıb. Ermənistanın Qərbi Azərbaycandakı, erməni separatçılarının vaxtilə işğalda olan ərazilərimizdə toponimlərimizlə bağlı həyata keçirdiyi saxtalaşdırma aktını molla rejimi də Cənubi Azərbaycanda həyata keçirir. Təsəvvür edin ki, həm ermənilər, həm də mollalar bütün vasitələrdən istifadə edib Azərbaycan-türk toponimlərini məhv etmək istəyirlər. Bunların hədəfi, məqsədi eynidir, ikisi də toponimlərimizi dəyişməklə öz “qədimliklərini, yerli əhali olduqlarını” “sübut” etməyə çalışırlar. Onlar özlərini “təsdiq” etmək üçün isə bu ərazilərin gerçək sahibləri olan Azərbaycan türklərinin izlərini silməyə çalışırlar, amma unudurlar ki, iz üstə gedənin özünün izi qalmaz…    

Güney Azərbaycan toponimləri ilə bağlı araşırmalar apararkən qarşımızda çox dəhşətli mənzərə açıldı. Qeyd etdiyimiz kimi, mollalar heç də ermənilərdən geri qalmayıblar.

Cənubi Azərbaycan toponimləri ilə bağlı çox geniş və məzmunlu, həm də gərəkli araşdırma aparan filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyeva öz tədqiqatında bir sıra mətləblərə aydınlıq gətirib. 

Q.Hacıyeva yazır ki, tarixən qədim türk torpaqları olmuş, hazırda isə başqa xalqların müstəmləkəsinə çevrilmiş ərazilərimizdə – xüsusilə Güney Azərbaycanda (İranda), indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycanda, Rusiyada, Gürcüstanda və bir çox başqa bölgələrdə fonetik dəyişikliyə uğramış onomastik vahidlərdə dialektal xüsusiyyət kimi səsin əvəzlənməsi nəticəsində küllü miqdarda yer-yurd və şəxs adlarımızın da mənası dəyişdirilib. “…Qədim türk toponimiyasının qədim dövrdən müasir dövrümüzə qədər olan tarixi keçid mərhələlərinə nəzər salsaq, istər Rusiya, istər Avropa, istərsə də Şərq ölkələrinin bir çox bölgələrində təhrif edilib dəyişdirilən qədim türk mənşəli toponimlərin üstünlük təşkil etdiyinin şahidi oluruq. Bu ölkələr sırasında müasir İran ərazisində dəyişdirilib təhrif edilən qədim türk mənşəli coğrafi adlar daha çox üstünlüyə malikdir. Müxtəlif dövrlərə aid bir çox qədim və müasir qaynaqlar rəsmi sənəd kimi fikrimizi təsdiq edir. Hələ Pəhləvi sülaləsinin hakimiyyəti dövründən bugünədək bir çox türkmənşəli tarixi coğrafi adların dəyişdirilməsinə xüsusi diqqət yetirən İran dövləti müəyyən mənada öz istəyinə nail olsa da, tarixi gerçəklikləri tam şəkildə inkar edə bilməyib. Belə ki, elmi araşdırmalar nəticəsində aşkar edilmiş dil faktlarından aydın olur ki, bugünədək dəyişdirilmiş coğrafi adların əksəriyyətini tamamilə türk mənşəli adlar təşkil edir. XIX əsrin əvvəllərində Azərbaycan iki hissəyə bölündükdən sonra onun şimal hissəsinin Rusiyaya, cənub hissəsinin isə İranın tərkibinə qatılması tədqiqatçıların bəzilərini çaşdırdığından, onlar Azərbaycan xalqının etnogenzi haqqında saxta konsepsiyalardan çıxış edərək Şimali Azərbaycanda yaşayan əcdadlarımızı qafqazdilli, Cənubda yaşayanları isə heç bir elmi əsas olmadan irandilli hesab etmişlər. Bununla da indiki Azərbaycan türklərinin təşəkkülü, məskunlaşdığı ərazi, dili, mədəniyyəti haqqında qərəzli fikirlər yürüdülmüş, tarixi həqiqətlər gizlədilmiş, xalqımızın ilkin məskunlaşdığı ərazi, etnik mənsubiyyəti, qədim mədəniyyəti həqiqi elmi tədqiqatlardan kənarda qalmışdır. Qaynaqlarda dilimizi və tariximizi təhrif etməyə yönəldilmiş fikirlər Azərbaycanın ərazi baxımından da parçalanmasına, tarixi sənəd olan milli coğrafi adlarımızın dəyişilməsinə gətirib çıxarmışdır. Ilk öncə şimala və cənuba bölünmüş Azərbaycan ərazisi istər şimalda, istərsə də cənubda bu günə qədər parçalanmaqda və qədim yeryurd adları dəyişilməkdə davam etdirilməkdədir. XX əsrdən, Pəhləvi sülaləsinin hakimiyyəti dövründən başlayaraq «milli birlik» adlı fars şovinist siyasəti nəticəsində İranda yaşayan bütün qeyri-fars xalqlar və millətlər bütün milli hüquqlardan məhrum edilərək farslaşdırılmağa yönəldilmişdir. Pəhləvi rejimi dövründə bir çox məsələlərlə yanaşı, milli coğrafi adların da dəyişdirilməsi ciddi bir məsələ kimi dövlətin qarşısında dayanırdı. Bu barədə T.Ə.Ibrahimov geniş məlumat verərək yazır: «Milli birlik» şüarı və siyasəti ilə vaxtlardan ölkədə feudal pərakəndəliyinin aradan qaldırılması və siyasi hakimiyyətin mərkəzləşdirilməsi kimi göründükdə zahirən zəruri bir tədbir sayılırdı. Lakin tezliklə bu siyasət İran xalqlarının milli hüquqlarını inkar edib, onu tam kobud və qəddar şəkildə həyata keçirməyə başladıqda, özünün ən çirkin mahiyyətini açıq və aydın büruzə vermiş oldu. Əlli ildən artıq Pəhləvi hökumətinin siyasi istiqamətini, şovinist dairələrin əsas hədəf və məqsədini təşkil edən «milli birlik» siyasətinin əsl mahiyyətini göstərmək üçün burada o dövrün mürtəce mətbuatından təkcə bir jurnalın ilk nömrəsində baş məqalənin qısa məzmununu nümunə kimi veririk! «Bizim tələbimiz və ictimai istəyimiz İranın milli birliyini təkmilləşdirmək və onu qorumaqdan ibarətdir. Milli birliyi təkmilləşdirmək üçün bütün ölkədə fars dili ümumi dil olmalı, libas, əxlaq və s. cəhətdən yerli fərqlər aradan qaldırılmalıdır. Kürd, lor qaşqay, ərəb, türk (azərbaycanlı) və türkmən bir-birindən fərqlənməməlidir. Müxtəlif milli libas geyməyə, müxtəlif dillərdə danışmağa son qoyulmalıdır. Iranda dil, ədət-ənənə libas və s. cəhətdən milli birlik yaranmayınca İranın müstəqilliyi, onun ərazi bütövlüyü təhlükə qarşısında qalacaqdır. Əgər İranda sakin olan müxtəlif tayfaları vahid şəklə salmasaq, yəni bütün əhalini tam mənasında iranlaşdırmasaq (farslaşdırmasaq), qarşımızda qaranlıq gələcək dayanır. Çingiz, Teymur dövrlərinin yadigarı olan coğrafi adlar fars dilinə çevrilməli, ölkədə bu məqsədə xidmət edən yeni inzibati ərazi bölgüsü aparılmalıdır. Hökumət idarəlində, qoşun daxilində və məhkəmə dairələrində yad dillərin və yad sözlərin işlədilməsi dövlət tərəfindən qadağan olunmalıdır».

Toponimik tədqiqatlar nəticəsində əldə edilmiş faktlardan aydın olur ki, pəhləvi sülaləsinin həyata keçirdiyi bu şovinist siyasət dil, tarix, mədəniyyət və başqa sahələrdə olduğu kimi Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin dilində, eləcə də toponimiyasında da öz böyük təsirini göstərmiş və göstərməkdədir.

Toponimik tədqiqatlardan aydın olur ki, Cənubi Azərbaycan ərazisindəki qədim tarixə malik mövcud toponimlərin əksəriyyəti mənşə etibarilə əsasən türk (Azərbaycan) dili ilə bağlıdır. Lakin hazırda Cənubi Azərbaycanda türklərin yaşadığı qədim yaşayış məntəqə, eləcə də müxtəlif obyektlərin adını bildirən toponimlərin çoxu tarixi proseslərin nəticəsi kimi dəyişikliyə uğramış, müəyyən fonetik əvəzlənmə ilə semantic mənası təhrif edilmiş, tərcümə edilərək farslaşdırılmış və ya dil mənsubiyyətinə görə mənası aydın olmayan toponimlərə çevrilmişdir. Zaman keçdikcə bu coğrafi adların bəzisi kütləvi dildən çıxaraq unudulmuşsa da bir qismi xalqın yaddaşında qorunub saxlanmışdır. Bu toponimlərin araşdırılması, tərkib komponentlərinin ayrı-ayrılıqda təhlili mənşəcə onların hansı dilə məxsus olduğunu aşkara çıxarmaqla, tarixi inkişaf prosesində uğradığı fonetik variantların da bərpasına imkan yaradır.

Bu baxımdan Cənubi Azərbaycanda dəyişdirilmiş coğrafi adları 3 qurpda təsnif etmək olar:

1) fonetik dəyişmə ilə təhrif edilmiş toponimlər;

2) qədim toponimin yenisi ilə əvəz olunması;

3) tərcümə edilərək dəyişdirilmiş toponimlər.

Fonetik dəyişikliyə uğramış toponimlərdə səsin əvəzlənməsi nəticəsində semantik mənası da dəyişilir. Cənubi Azərbaycanda qeydə alınmış, Günbərf, Girinc // Cirinc, Bostanabad, Camışabad, Əhmədabad, Dəməşqiyyə, Sariqiyyə, Əxməqiyyə, Kuhdel, Səbalan, Piyam, Kəlankeş, Dahxarqan və başqa bu kimi coğrafi adlar türk mənşəli Günbəri, Giriş, Bostanava, Camışava, Əkinava, Gümüşqaya, Sarıqaya, Axmaqaya, Göydil, Yam, Savalan, Gələnkeç Tufarqan toponimlərinin təhrif olunmuş formalarıdır.

Hazırda fars dilində Günbərf şəkilində işlənən, əslində isə səsdüşümü nəticəsində bizə gəlib çatan Günbəri toponimi ehtimal ki, vaxtı ilə Günbərq Günbərə və ya

Günbəri formalarından birində olmuşdur. Bu toponimin coğrafi mövqeyi və semantik

mənası belə bir fikri söyləməyə əsas verir. Gün və müxtəlif anlamlar ifadə edən bərq // bəri // bərə komponentlərindən biri əsasında yaranmış Günbərq // Günbəri // Günbərə toponiminin semantik mənası hər üç formada dilimizdə bir mənada-gün tutan, güneydə olan, günəşli, günəşə doğru olan yer, ümumiyyətlə güney şəklində açıqlanır. Lakin sözün sonunda səsdüşmü nəticəsində bu toponimin ikinci komponenti farslaşdırılmış Günbərf (bərf fars dilində qar deməkdir) şəklinə salınmışdır.

İstər coğrafi mövqeyinə, istərsə də semantik mənasına görə Günbərf toponiminin komponentləri arasında uyğunsuzluq özünü göstərir. Bu isə həmin toponimin ilkin variantının bərpasına imkan yaradır və təsdiq edir ki, bu toponim Günbərf yox, Günbərə // Günbərq // Günbəri şəklində olmuşdur. Hazırda bu toponimin coğrafi mövqeyinə görə xalq arasında Günəvər şəklində işlənməsi faktı onun qədim türkcə olduğunu əsaslandırır. Üskü şəhərinə yaxın mineral bulağın başlanğıcında yerləşən coğrafi mövqeyinə görə Giriş adlanan kəndin adı dəyişdirilib Girinc formasına düşüb. Təbrizin Bağmeşə məhəlləsində Gümüşqaya bulağının adı dəyişdirilib Dəməşqiyyə olub...”

Alimin çox geniş izah və təhlil verdiyi elmi araşdırmadan açıq görsənir ki,  Cənubi Azərbaycandakı toponimlərimizin saxtalaşdırılması prosesinə çoxdan başlanılıb. Hesab edirik, əlimizdə olan faktlar imkan verəcək ki, biz gələcəkdə o toponimlərin adlarını yenidən bərpa edək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ