çərşənbə günü, 11 noyabr 2026
     

Şərqi Anadolunun Qərbi azərbaycanlıları - tarixin onlar üçün xoşbəxtliyi idi ki...

Image


Azərbaycanlıların hazırkı Ermənistan dövlətinin ərazisindən tam deportasiyasının  34 ili tamam oldu. Son deportasiya əməliyyatı ilə Ermənistan dövləti 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlı sakinlərini tarixi torpaqlarından qovaraq acı məhrumiyyətlərə məruz qoyub.

1988-ci ilin soyuq dekabrının birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı, 18.000 kürd və 1000 nəfər rus zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb.

Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə və başqa ölkələrdə çap olunmuş kitablarda da kifayət qədər öz əksini tapıb.  

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər olaraq dörd mərhələyə bölünür.

  • Tarixi proseslər nəticəsində bir çox azərbaycanlının taleyinə Türkiyə ərazisində yaşamaq da nəsib oldu

Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub.

Qeyd edək ki, tarixi proseslər nəticəsində bir çox azərbaycanlıların taleyinə Türkiyə ərazisində yaşamaq da nəsib oldu. Onların arasında əslən Qərbi Azərbaycandan olanlar da kifayət  qədərdi. Türkiyə azərbaycanlıları əsasən İğdır və Qarsd məskunlaşıblar.  1990-cı ildə SSRİ–Türkiyə sərhədinin yaxınlığında 400,000-ə yaxın etnik azərbaycanlı yaşayırdı, ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3,000,000 olduğu qeyd edilir. Britannika Ensiklopediyasının 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%-ni etnik azərbaycanlılar təşkil edirdi. 2013-cü ildə Türkiyədə 800,000 azərbaycanlı yaşayırdı. Azərbaycanlılar hal-hazırda İğdır şəhərindəki ən böyük 1-ci, Qarsda  isə ən böyük 2-ci etnik qrupdurlar.

Hazırda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində iş gedir. Yəni Azərbaycan dövləti bu məsələdə öz iradəsini açıq şəkildə  ortaya qoyur.

Görünən budur ki, əslən Qərbi Azərbaycandan olan soydaşlarımız olduqca böyük çoğrafiyanı əhatə edir və yalnız bizim ölkə ilə məhdudlaşmır. Türkiyə ərazisindəki Qərbi Azərbaycandan olan soydaşlarımızın bəxti gətirdi ki, onlar qardaş bir ölkənin tərkibində qalmaqla öz milli kimliklərini, dillərini, adət-ənənələrini qoruyub saxlaya bildilər.

  • İran İğdır vilayəti ilə daha çox maraqlanır

Tarix üzrə fəlsəfə  doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Türkiyənin əsasən Azərbaycan əsilli türklərin yaşadığı Qars və İğdır bölgəsində azərbaycanlı adı altında gizlənən ermənilərin illər boyunca fəaliyyət göstərdiyinə dair məlumatlar var:

“Vaxtilə İrəvan və İğdır ətrafı Çuxur Saad və Sürməli çuxuru adı ilə tanınırdı. 1920-ci ildə Kazım Qarabəkir Paşanın rəhbərliyində türk ordusu İğdırı və qəsəbələrini azad edənə qədər İrəvan və İğdır ətrafındakı türklərin adət-ənənələri, mədəniyyətləri eyni idi. 1920-ci ilin noyabr ayından sonra Araz çayı sərhəd olaraq qəbul edildi və İğdırla ətrafındakı bölgələr Türkiyədə, İrəvan və ətrafındakı bölgələr isə Ermənistanda qaldı. 1920-ci ildən sonra İğdırda və ətraf bölgələrdə ermənilər də yaşayırdı, hətta yetim uşaqlar da var idi, bununla yanaşı, sonradan bir çox erməni yaşamaq üçün bura gəlmişdi. Lakin bu ermənilər və yezidilər (xristian kürdləri) özlərini azəri kimi təqdim edir, gizlənirdilər. Hətta 1960-cı illərdə İğdırdakı vətəndaşların qeydiyyat binasını yandıraraq dəlilləri aradan çıxarmağa cəhd etdilər. Arxivdə olan qeydiyyat dəftələrlərini çoxu yanıb, bir qismi isə oxunmaz vəziyyətə düşüb”.

Tarixçi alimin sözlərinə görə, İğdır və Qars  Türkiyənin Azərbaycanla sərhədi olan yeganə vilayətidir. Naxçıvanın Sədərək və Türkiyənin Dilucu qapıları iki ölkəni bir-birinə bağlayan yeganə məkandır. Çox istərdik ki, Azərbaycanın İğdırla və Qarsla   bağlı ayrıca siyasəti olsun. Bu gün, məsələn, İran İğdır vilayəti ilə daha çox maraqlanır.  Son vaxtlar azərbaycanlıların sayı oralarda azalır. Səbəbi isə iqtisadi rifahdır. Onlar daha yaxşı qazanmaq və yaşamaq üçün Türkiyənin digər bölgələrinə köçüb gediblər. Təsadüfi deyil ki, İğdırda HDP-yə səs verən seçicilərin sayı daha çoxdur. Nəzərə alaq ki, son illərdə  orada  bələdiyyə məhz HDP tərəfindən seçilir.

Həmin ərazilər Türkiyənin Azərbaycanla yanaşı həm də Ermənistana açılan qapısı olduğu üçün, məncə, strateji əhəmiyyəti daha böyükdür. Əlbəttə, Türkiyə dövlətinin yürütdüyü məlum milli siyasət var. Orada yaşayan əslən Qərbi Azərbaycandan olanların böyük əksəriyyətinin doğmaları, qohumları Arazın bu tayında qalıb. Düşünürəm ki, cənab Prezidentin təşəbbüsü ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış adlı Konsepsiyada bu kateqoriyadan olan  Türkiyədəki soydaşlarımızla bağlı da müddəalar öz əksini tapmalıdır”.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ