çərşənbə günü, 11 noyabr 2026
     

Bayramov son nöqtəni qoydu - Azərbaycanın Vardanyanla təmasları heç vaxt olmayacaq

Image


27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2022-ci il üzrə xarici siyasətimizin əsas istiqamətləri və əldə olunmuş nəticələrlə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikasının bir çox dövlətlərlə diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu 2022-ci il ərzində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilib. Bu xüsusda, həm qonşu ölkələrlə, həm də digər dövlətlərlə siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə səmərəli əməkdaşlıq münasibətlərinin inkişafının diqqət mərkəzində saxlanıldığı qeyd olunub.

Azərbaycanın il ərzində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və s. təşkilatlar çərçivəsində aktiv fəaliyyət göstərdiyini bildirən nazir Ceyhun Bayramov beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində səylərə verilən töhfələrdən bəhs edib.

Regionda, o cümlədən dünyada iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə həyata keçirilən layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın rolunun artdığını bildirən nazir Ceyhun Bayramov qlobal enerji təhlükəsizliyinin təmini, regional nəqliyyat və kommunikasiyalar sahəsində fəaliyyətin inkişafı istiqamətində görülən işlər, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyəti barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb.

Post-münaqişə dövründə diplomatik fəaliyyət, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması, sülh gündəliyinin təşviqi istiqamətində görülən işlərdən geniş bəhs edən nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, münaqişədən sonra regionda yaranmış vəziyyət haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi işlərinin davam etdirildiyini bildirib.

Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində il ərzində İraq və Suriyadan 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşımızın repatriasiyasının, Ukraynadan isə 16 mindən çox şəxsin təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən “Şuşa İli” çərçivəsində tədbirlərin keçirildiyi, xarici siyasətin informasiya təminatı ilə əlaqədar “Diplomatiya Aləmi” jurnalının “Şuşa İli”nə həsr olunmuş xüsusi buraxılışının nəşr edilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərə xarici jurnalistlərin mətbuat turlarının təşkil edildiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin kadr potensialının inkişafı məqsədilə mərkəzləşdirilmiş qaydada müsabiqə prosesinin təşkil edildiyini, 500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 namizəddən 38 nəfərin işə qəbul olunduğunu, digər namizədlərin yaxın aylarda diplomatik xidmətə qəbulunun nəzərdə tutulduğunu bildirib.

Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Moskvada danışıqların üçüncü raundunun keçirilməli olduğunu diqqətə çatdıran nazir əlavə edib: "Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır".

Nazir deyib ki, bir çox hallarda Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir.

“Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi, ilk növbədə, onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”, - deyə nazir vurğulayıb.

Ceyhun Bayramov həmçinin qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür.

Nazir deyib ki, Moskvada keçirilməli olan üçtərəfli görüşün növbəti raundunu Ermənistan tərəfi pozdu. Onun sözlərinə görə, ümumilikdə, keçirilən bu görüşlərdə əldə olunan proqres məhduddur.

“Bunun əsas səbəbi Ermənistan tərəfinin atdığı qeyri-konstruktiv addımdır”, - deyə nazir bildirib.

Ceyhun Bayramov onu da bildirib ki, 2023-cü ilin əvvəlində Azərbaycan tərəfindən Ermənistana qarşı ətraf mühitə, canlı təbiətə vurulan ziyana, təbii yataqlarımızın istismarına dair yeni iddialar irəli sürüləcək.

Qarabağda yaşayan etnik ermənilərin Azərbaycanda yaşamaq hüququ olduğunu deyən XİN rəhbəri Azərbaycanın bunu dəfələrlə qeyd etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan bu dialoqun aparılmasına açıqdır.

“Bu istiqamətdə bir sıra addımlar atılır və bu davam edəcək. Məqsədli şəkildə kimlərsə bu prosesə müdaxilə edirsə, ləkəli keçmişə malik olan insan bölgəyə göndərilirsə, bu, prosesə vurulan zərbədir. Azərbaycan bunun qarşısını almaq iqtidarındadır və alacaq da",- deyə nazir qeyd edib.

Bayramov xatırladıb ki, qanunsuz silahli birləşmələrin Qarabağdan çıxarılması Ermənistanın öhdəliyidir. "Biz danışıqlar zamanı bu məsələni qaldırırıq və qaldırmağa da davam edəcəyik. Bu, həqiqətən də Ermənistanın öhdəliyidir və o, bu öhdəliyi pozur. Ermənistan buna paralel olaraq, bölgədə davamlı gərginlik yaradır. Bir çox hallarda Qarabağda gərginliyə səbəb qanunsuz silahlı birləşmələrin oradakı fəaliyyətidir”, - nazir deyib.

XİN rəhbəri deyib ki, yalnız sülh müqaviləsi ilə bağlı deyil, bir sıra digər istiqamətlərdə də Ermənistan tərəfi müzakirə mövzusu ilə bağlı məqamları ictimai məkana sızdırır ki, bu da özlüyündə ziyanverici addımdır.

"Bu, sosial şəbəkələr vasitəsilə edilir. Birincisi, bunu sızdırmaq danışıqlar prosesinə çox ziyanlıdır. İkincisi isə bu, qarşı tərəfin mövqeyini əks etdirmir", - nazir qeyd edib.

“Azərbaycanın Ruben Vardanyanla təmasları heç vaxt olmayacaq” – deyən nazir qeyd edib ki, gələcəkdə də yerli əhali ilə təmaslar olacaq.

“Azərbaycanın Qarabağdakı etnik ermənilərlə təmasları ilə bağlı adlar çəkilərsə, o şəxslərə qarşı təzyiq arta bilər. Bu cür təmaslar olub”,- deyə nazir əlavə edib.

C.Bayramov bildirib ki, Rusiya sülhməramlı kontingentinin gündəlik fəaliyyəti ilə bağlı isə hər hansı sənəd yoxdur.

“Rusiya sülhməramlı kontingentinin gündəlik fəaliyyəti ilə bağlı hər hansı sənəd yoxdur. Hazırda belə bir sənəd üzərində də iş aparılmır”, - deyə nazir əlavə edib.

Xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasından da danışıb. Bildirib ki, iki ay ərzində Avropa İttifaqının (Aİ) 40 mülki şəxsdən ibarət missiyası delimitasiya olunmayan Ermənistan-Azərbaycan sərhədində monitorinq keçirməli idi. Bu missiya 19 dekabrda başa çatıb. Nazir qeyd edib ki, Avropa İttifaqı tərəfindən yeni missiyanın planlaşdırılması mərhələsi baş tutur.

"Mütəxəssislər yeni missiya ilə bağlı planlaşdırmanı həyata keçirir. Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Baxmayaraq ki, missiya Ermənistan ərazisindədir, ancaq missiya Azərbaycan sərhədi istiqamətində olduğu üçün Azərbaycan tərəfi ilə məlumat mübadiləsi olmalıdır”, - deyə nazir əlavə edib.

Azərbaycanın XİN rəhbəri onu da deyib ki, Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildir sərhədlər müəyyənləşməyib. Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub.

"Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”, - deyə nazir əlavə edib.

Daha sonra nazir Ceyhun Bayramov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ