çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini daha güclü hala gətirir

Image


XXI əsrdə dünya birliyi iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, dövlətlər arasında müxtəlif xarakterli mübahisələr və ayrı-ayrı ölkələr daxilində münaqişələr, kütləvi qırğın silahlarının yayılması, beynəlxalq terrorizmə qarşı mübarizə və digər bu qəbildən olan müxtəlif problemlərlə üzləşir.

Dövlətlərlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq, onların iqtisadi, siyasi, sosial, humanitar, ekoloji və digər maraqlar nəzərə alınmaqla qarşılıqlı əlaqəsi məsələləri bu fonda müstəsna əhəmiyyət kəsb edir. Bu durumda  Azərbaycanın beynəlxalq təşkilatlarla universal və regional səviyyədə əməkdaşlığı mühüm önəmə malikdir.

  • Beynəlxalq qurumlarla sıx əməkdaşlıq qurulub

Məlumdur ki, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət məsələlərini müəyyən edən əsas beynəlxalq hüquqi aktlar Birləşmiş Millətlər Təşkilatının 1945-ci ildə qəbul edilən nizamnaməsidir. Bundan başqa, Beynəlxalq Hüququn Prinsipləri haqqında Bəyannamə (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Yekun Aktı (1975),  Universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərdə dövlətlərin təmsil olunması haqqında Vyana Konvensiyası (1975), müəyyən əməkdaşlıq sahələrində fəaliyyət göstərən dövlətlərarası təşkilatların hüquqi statusu, imtiyazları və immunitetləri haqqında konvensiya (1980) və digər belə qəbildən olan hüquqi sənədlər beynəlxalq əməkdaşlığın əsas təməl sütununu təşkil edir. Onu da qeyd edık ki, sözügedən  hüquqi aktlar beynəlxalq hüququn subyektləri üçün ümumi davranış qaydaları, dövlətlər arasında dostluq münasibətlərinin inkişafı, onların qarşılıqlı fəaliyyətini özündə ehtiva edir.  Azərbaycan da müxtəlif dövlət və təşkilatlarla münasibətlərinin qurulmasında  bütün bunları nəzərə alır, onlardan irəli gələn öhdəliklərə əməl edir.

Beynəlxalq münasibətlərin müxtəlif sahələrində dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələlərinə dair həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə bir çox müqavilələr qəbul edilib.  Qeyd olunan hüquqi aktlara əsasən, Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, o cümlədən beynəlxalq müqavilələri qəbul edərək dünya birliyinin bir hissəsi olduğunu qəbul edir. Azərbaycan bu gün onlarla beynəxlaq qurumlarla sıx əməkdaşlıq edir. Onları  şərti olaraq üç qrupa bölmək olar: 1) BMT-nin orqanları və ixtisaslaşmış təşkilatları; 2) iqtisadi, siyasi, sosial-humanitar və digər beynəlxalq təşkilatlar; 3) beynəlxalq klublar, icmalar, birliklər və sair. Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatlarının işində, daha dəqiq desək, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO), Beynəlxalq Valyuta Fondunun (BVF), Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) fəaliyyətində iştirakının əhəmiyyəti olduqca böyükdür.  Bundan başqa ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT),  Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), Beynəlxalq Atom Enerjisi Təşkilatı (BAEA), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Komitəsi (CTC), Beynəlxalq Cinayət Polisi Təşkilatı (İnterpol) və sairlə də sıx işbirliyindədir.  İslam Konfransı Təşkilatı,  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası, Avropa Birliyi və digər regional qurumlarla da işbirliyi ölkəmzin xüsusi diqqət mərkəzində yer alır. Beynəlxalq klublar, icmalar, birliklərin işində də Azərbaycan fəal iştirak edənlər sərasəndadər. Buna misal kimi “Valday” klubunu və digərlərini göstərmək olar.

  • Anti-Azərbaycan fəaliyyəti uğurla dəf edilir

Beynəlxalq qurumlarla əməkdaşlıq Azərbaycana çoxsaylı dividendlər qazandırır. Bu da təsadüfi deyil. Müasir dünyanın real güc mərkəzlərinin, regional və beynəlxalq münasibətlərin hazırkı durumunun nəzərə alınması fonunda ölkəmiz özünün xarici siyasət strategiyasını dəqiq müəyyənləşdirir.

Eyni zamanda quruluan əməkdaşlıq anti-Azərbaycan addımlarını uğurla neytrallaşdırmağa imkan verir. Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Laçın yolunda baş verən aksiyadan danışarkən bu xüsusda prezidenti İlham Əliyev bəzi maraqlı məqamlara toxunub: “Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır... Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər...Yəni, Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur... Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz”. Azərbaycana qarşı BMT-də və digər qurumlarda cəhdlərin iflasa uğraması məhz ölkəmzin çoxtərəfli səmərəli əlaqələri sayəsində neytrallaşdırılır. Bu, Azərbaycanın münasibətlərində düzgün mövqe seçməsinin faktiki təzahürüdür. Azərbaycanın indiki beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı bir qütbə və yaxud istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməməsi ilə müşayiət edilir. Nəticədə ölkəmiz beynəlxalq aləmdə uğurlu manevr imkanları qazanır. Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyasının uğurudur. Bu uğura beynəlxalq və regional  təşkilatlarla sıx əlaqələr yaratmaq mühüm töhfələr verir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Bu istiqamətdə siyasətin davamlı xarakteri Azərbaycana yeni nailiyyətlər vəd edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ