çərşənbə günü, 11 noyabr 2026
     

Bakıda məskunlaşmış Qərbi azərbaycanlıların qeydiyyatı başladı - maraqlı təfərrüatlar...

Image


Bakıda yaşayan və əslən Qərbi Azərbaycandan olan şəxslər yerli “JEK”lərdə qeydiyyata alınır. Bu barədə baki-xeber.com-a artıq qeydiyyatdan keçmiş qərbi azərbaycanlılar məlumat verib. Məlumatımıza görə, proses Nəsimi, Xətai rayonlarında başlyıb. Qeydiyyatdan keçən sakinlər bildirirlər ki, qeydiyytda olduqları ünvanlar üzrə “JEK”-lərdən şəxsiyyət vəsiqələri ilə onlara yaxınlaşmaq xahiş olunub. Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yaşayan Qarayevlər ailəsindən alıdığımız məlumata görə, onlara zəng vurulub və “ailə üzvlərinizin şəxsiyyət vəsiqəsini götürüb “JEK”ə gəlin” deyiblər.

“Bizə zəng edib dedilər ki, qərbi azərbaycanlılar qeydiyyata alınırlar, şəxsiyyət vəsiqənizi götürüb bura gəlin. Getdik, bizi qeydiyyata aldılar.  Qeydiyyata alınmağımızın səbəbini soruşduqda əməkdaşlar bildirdilər ki, bu barədə hər hansı bir məlumatları yoxdur, sadəcə onlara qərbi azərbaycanlıları qeydiyyata almaları barədə tapşırıq verilib. Amma bizim özümüzün müəyyən ehtimallarımız var ki, ola bilsin, bizim qaçqınlıq statusumuzu qaytaracaqlar, bəlkə də Ermənistana qarşı haqlı təzminat davası açılacaq. Biz dəqiq bilmirik. Yəqin ki, rəsmi qurumlar buna aydınlıq gətirəcək”- deyə müsahibimiz bildirdi.

Nəsimi rayonu “Xutor” yaşayış massivində yaşayan, əslən Qərbi Azərbaycandan olan Nəsibovlar ailəsi də bildirdi ki, “JEK” tərəfindən qeydiyyata alınıblar, amma onlara da əlavə izah verilməyib.

“...Tarixi dədə-baba yurdlarına geridönüşü təmin etmək üçün əlimizdə çox ciddi sənədlər olmalıdır”

Bu səbəbdən məsələ ilə bağlı İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, qərbi azərbaycanlılarla əlaqədar bir çox təşəbbüslərin müəllifi, professor Qafar Çaxmaqlı ilə əlaqə saxladıq. “23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti Stalinin imzası ilə Ermənistanda yaşayan azərbaycanlıların Kür-Araz ovlağına köçürülməsi ilə bağlı bir qərar verib. Bu qərardan sonra 150 min azərbaycanlı Ermənistandan çıxarılıb. 23 dekabr deportasiya günü kimi qeyd olunur. Biz də İrəvan Türk Cumhuriyyəti olaraq bu günü deportasiya günü olaraq qəbul etmişik. Həmin gün də müəyyən tədbirlər həyata keçirmişik, bundan sonra da beynəlxalq təşkilatlara Azərbaycan türklərinin Ermənistandan çıxarılmasının qanunsuz olduğunu, bunun onlara qarşı sürgün siyasətinin tərkib hissəsi olduğunu ortaya qoymuşuq.

Sizin sualınıza gəlincə, Ermənistandan qovulan azərbaycanlıların heç zaman statistikası aparılmayıb. Ona görə də ayrı-ayrı şəxslər, ayrı-ayrı dövlət yetkililəri və ictimaiyyət nümayəndələri, ictimai təşkilatların rəhbərləri qərbi azərbaycanlıların sayı ilə bağlı fərqli rəqəmlər səsləndirirlər. Mən bu fikirdəyəm ki, Ermənistandan 1988-ci təxminən 300-350 minə yaxın azərbaycanlı köçürülüb. Bu qədər insan  qovulub. Dediyim kimi, indiyə qədər qərbi azərbaycanlıların statistikası aparılmayıb. 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti yaranandan sonra ordan qovulan azərbaycanlıların malı-mülkü, orada qalan digər əmlakı ilə bağlı fəaliyyət olmuşdu. Ayrı-ayrı zamanlarda onlarla görüşülüb, söhbətlər aparılıb, onların ərizələri alınıb toplanmışdı. Bu sahədə xeyli iş görülsə də, amma ortada hələ heç nə yoxdur. Həmin sənədlərin də harda olunduğu bilinmir. Fərqli sözlər söyləyirlər. Bəziləri deyir ki, bu sənədlər Qaçqınlar Komitəsinə verilib, Qaçqınlar Komitəsi də deyir ki, onlarda elə sənədlər yoxdur. Bu məsələ də böyük mübahisəli məsələ kimi ortadadır. Yəni o vaxt Ermənistandan qovulan azərbaycanlıların statistikasını tam şəkildə aparmaq mümkün olmayıb.  Amma Azərbaycanın Qarabağdakı böyük zəfərindən sonra Ermənistandakı yaşayış məskənlərimizə geri dönüşü hardasa təmin etmək üçün Azərbaycan dövlətinin apardığı siyasət düzgün bir siyasətdir. Əvvəlcə əlimizdə bu sənədlər olmalıdır ki, oradan hansı sayda azərbaycanlılar hansı şəraitdə, necə qovulub çıxarılıb. Buna görə də, mən indi bilmirəm bu statistikanı dövlət aparır, yoxsa yeni yaradılan Qaçqınlar İcması aparır, onu deyə bilmərəm. Amma hər iki halda çox yaxşı bir fəaliyyətdir. Bunu biz mütləq etməliyik, çünki tarixi dədə-baba yurdlarına geridönüşü təmin etmək üçün əlimizdə çox ciddi sənədlər olmalıdır. Ciddi sənədləri ortaya qoyub beynəlxalq təşkilatlara da müraciət etmək  və o ərazilərə geri dönüşü təmin etmək olar. Çünki BMT-nin bütün sənədlərində əhali faktoru önə çəkilir,  əhalinin arzusu, yəni keşmiş yaşayış yerinə geri dönüşü məsələsi gündəmə gətirilə bilər və bu da beynəlxalq normadır. Beynəlxalq normanın bizə verdiyi imkanlardan istifadə edə bilərik”.

Q.Çaxmaqlının sözlərinə görə, siyahıyaalınma nəticəsində Ermənistandan qovulan azərbaycanlıların sayı ilə bağlı əldə etdiyimiz bilgilər bizə imkan verəcək ki, ayrı-ayrı yerlərdə, rayonlarda insanların nəsillərinin də statistikasını apara bilək.  1988-ci ildə 250 min insan oradan qovulubsa indi onların sayı, şübhəsiz ki, 35 ildə artıb. “Onların nəsillərinin davamçıları da o siyahıya daxil edilməlidir. Həmin nəslin başqa yerlərdə doğulan nümayəndələri də o statistikaya daxil edilməlidir. Digər bir məsələ də onlara status verilməsidir ki, bu da bərpa olunmalıdır. Bilirsiz ki, 1990-cı illərin sonlarına qədər qərbi azərbaycanlıların müəyyən bir statusu vardı. Amma o status ləğv edildi”.

Q.Çaxmaqlı dedi ki, Azərbaycanda qərbi azərbaycanlıların statusu ləğv edilsə də, amma Erməmistanda Azərbaycandan köçüb gedən ermənilərin statusu ləğv edilməyib. “Onlar Azərbaycanda yaşadıqlarını təsdiq edən sənədlərlə beynəlxalq məhkəmələrə, beynəlxalq təşkilatlara müraciət edə bilirlər, amma biz bu imkandan məhrumuq. Çünki biz  müraciət edərkən artıq Azərbaycan vətəndaşı kimi müraciət etməyə məcburuq. Bu da hər hansı bir nailiyyətin əldə olunmasına məhdudiyyət yaradır. Şübhəsiz ki, Ermənistana qarşı təzminat davalarının açılması üçün müəyyən statusun olması lazımdır. Qaçqınlıq statusunun olması vacibdir. Biz də İrəvan Türk Cumhuriyyəti olaraq Milli Məclisə bu statusun bərpa edilməsi üçün müraciət etmişik. Bildiyimə görə, ayrı-ayrı millət vəkilləri də Milli Məclisdə bu məsələni qaldırıblar. Bunu indi gündəmə daşımaq yaxşı bir haldır. Ermənistanı müəyyən mənada məhkum etmək, ona qarşı təzminat davaları açmaq və nailiyyətlər əldə etmək, hüququ mövqeyə gətirmək üçün bu iş davam etdirilməlidir. Biz də bunu dəstəkləməkdə davam edəcəyik”-deyə Q.Çaxmaqlı qeyd etdi.

İradə SARIYEVA   



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ