çərşənbə günü, 11 noyabr 2026
     

Venesiya komissiyası batan partiyaların “saman çöpü” olacaqmı? - Abutalıb SƏMƏDOV yazır...

Image


1992-ci ildə AXC hakimiyyəti dövründə qəbul olunan “Siyasi partiyalar haqqında” qanun ortaya 60-a yaxın partiya çıxardı.

Bu partiyaların mütləq əksəriyyətinin heç bir ciddi kadr potensialı olmadığından onlardan müxtəlif sahələr üzrə proqramlar gözləmək də mümkün deyildi.

Əslinə qalsa qeydiyyatdan keçmək üçün qohum-qardaşı, dost-tanışı səfərbər edib birtəhər tələb olunan sayı düzəldən siyasi partiyalardan və onların liderlərindən elə bir ciddi gözlənti də yox idi.

Dövləti idarə etmək, hakimiyyətin müəyyən qollarında yer almaq üçün yaradılan, yaxud, yaradılmalı olan partiyaları cəmiyyət təkcə ciddiyə almamaqla kifayətlənmirdi, həm də ələ salır, lağa qoyurdu.

KİV-lərdə gah tamadalar, gah aşıqlar partiyalarının yaradıldığı, gah da yaradılan partiyalara “Orta barmaq partiyası”, “Şəhadət barmaq partiyası” kimi adlar verildiyi iddiaları yer alırdı.

Və bu münasibəti siyasi partiyalar, onların özünəvurğun liderləri özləri qazanmışdılar.

Son illər Azərbaycan hakimiyyəti məhz bu münasibəti dəyişməyi, ölkədə güclü siyasi partiyaların meydana gəlməsinə nail olmağı əsas vəzifə kimi qarşıya qoydu.

Prezident administrasiyasında “...Siyasi partiyalarla iş şöbəsi” yaradıldı və sözün əsil mənasında iş başladı. Partiya liderləri ilə görüşlər, müzakirələr, birgə səfərlər və onların KİV-də işıqlandırılması onların cəmiyyətdə nüfuzunu artırdı.

Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi haqqında qərar verildi.

Dövlət qeydiyyatından keçmiş siyasi partiyalar yüksək səviyyədə təmir olunmuş qərargahlarla təmin olundular.

Güclü partiyaların ortaya çıxması istiqamətində atılan növbəti addım-“Siyasi partiyalar haqqında Qanun” layihəsinin hazırlanması oldu və  bu mühüm qanun geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən qəbul edildi.

Yeni qanun iri partiyaların meydana çıxması üçün kiçik siyasi qurumların təmərküzləşməsini nəinki mümkün, həm də məcburi edir.

 Artıq heç bir ideologiyası olmayan, yaxşı halda dost-tanışın, qohum-əqrəbanın “adını yazdırdığı” partiyaların yaşaması, ayaqüstə qalması mümkün deyil.

Artıq bəzi liderlərin “kiçik olsun, mənim olsun” fəlsəfəsindən imtina etməkdən başqa yolu qalmayıb.

Artıq müəyyən ideologiya ətrafında birləşmədən, ortaya yerli strukturları, icra aparatı, kadr bazası olan güclü partiya çıxarmadan Azərbaycanın siyasi həyatında qalmaq və fəaliyyət göstərmək mümkün olmayacaq.

Çox təəssüf ki, mövcud reallıqları nəzərə alıb partiyalarını yeni qanunun tələblərinə uyğunlaşdırmağa çalışmaq əvəzinə bəzi siyasilər “müqavimət cəbhəsi” yaratmaq yolunu tutdular.

Bu məqamda köməyinə ümid edilən “saman çöpü” Avropa Şurasının Venesiya Komissiyası oldu.

“Müqavimət hərəkatı”nda ReAL partiyasının sədri İlqar Məmmədovun öndə yer alması böyük əksəriyyət üçün gözlənilməz oldu.

Çünki bir zamanların “barışmaz müxalifətçisi”, “Milli Şura”nın bəzi liderlərinin iddiasına görə  avropa qurumlarının hətta “maaşa bağlayaraq” böyük ümidlər bəslədiyi ReAl lideri həbsdən çıxdıqdan sonra prezident administrasiyasında bir neçə görüş keçirmiş və həmin görüşlər zamanı “əsaslı arqumentlərlə” tutduğu yolun yanlış olduğu ona izah olunmuşdu.

Görünür administrasiyadakı həmsöhbətlərin siyasi səviyyəsi o qədər yüksək, onların təqdim etdikləri “arqumentlər” o qədər inandırıcı olmuşdu ki,  söhbətlərdən dərhal  sonra İlqar Məmmədov radikallıqdan tamamilə imtina etmək qərarına gəlmiş və  bəzi “barışmazçılar”ın iddiasına görə “avtobus müxalifəti”nə çevrilmişdi.

İlqar Məmmədovun növbəti dəfə mövqe dəyişdirməsinin və bu qədər radikallıq nümayiş etdirməsinin kökündə nə dayanır?

Bir az əvvəl dedik. “Siyasi partiyalar haqqında”yeni qanun kiçik, azsaylı partiyalar üçün ciddi problemlər yaradır və bu qanunun tələblərinə cavab vermək onların imkanları xaricindədir.

Hərəkat kimi fəaliyyət göstərərkən xeyli yüksək potensiallı ziyalını öz ətrafında birləşdirməyə nail olan ReAl partiyaya çevrilərkən onların çoxunu yolda itirdi və üzvlərin sayına görə kiçik, kadr potensialı baxımından ortabab partiyaya çevrildi.

Yeni qanunun tələblərini yerinə yetirmək  partiyaların böyük əksəriyyətinin, o cümlədən ReAl-ın imkanları xaricində olduğu hamıya “gün kimi” aydındır.

Partiya liderinin səfərlər və görüşlər zamanı sərgilədiyi “sadəlik”, özünə “reallıqdan” xeyli uzaq qiymət verməsi və “təvazökar” davranışı ReAl-ın digər partiyalarla birləşməsini mümkünsüz edir.

Partiya üzvlərinin sayını artıraraq tələb olunan saya, hətta onun yarısına belə çatmaq da ReAl-ın imkanları xaricindədir.

Bu vəziyyətdə yeganə ümid qalır “saman çöpünə”, yəni, Venesiya komissiyasına.

Onun da müxtəlif dövlətlərə verdiyi tövsiyyələr qanun hazırlanarkən diqqətlə öyrənilib və bu tövsiyyələr müxalifətin, o cümlədən, İlqar Məmmədovun mübahisələndirməyə çalışdığı maddələrdə nəzərə alınıb.

Bu halda Venesiya komissiyasına müraciət etməyin vaxt itkisindən başqa bir şey olmadığı aydın deyilmi?

Təəssüf ki, belə deyil. Təəssüf ki, konstitusiya hüququ üzrə tövsiyyələr vermək üçün yaradılan Venesiya komissiyası bir çox hallarda siyasi amilləri ön plana çəkir.

Komissiyanın eyni qanun barədə müxtəlif ölkələrə müxtəlif tövsiyyələr verməsinin kökündə də bu məsələ dayanır. 

Venesiya komissiyasının tövsiyyələri əsasında hazırlanan qanunun tələblərinə əməl edə bilməyəcəklərindən çəkinən müxalifəti ümidləndirən də budur.

Onlar komissiyanın heç bir “visdan əzabı” çəkmədən öz tövsiyyələrindən imtina edəcəyinə və “müxalifətin sifarişinə” uyğun “rəy” verəcəyinə əmindirlər.

Çox güman ki, belə də olacaq və İlqar Məmmədovun həsrətlə gözlədiyi “şanlı rəy” yaxın zamanlarda Azərbaycana daxil olacaq.

Ancaq Venesiya komissiyasının göndərəcəyi tövsiyyə xarakterli “rəy” suda boğulanın son ümid yeri-saman çöpündən başqa bir şey olmayacaq.

İndiyə qədər saman çöpünün kimisə boğulmaqdan xilas etdiyinə şahid olan varmı?

Abutalıb SƏMƏDOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ