çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər ikisini də itirir – sülhməramlıları da, BMT Təhlükəsizlik Şurasını da...

Image


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hələ də davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”  kimi şüarlar səsləndirirlər.

Bir daha xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Ermənilər öncə aksiyanın  Rusiya sülhməramlı qüvvələri tərəfindən dayandırılacağını gözləsələr də, baş verənlər onların yanıldığını göstərir. Indi iş o yerə çatıb ki, aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin yoldan qanunsuz yüklərinin daşınmasının qarşısını uğurla alırlar. Belə ki, Xankəndi yolunda aksiya iştirakçıları sülhməramlılara məxsus yük maşınının keçidinə icazə verməyib: səbəb “humanitar yük” adı altında qeyri-humanitar yüklərin daşınmasıdır. Yayılan məlumatda bildirilir ki, aksiyaçılar “humanitar yükə” baxmaq istəyiblər, sülhməramlılar buna icazə vermədiyi üçün kolonun keçməsinə şərait yaradılmayıb və maşın karvanı geri qayıdıb. Qeyd edək ki, aksiyanın ilk günündən humanitar yüklərin keçidinə şərait yaradılıb. İstisna deyil ki, separatçılar və sülhməramlılar “humanitar yük” yarlığından istifadə etməklə silah-sursatın və digər qanunsuz yüklərin daşınmasını da həyata keçirmək istəyir. Elə bu səbəbdəndir ki, aksiya iştirakçıları tərəfindən həmin yüklərə baxılmasına icazə verilmir. Bu da sonda yüklərin daşınmasının qarşısının alınması ilə müşayiət edilir. Rusiya sülhməramlı qüvvələrindən əli üzülən Ermənistan dünya ictimaiyyətinin Azərbaycana təsir göstərməsi ilə Laçın yolunun açılacağına ümid edir. Bu fonda ermənilərin BMT Təhlükəsizlik Şurasında  Laçın yolunda vəziyyətlə bağlı müzakirələrə ümidi böyük idi. Lakin ermənilər bu dəfə də yanıldılar. Belə ki, BMT-də müzakirələr zamanı Laçın yolunun bağlanması, erməni sakinlərinə qarşı “blokada” və “humanitar fəlakət”lə bağlı Ermənistan tərəfinin iddiaları rədd edilib. Burada nə Azərbaycan hökumətinin, nə də etirazçıların Laçın yolunu bağlamadığına diqqət çəkilib. Bildirilib ki, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev isə Ermənistan tərəfin iradlarına cavab olaraq bir daha bildirib ki, Dağlıq Qarabağ adlı region mövcud deyil və Laçın yolunu da heç kim bağlamayıb. Onun sözlərinə görə, Bakı yerli ermənilərlə birbaşa kontakt qurur. O, nümunə kimi yeni Laçın yolunun çəkilməsini, azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına ziyarətini vurğulayıb: “Görünür, Ermənistan və bəzi üçüncü ölkələr yerlərdə müsbət hadisələrdən daha çox narahat olaraq müxtəlif növ provokasiyalara əl atır, gərginlik yaratmağa, kövrək tənzimləmə prosesini pozmağa çalışır. Pis ad çıxarmış, Azərbaycanın təbii resurslarının qanunsuz istismarıyla birbaşa əlaqəsi olan, ancaq regionla heç bir bağlılığı olmayan biznesmen Ruben Vardanyanın Azərbaycanın Qarabağ regionunda peyda olması, bəzi xarici oyunçuların sabitsizlik yaradan hərəkətləri bütün bunların aydın sübutudur”.

Əslində, Ermənistanda da etiraf edilir ki, BMT müzakirələrində İrəvan üçün hansısa ciddi nəticə yoxdur. Bunu məsələ ilə bağlı Ermənistanda hakimiyyət və müxalifət arasında ziddiyyətli mövqe fonunda da görmək olar. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edir ki, İrəvan BMT Təhlükəsizlik Şurası üzvlərinin Laçın dəhlizinin açılmasına çağırışlarını və ədalətli mövqeyini yüksək qiymətləndirir. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bildirir ki, BMT TŞ-dəki müzakirələrdən sonra beynəlxalq birliyin hansı addımları atacağı və ümumiyyətlə addım atıb-atmayacağı bilinmir: “Biz bu istiqamətdə Ermənistanın imkanında olan, onu hansısa başqa siyasi prosesə cəlb etməyən bütün mümkün vasitələrdən istifadə etməklə işi davam etdirəcəyik. Mən ilk növbədə siyasi proseslərdən danışıram və müharibə barədə danışmaq istəmirəm. Çünki bu müharibənin təhlükəsi 9 noyabrdan bu yana heç vaxt azalmayıb və mən hesab edirəm ki, biz hələ uzun müddət mümkün təxribatlara hazır olmalıyıq...”. Eyni zamanda, parlamentin spikeri Ermənistan tərəfinin Rusiya nümayəndəsinin Təhlükəsizlik Şurasındakı çıxışından narazılığını gizlətməyib: “Düşünürəm ki, ya Rusiya bunu bacarmır, ya istəmir, ya da eyni zamanda nə bacarır, nə də istəyir. Bilmirəm, amma hər halda təəccüblənməmişəm. Son hərəkətlər və son hadisələr göstərdi ki, Rusiya tərəfindən belə bir reaksiya və bu formada qiymətləndirmə mümkündür. Bəlkə də buna səbəb odur ki, söhbət Rusiya sülhməramlılarının məsuliyyət zonasından gedir. Yəni onlar bu tərzdə özlərinin məsuliyyəti zonasında yaranmış situasiyanın əhəmiyyətini azaltmağa çalışırlar ki, üzərlərinə daha böyük məsuliyyət götürməsinlər”. Amma müxalifətçi deputat Artur Xaçatryan deyib ki, əslində çağırışlardan sonra konkret qətnamə olmalıydı: “Qətnamə-filan olmayıb. Yəni o olmalıdır. Çünki qətnamə olsa və çağırışlar qətnamə ilə edilsə, hansısa ölkə qalxıb deyə bilər: “Mən məcbur edərəm ki, bu çağırış həyata keçsin”. Bu mümkündür. Amma əgər biz yalnız çıxışlar səviyyəsində qalsaq, heç nə olmayacaq. Bu da Azərbaycanın maraqlarına tam uyğundur”. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi partiyasından sədrin müavini Levon Zurabyan soruşub ki, BMT Təhlükəsizlik Şurasında bu məsələyə dair konsensus olubsa, Ermənistan hökuməti ya özü, ya da dost ölkələrdən birinin vasitəsilə niyə qətnamə təşəbbüsü ilə çıxış etməyib. Onun sözlərinə görə, qətnamə olsaydı, Rusiya sülhməramlı qüvvələrinin Laçın yolunun “deblokadası üçün gözəl imkanı” olardı: “Nəhayət bu. sülhməramlı qüvvələrin qəbul olunmuş qətnaməyə əsasən və BMT Təhlükəsizlik Şurasının adından deblokada əməliyyatının keçirilməsi üçün daha qanuni əsas olardı”. Bunlar fonunda  Ermənistan XİN İrəvanın nə üçün qətnamə layihəsi təqdim etməməsinə dair mövqeyinə aydınlıq gətirə bilməyib. Bu səbəbdən Ermənistanda hesab edirlər ki, proses BMT-də məhz Azərbaycanın istədiyi məcrada inkişaf edib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ