çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

“Transxəzər” kəməri uğrunda yeni geosiyasi savaş başlayır

Image


“Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri üç ölkənin energetika nazirlərinin görüşündən sonra yeni sammit keçirəcək və türkmən qazının Avropaya ixracı ilə bağlı “yol xəritəsi”ni qərarlaşdıracaqlar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Türkmənistan qazının Avropaya nəqli məsələsi ötən həftə Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə müzakirə olunub. Bütün bunlar o deməkdir ki, türkmən qazının Azərbaycan vasitəsilə Avropaya nəqlinin həyata keçrilməsi prioritetliyini qoruyur. Məsələ ilə bağlı Rusiyanın “Nezavisimaya qazeta” nəşri  yazır ki, Türkiyə, Azərbaycan və Türkmənistan liderləri ən yaxın zamanda ikinci sammitə toplaşacaqlar və burada artıq konkret qərarların qəbulu gözlənilir. O da qeyd edilir ki, məhz növbəti sammitdə Türkmənistan qazının Azərbaycan ərazisindən keçərək Türkiyəyə gətirilməsi və buradan Avropaya nəqli üçün “yol xəritəsi” qəbul olunacaq: “Ötən həftə Türkmənistanda keçirilən sammitdə heç bir həlledici sənəd imzalanmayıb, daha doğrusu, Türkmənistan prezidenti Serdar Berdıməhəmmədov hər hansı öhdəlik ehtiva edən sənədi imzalamaqdan yayınıb. Belə görünür, vəziyyətin bu cür olması Ərdoğanı həvəsdən salmayıb. O, təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib ki, türkmən qazının nəqli məsələsi bir ayın içərisində həll oluna bilər: “Türkmənistanın öz təbii qazını birbaşa Avropaya satmaq imkanının olub-olmamasından danışırıqsa, Türkiyə, əlbəttə Türkmənistan qazının Avropa İttifaqına satışı üçün mühüm qovşaqdır”. O əlavə edib ki, yaxın vaxtlarda Türkiyə, Azərbaycan və Türkmənistan enerji nazirlərinin görüşü olacaq. Ərdoğanın sözlərinə görə, bundan sonra, yanvar ayında Türkmənistan prezidenti Serdar Berdıməhəmmədovun Türkiyəyə səfəri gözlənilir və səfər zamanı qaz təchizatına dair razılaşmanın imzalanması planlaşdırılır. Siyasi şərhçi Brüs Panniyer qeyd edir ki, Ərdoğan Türkmənistanın dəniz qaz yataqlarını Azərbaycanın mövcud Xəzər kəmərləri şəbəkəsi ilə birləşdirəcək interkonnektor layihəsinə tərəfdardır. Bu birləşdirici kəmər 24 ay ərzində nisbətən ucuz qiymətə - 500-800 milyon dollara tikilə bilər. Bu kəmərin ildə 10-12 milyard kubmetr nəql gücü olacaq. Layihənin həyata keçirilməsi üçün Türkmənistan və Azərbaycanda Xəzər dənizindəki mövcud infrastruktur əsas olaraq götürüləcək. İnterkonnektor vasitəsilə Türkmənistan təbii qazının Azərbaycana, daha sonra isə regiona, Türkiyəyə və mavi yanacağa tələbatı olacaq digər ölkələrə nəqli mümkün olacaq. Panniyer yazır ki, bu, bir vaxtlar təklif edilmiş, amma heç vaxt reallaşdırılmamış “Transxəzər”  qaz kəmərinin nəzərdə tutulan ildə 30 milyard kubmetr gücünün yalnız 40 faizi deməkdir. “Transxəzər” kəməri layihəsinin dəyəri 5 milyard dollar olaraq proqnozlaşdırılırdı, amma onun nəhəng siyasi əhəmiyyəti olacaqdı. Bununla belə, Avazada keçirilən sammitin yekununda Ərdoğan,  Əliyev və Berdıməhəmmodov arasında imzalanmış 5 sənədin heç birində Türkmənistan qazının Xəzər üzərindən nəqli barədə heç nə deyilmir. Həmin sammitdə Ərdoğan Türkmənistanın Türk Dövlətləri Təşkilatının (TDT) tam üzvlüyü üçün prosesi tamamlayacağına inandığını bildirmişdi. Türkmənistan TDT-də yalnız müşahidəçi statusuna malikdir.

Türkmənistanın bu təşkilata noyabrın 11-də Səmərqənddə keçirilən sammitdə qoşulacağı gözlənilirdi, lakin bu baş verməyib. Aşqabad bu addımı niyə atmadığına dair heç bir şərh vermir. Panniyer diqqəti belə bir məqama çəkir ki, Qurbanqulı Berdıməhəmmodov Səmərqənd sammitindən əvvəl, noyabrın 1-3-də Xalq Şurasının sədri qismində Moskvaya səfər etmiş və Vladimir Putinlə görüşmüş və hətta Rusiya ordeni ilə təltif olunmuşdu. Ərdoğan isə bu fonda Mardin görüşündə Türkiyəni gələcəyin ən böyük enerji qovşaqlarından birinə çevirmək planlarından danışıb. Türkiyə prezidenti bundan əvvəl öz ölkəsində Rusiya qazının təchizatı üçün qovşaq yaradılması barədə Putinin təklifini qəbul etmişdi: “Əziz dostum Vladimir Putinlə çox mühüm danışıqlar aparmışıq. Məqsədimiz Türkiyəni qısa perspektivdə qlobal mərkəzə çevirməkdir. Qazın qiymətləri bu qovşaqda müəyyənləşəcək”. Rusiya Etnomilli Strategiyalar Agentliyinin direktoru, professor Aleksandr Kobrinski qeyd edir ki, Rusiya qazının Türkiyə ərazisi ilə nəqli ilə “Transxəzər” kəmərinin tikintisi arasında Moskva üçün böyük fərq var: “Rusiya buna öz etirazını, o cümlədən ekoloji səbəblərlə, bildirə bilər və bildirməli, bununla da “Transxəzər” kəmərinin çəkilişini bloklamaq mümkün olmasa da, onu əhəmiyyətli müddətdə ləngitməlidir. İran da bu məsələdə Rusiya ilə həmrəy ola bilər. Həm də bu uydurma bir məsələ deyil. Xəzərdə çox ciddi ekoloji problemlər var...”. Professorun fikrincə, Türkiyə nəinki Avropanın qaz qovşağı kimi Almaniyanı əvəz etmək, hətta gələcəkdə enerji daşıyıcılarınıınn qiymətqoyanı olmaq iddiasındadır: “Bu gün hələ Türkiyənin Xəzər regionunda qaçılmaz şəkildə güclənməsinin qarşısını almaq imkanları var. Rusiya Türkmənistanın qəbul etdiyi qərarlara təzyiq göstərmədən Aşqabada türkmən qazının ixracı üçün alternativ marşrutlardan tutmuş Türkmənistan iqtisadiyyatına investisiyalara qədər çox şey təklif edə bilər”. Lakin Panniyer qeyd edir ki, Rusiyanın Ukrayna müharibəsindəki uğursuzluqları və Türkiyənin regionda güclənməsi fonunda Aşqabadın gələcək siyasi manevrlər üçün meydanı darala bilər”. Bütün bunlar nəticə etibarı ilə “Transxəzər” kəmərinin çəkilməsini reallığa çevirəcək. Onu da xatırladaq ki, 2018-ci ilin avqustunda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalananda Xəzəryanı ölkələr arasında Xəzər dənizi üzərindən magistral neft, qaz və su kəmərlərinin çəkilə biləcəyi qeyd olunub. Sənədə əsasən, bu kəmərlərin keçdiyi sektorların aid olduğu ölkələr arasında razılıq olmalıdır.  Xəzərin ekologiyasına zərər vurmamaq üçün bütün ölkələr layihələri təsdiq etməlidir. Xəzərin hüquqi statusunun buna imkan verməməsi manipulyasiyadır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ