çərşənbə günü, 11 noyabr 2026
     

Laçın yolunda davamlı aksiyanın bəhrələrinə diqqətlə baxın...

Image


Xankəndi-Laçın yolunda davam edən aksiyanın hansı nəticələrə gətirib çıxaracağı indi günün ən aktual mövzuları sırasında yer alır. Dünya isə getdikcə Azərbaycanın Qarabağda erməniləri hansısa blokadaya almamasına şahidlik edir. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə bağlı baş verən proseslər də təsdiq edir.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin müşayiəti ilə ermənilərin təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb. Belə ki, qurum 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub. Beləliklə, blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçib. Bu, dünyaya bir daha nümayiş etdirir ki, Xankəndiyə keçid Azərbaycan tərəfindən bağlanmayıb. Əsıində, burada mülki şəxslərin və nəqliyyat vasitələrinin gediş-gəlişinə Rusiya sülhməramlı qüvvələri maneə yaradır. Bu arada bir məqamı da qeyd edək ki, Xankəndi yolunda keçirilən aksiyada sülhməramlıların mövqeyində dəyişikliklər müşahidə edilir: ilk gündən indiyə qədər etirazçılarla üzbəüz dayanan sülhməramlılar indi aksiyanın keçirildiyi ərazidən təxminən 30 metrə qədər uzaqlaşıb. Sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı da götürüblər. Bundan başqa, zirehli texnika olan BTR-i də ərazidən aparıblar. Eyni zamanda, “humanitar yardım” adı ilə Laçın dəhlizindən Xankəndiyə keçmək istəyən 5 yük maşını yoxlanmasına icazə verilmədiyindən geri qayıdıb. Belə bir addımı niyə atdıqları anlaşılmır. Amma istənilən halda Rusiya sülhməramlı qüvvələri baş verənlərə görə daha çox tənqid hədəfinə çevrilir. Hətta Ermənistanda da açıq etiraf edilir ki, baş verənlərə görə bütün məsuliyyət rusların üzərindədir. Erməni politoloq Robert Gevondyan qeyd edir ki, Laçında baş verənlər Rusiyanın Ermənistan siyasəti ilə  bağlıdır. Onun sözlərinə görə, Rusiya Laçın dəhlizini bağlamaqla Ermənistandan nəsə istəyir: “Çox güman ki, bu proses Zəngəzur dəhlizi ilə bağlıdır. Ola bilsin, bu əməliyyat Rusiyanın Ermənistana təqdim etdiyi digər tələblərlə də əlaqəlidir”. Suveren Ermənistan Partiyasının sədri Davit Sanasaryan da açıq mətnlə vurğulayır ki, yolu Rusiya bağlayıb: “Yol hər iki tərəfdən rus əsgərlər tərəfindən bağlanıb. İlkin məqsəd, ən azından mənim üçün çox aydındır. Təzyiqlər nəticəsində Azərbaycan öz qələbəsini təsdiq edən sülh müqaviləsi, eləcə də onların dili ilə desək, Zəngəzur dəhlizi və revanşın olmayacağına müəyyən təminatlar alır. Rusiya qərbi şərqə, şimalı cənuba birləşdirən yol ayrıclarına nəzarət edir. Biz bir-birimizə daş atmaqla, qorxulu qərarlar verməklə və yalnız beynəlxalq ictimaiyyətin reaksiyasına arxalanaraq bu ssenariyə qarşı mübarizə apara bilmərik: bu, məğlubiyyətə aparan yoldur”. Digər erməni ekspert Tiqran Xzmalyan da yolu rusların bağladığını etiraf edir. Onun sözlərinə görə, Qarabağ separatçılarını azərbaycanlı fəallar deyil, Rusiya sülhməramlıları blokadada saxlayır: “Diqqətlə baxın, hansı ölkənin maşınları Laçın yolunu bağlayıb? Mən çox təəssüf edirəm ki, Artak Beqlaryan bunu görmür, görsəydi, yəqin ki, hansı ölkənin səfirliyində oturmalı olduğunu anlayardı”. Xatırladaq ki, Qarabağ separatçısı, qondarma rejimin “dövlət nazirinin müşaviri” Artak Beqlaryan İrəvanda BMT nümayəndəliyinin qarşısında qeyri-müəyyən müddətə oturaq piketə başlayıb.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini Sərdar Ünsal baş verənlər fonunda vurğulayır ki, indi ermənilərin, eləcə də rusların baş verənlərdən müvafiq nəticə çıxarması olduqca mühümdür: “Baş verənlərdən dərs almaq, nəticə çıxarmaq ağıl və dərrakəyə bağlıdır. İşğalçı Ermənistanın bütün təbəqələri anlamalıdırlar ki, türk xalqları üçün bütöv Vətən anlayışı, ana torpağın bir qarışı hər zaman eyni anlam daşıyıb. Azərbaycan nəinki qiymətli yataqlarını, bir ovuc torpağını da işğalçıya, talançıya güzəştə getmək niyyətində deyil. Üzümü talançılara tutub deyirəm: həqiqəti dərk edin! 1990-cı illər bir daha geri qayıtmayacaq. Bu gerçəyi bölgədəki Rusiya sülhməramlılarına komandanlıq edənlər də baş düşməlidir. Sülhməramlı qüvvə heç kəsin, xüsusilə də işğalçı və talançının tərəfini tuta bilməz. Əks halda, bunun özü də talançının cinayətinə şərik olmaq deməkdir”. Elə erməni ekspert Vigen Akopyan da qeyd edir ki, Qarabağda qalan ermənilərin Azərbaycanla danışıqlar aparması artıq daha məqsədəuyğun olardı: “Ermənistan uzun müddətdir ki, Qarabağın təhlükəsizliyinin təminatçısı deyil. Bu, rəsmi səviyyədə deyilib. Biz bunu yüksək vəzifəli məmurlardan eşidirik və onlar bu barədə daim parlamentdə, parlament fraksiyasının deputatlarının ağzından danışırlar. Bu səbəbdən Ermənistanın Qarabağın təhlükəsizliyinin təminatçısı olmasını əhəmiyyətsiz hesab edirəm. Ən yaxşı halda deyə bilərik ki, Ermənistan Qarabağın bəzi sosial-iqtisadi problemlərinin həllini dəstəkləməkdə davam edir. Bu halda Qarabağda qalan ermənilərin Azərbaycanla danışıqlara başlaması daha mqəsədəuyğun olardı”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ