çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

İrəvan Kremli Qərbə birdəfəlik satdı, regionun altı üstünə çevriləcək...

Image


Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı olduğunu, özünə yeni himayədar qismində Kremlin əvəzinə Qərbi seçdiyini getdikcə daha əyani surətdə, konkret əməlləri ilə təsdiqləyir. Rusiyanın istəyinin əksinə olaraq, Ermənistanın Azərbaycanla sərhəd zonasında Avropa İttifaqı  Monitorinq Qrupunun mandatını uzun müddətə uzatması qeyd edilənlərin təsdiqi hesab oluna bilər.

Avropa İttifaqı Şurasının mətbuat xidməti  artıq faktı təsdiq edib. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell isə məsələ ilə bağlı bildirib: “Oktyabr ayında işə salınan Avropa İttifaqınin Ermənistanda Monitorinq Qrupunun mandatı dekabrın 19-da başa çatıb. Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqının Ermənistandakı missiyası oktyabrın 20-də yerlərdə vəziyyətin monitorinqi, təhlili və hesabatlılıq məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib. 40 avropalı monitorinq ekspertinin yerləşdirilməsi effektiv olduğunu sübut edib və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına töhfə verib. Biz Avropa İttifaqının Cənubi Qafqazda iştirakının yeni mərhələsinə keçid qrupu ilə başlayırıq ki, bu da son məqsədi regionda davamlı sülhü təşviq etmək olan Aİ-nin Ermənistanda mümkün uzunmüddətli missiyasına zəmin yaradacaq”. Məlumata görə, bu fonda Şura Ermənistan hakimiyyəti ilə razılaşaraq qərara gəlib ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası  Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin: “Keçid planlaşdırılma yardım qrupunun, həmçinin, Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”. Xatırladaq ki, hələ oktyabr ayında Avropa İttifaqı mülki missiyasının müşahidə aparmaq üçün regiona öz qrupunu göndərəndə Rusiya bunu çox sərt qarşılamışdı. O vaxt Moskva Brüsseli, nəyin bahasına olursa olsun, Azərbaycan-Ermənistan tənzimləməsinə “soxulmaq cəhdində” ittiham edirdi. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova o vaxt missiya məsələsini sərt tənqid edərək bildirirdi: “Avropa İttifaqının mülki missiyasının Azərbaycan-Ermənistan sərhədi boyu yerləşməsi iki ölkə arasında münasibətlərin nizamlanması, bizim vasitəçilik səylərimizə təzyiq cəhdidir”. O qeyd edirdi ki, missiyanın yerləşdirilməsi suveren dövlətin qərarıdır. Avropa İttifaqının real imkanlarından danışan Zaxarova qeyd edib ki, 8 il ərzində Berlin və Paris Ukrayna ətrafındakı vəziyyətin qaynar mərhələyə keçməsinin qarşısını ala bilməyib. Mətbuat katibi qeyd edirdi ki, Rusiya regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür: “Biz bu məsələ ilə bağlı Ermənistan və Azərbaycandan olan həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq”. Beləliklə, bu açıqlamadan görünür ki, Rusiya Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin mülki missiya üçün Ermənistana gəlişindən narazıdır.

Indi bundan sonra Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin mülki missiyasının daha uzun müddətə Ermənistan vasitəsilə regiona gəlişi Rusiyada daha ciddi qıcıq yaradacaq. Hesab edilir ki, bu hal hətta Laçın yolunda baş verən aksiyaya da öz təsirini göstərəcək. Belə ki, Rusiya bu prosesdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bunu erməni politoloq Argişti Kiviryan da təsdiq edir. O bildirir ki, Azərbaycanın tələblərinin icrasına Rusiya daha müqavimət göstərməyəcək. Çünki Ermənistan daha çox Qərblə mövqeyini uzlaşdırır və Rusiyanı arxa plana atır: “Mən bu vəziyyətdə istisna edirəm ki, azərbaycanlıların tələbləri yerinə yetirilmədən Qarabağı Ermənistanla birləşdirən yol açılacaq. Azərbaycan, ən azı, erməni tərəfinin bu və ya digər vaxtlarda tələbləri yerinə yetirəcəyinə dair vəd almalıdır. Güc və təşəbbüs onların tərəfindədir, tələblərindən əl çəkməyəcəklər. Məqsədləri barədə açıq danışırlar: Zəngəzur dəhlizi, Qarabağın Azərbaycanın daxili məsələsi kimi təqdim ediləcəyi sülh sazişinə nail olmaq, minimum Laçın dəhlizi və mədən üzərində nəzarət”. O qeyd edib ki, indi faktiki olaraq Azərbaycan Laçın dəhlizinə nəzarət funksiyasını yerinə yetirir: “Azərbaycan deyir ki, bu mənim ərazimdir və girib yoxlama aparmaq hüququm var. İndi onlar ya məqsdələrini həyata keçirməyə çalışmalıdırlar, ya erməni tərəfdən sanballı vədlər almalıdırlar, ya da Rusiya tərəfinin vasitəçiliyi ilə erməni tərəfinin onları hansı müddətdə yerinə yetirəcəyinə zəmanət əldə etməlidirlər”.Kiviryanın sözlərinə görə, hazırda rəsmi Bakı Ermənistanın öz mövqeyini bildirməsini gözləyir: “Bu tələblərin yerinə yetirilməsi ona gətirib çıxaracaq ki, azərbaycanlılar nəinki sadaladığım tələblərdən geri çəkilməyəcək, həm də artıq möhkəmlənmiş mövqelərdən başqa digər tələblər irəli sürməyə başlayacaqlar. Azərbaycan bizdən nəsə alanda dayanmır, başqa tələbləri irəli sürməyə davam edir. Ona görə də indi təslim olmaq başqa tələblərə yol açmaq demək olardı. Lakin başqa çıxış yolu da yoxdur”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ