çərşənbə günü, 11 noyabr 2026
     

İranın Azərbaycana yeni daha dəhşətli düşmənçiliyi...

Image


Azərbaycana münasibətdə İranın açıq şəkildə düşmənşilik siyasəti yürütməsi artıq dünya miqyasında qəbul edilən həqiqətdir. Hazırda İran daxilində baş verənlər, eləcə də bu ölkədə əhalinin yarısının Azərbaycan türklərindən ibarət olması Tehranın ölkəmizlə münasibətdə siyasətini daha aqressiv müstəviyə keçirməsinin qarşısını alır. Bu vəziyyətdə İranın seçdiyi əsas yol Ermənistana yardım edərək, onu Azərbaycana qarşı təhrik etməkdir.

İran tərəfindən son dövrlərdə Ermənistanın aktiv şəkildə silahlandırılması da qeyd olunanlarn təsdiqi hesab oluna bilər. Bəllidir ki, oktyabr ayında İran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket kompleksidir. Qeyd edək ki, “Dehlaviyeh” tank əleyhinə idarəolunan raket  2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. Bununla kifayətlənməyən İran Türkiyə-Azərbaycan birliyinin güclənməsi və İsrailin Qafqazda artan nüfuzunun qarşısını almaq üçün Ermənistana PUA verməyi planlaşdırır. Artıq bu xüsusda dünya mediasında, ekspert dairələrində müvafiq məlumatlar yayılır.  Məsələ ilə bağlı ABŞ-ın “Jamestown Foundation” analitik mərkəzi yaydığı məlumatda göstərir: “Tehran Bakını regiondakı maraqlarına uyğun addımlar atmağa inandıra bilmədiyi üçün Azərbaycana qarşı “məcburetmə taktikası”na əl atıb. Görünür, Bakının barışmazlığına cavab olaraq İran Qafqaz sülh prosesini pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana PUA-lar vermək istəyir. Tehranın Zəngəzur dəhlizi layihəsindən imtina etmək, eləcə də Təl-Əvivlə tərəfdaşlığını dayandırmaq üçün Bakını “qorxutmaq” cəhdləri əks nəticə verib”. Qeyd edilir ki, Azərbaycan Zəngəzur dəhlizini açmaqda israrlıdır və İranın hrbi hədələrinə cavab verməyə hazırdır. Türkiyənin “Milliyet” qəzeti də yazır ki,  Azərbaycanın güclənməsindən narahat olan İran Ermənistanı dronlarla təmin edə bilər.  Nəşr bu ilin avqustda “Əl-Cəzirə”də dərc olunmuş məlumatı xatırladaraq yazıb ki, həmin vaxt İran dronlarla bağlı tədbir keçiribmiş. Qeyd edilir ki, tədbirdə Ukrayna torpaqlarını zəbt etmiş Rusiya ilə yanaşı, işğalın ilk günlərindən rus ordusuna öz torpaqlarından istifadə etməyə icazə verən Belarus və Ermənistan da iştirak edib. Mövzu ilə bağlı noyabrın sonlarında Amerikanın “Forbes” jurnalında dərc olunan məqaləyə də diqqət çəkilib. “Ermənistan və Serbiya niyə İran pilotsuz təyyarələrinə can atırlar” başlıqlı məqalə “2022 İrana PUA ixracı üçün əla il oldu” cümləsi ilə başlayıb. Tehran rəhbərliyinin Ukraynaya hücumda istifadə olunan minlərlə “Şahid-136” kamikadze PUA-larını Moskvaya göndərdiyini xatırladan “Forbes” iranlı general-mayor Yəhya Rəhim Səfəvinin fikirlərini də dərc edib. Qeyd edilir ki, müvafiq olaraq, Ermənistan və Serbiya da daxil olmaqla 22 ölkə aktiv şəkildə İrandan pilotsuz təyyarələr almaq istəyir.
İranın pilotsuz təyyarələrinin Ermənistan və Serbiyaya verilməsinin həm Qafqaz, həm də Balkan yarımadasında problemləri şaxələndirəcək ciddi nəticələrə gətirib çıxaracağını yazan müəllif ermənilərin niyə Tehrana elçi düşməsini də izah edib. İrəvan administrasiyası bu mövzuda daha güclü rəqibi ilə üz-üzə qalıb ki, bu da Azərbaycandır. Araşdırmaçı Samuel Bendett isə “Forbes”ə açıqlamasında Ermənistanın güclənən Türkiyə-Azərbaycan müttəfiqliyini balanslaşdırmağın yollarını axtardığını vurğulayıb. O, Türkiyə PUA-larının Qarabağdakı qələbədə oynadığı rolu da xatırladıb. İranın, eləcə də Ermənistanın Ankara-Bakı müttəfiqliyindən narahat olduğunu deyən Bendett iki ildir Tehran administrasiyasının Azərbaycan sərhədində keçirdiyi təlimlərə diqqət çəkib. Samuel Bendett həmçinin iddia edib ki, Ermənistan gələcəkdə “Şahid-136 kamikadze dronları ilə Azərbaycana və hətta Türkiyəyə meydan oxumaq niyyətinə düşə bilər. Amma Azərbaycanın və Türkiyənin əlində daha müasir dronlar var və yeni savaş olarsa, Ermənistan daha sərt zərbələr alacaq.  O da sirr deyil ki, ötən 30 ildə təcavüzə məruz qalan Azərbaycanın siyasətində işğalçı Ermənistanı təcrid etmək xətti mühüm yer tutub. Burada məqsəd işğalçı ölkəni zəiflədib sülhə məcbur etmək idi. İran isə bütün işğal dövründə bu haqlı təcridetmə siyasətinə zərbə vurmaqla məşğul oldu. Belə ki, cənub qonşumuz işğalçı ölkəyə davamlı olaraq iqtisadi, siyasi, hərbi, humanitar dəstək göstərdi. Vətən müharibəsindən sonra demək olardı ki,  İran bu siyasətə son verəcək. Ancaq belə görünür ki, İran yenə də erməni sevdalısı olmaqdan vaz keçmək istəmir. Müharibə başa çatandan sonra Zəngəzur dəhlizinin yaradılması bütün ciddiliyi ilə gündəmə gəlib. Azərbaycan dəhlizin yaradılmasını təşviq və israr edir. Əslində, bu dəhliz yalnız qalib Azərbaycanın deyil, bütün region ölkələrinin, o cümlədən də İranın maraqlarına uyğundur. Bununla belə, İran rejimindən Zəngəzur dəhlizinin yaradılmasına etiraz mesajları gəlir. İran buna paralel olaraq Ermənistanı aktiv şəkildə silahlandırır, bu ölkə ilə digər müstəvilər üzrə əməkdaşlığını genişləndirir. Amma bununla İran özünü regionda daha təcrid olunmuş duruma salır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ