çərşənbə günü, 11 noyabr 2026
     

Cənubi Azərbaycanda ana dilində təhsilin tarixi 1945-ci ilə gedib çıxır...

Image


Ana dilində təhsil hər bir xalqın böyük sərvətidir. Çox təəssüf ki, bir sıra hallarda bu sərvətə xor baxıb onu xalqların əlindən almaq istəyənlər də, hətta alanlar da olur, molla rejimi kimi. Uzun illərdir ki, mollakratiya rejimi Güney azərbaycanlıların ana dillərində təhsil almasına yasaq qoyub.

Təəssüflər olsun ki, mollaların apardığı yanlış siyasət nəticəsində xalqımızın balaları ana dilində təhsil almaq hüququndan məhrum edilib. Halbuki, Azərbaycan türklərinin öz doğma dilində məktəbi də, dərsliyi də, bu dərsi tədris edən müəllimi də olub. 1945-1946-cı illərdə mövcud olan Demokrat Firqənin, Milli Hökumətin ilk hədəfi Güney Azərbaycanda ana dilli təhsilin binasını qoyub onu inkişaf etdirmək olub. Milli hökumətin siyasətində ana dilində təhsil xüsusi seçilirdi və demək olar ki, hökumətin hər bir üzvü, ziyalılar, qələm adamları bu sahədə əlindən gələni əsirgəmirdi. Keçən əsrin 40-cı illərində Şimali Azərbaycanda 1945-1946-cı illərdən bəhs edən “Arazın o tayında” sənədli filmində bir il müddətində Milli Hökumətin bütün sahələrdə, o cümlədən də milli təhsil istiqamətində gördüyü bütün işlər əks olunub. Filmə baxanda məktəbləri, bu məktəblərə axın-axın gələn qızları, oğlanları görürük, hər kəsin üzündə işıq var, öyrənmək həvəsi var. Filmdə bunlar hamısı incəliyi ilə əks olunub. Güney Azərbaycanda ana dilli təhsilin məhz bu dövrdə intişar tapması təbii idi. Uzun illər şovinzm istilasında sıxılan-boğulan dilimiz hakimi-mütləq idi, uşaqlar bu dildə təhsil alırdı, bu dildə dərsliklər, bədii ədəbiyyat, qəzet və jurnallar çap olunurdu.      

1945-1946-cı illərdə Güney Azərbaycandakı xalq hərəkatı ilə bağlı sənədlərə diqqət yetirərkən burada ana dilində təhsilə verilən böyük əhəmiyyəti görürsən. Heç şübhəsiz, Güney Azərbaycanda ana dilində təhsilin tarixinin formalaşması 1945-ci ildə qurulan Milli Hökumətin  adı, fəaliyyəti ilə bağlıdır. Azərbaycan dilində təhsilin genişlənməsi, dərsliklər, maarif işinin təşkili əsas hədəflərdən idi.

Azərbaycan milli hökumətinin dil haqqında qərarının 6-cı maddəsində “Azərbaycanlı olmayıb başqa dil ilə danışanlar və ümumi dövlət idarələrində xidmət edənlər Azərbaycan dilində yazıb-oxumağı və danışmağı öyrənməlidirlər”, 7-ci maddədə “ Maarif Nazirliyinin idarə işçilərini Azərbaycan dili ilə tanış etmək məqsədi ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin nəzdində yaşlılara məxsus kurslar açılmalıdır. Bu kurslarda iştirak edənlərin iş müddəti bir saat az olmalıdır”, 8-cı maddədə “ Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa haqlıdırlar. Lakin onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə yanaşı Azərbaycan dilini, rəsmi dövlət dili olaraq, işlətməlidirlər”, sənədin 9-cu maddəsində “Azərbaycanda yaşayan azlıqlara xüsusi milli məktəblərindəki təhsil öz ana dillərində olduğu halda, Azərbaycan dilinin də tədrisi məcburidir” yazılır. 10-cu maddəsində isə Azərbaycan Milli Hökuməti Maarif Nazirinin məktəblərdə dərslərin Azərbaycan dilində olması haqqındakı qərarını qəbul və təsdiq edib, məktəblərin milli dilə keçməsini bütün müəllim və müəllimələrə bir milli vəzifə kimi tapşırır.

  • Pişəvərinin ana dilində tədrislə bağlı qərarı...

Tədqiqatçıların yazdıqlarına görə, Azərbaycan Milli Konqresinin 20 noyabr 1945-ci il tarixli yığıncağında Pişəvəri təhsil və kənd təsərrüfatı sahələrində islahatların aparılacağını bildirir və məktəblərdə Azərbaycan dilində təhsilin dərhal başlamasını elan edir. Bu iclasda İran Məclisinin Sədrinə və Baş nazirə müraciət məktubu tərtib olunur. Məktubda qeyd edilirdi ki, azərbaycanlılar dil və adət-ənənəyə malik olan millətdir. Milli muxtariyyət İranın birliyinə və bütövlüyünə qarşı yönəlməyib. Dünyanın həyata qabil olan hər bir milləti kimi Azərbaycan millətinin də milli hökumət yaratmaq hüququ var və o, Azərbaycanı demokratik əsaslarla idarə etmək qabiliyyətinə malikdir. Rəsmi şəxslərə bildirilirdi ki, Azərbaycan xalqı Milli Məclisə seçkilər keçirmək və Milli Hökumət təşkil etmək əzmindədir. Məktubda dil siyasəti ilə bağlı qeyd edilirdi ki, Xalq Konqresi Milli Komitəyə Azərbaycan dilini bütün “dövlət idarələrində işlətməyi” tapşırır. Milli Komitə Milli Məclisə seçkilər keçirməyə başlayaraq, həmin kampaniyanı 1945-ci il noyabrın 27-dən  dekabrın 1-dək olan vaxt ərzində başa çatdırdı. Dekabrın 12-də Milli Məclisin ilk iclasında Azərbaycan Milli Hökuməti (AMH) təşkil edildi. S.C.Pişəvəri hökumətin başçısı təyin olundu. Azərbaycan millətinin əsas ünsürü olan Azərbaycan dili bu ildən etibarən yeni mərhələyə qədəm qoydu. Azərbaycan Milli Hökumətinin 16 dey 1324-cü il (6 yanvar 1946) tarixli iclasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. On maddədən ibarət bu qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunurdu. Bütün dövlət orqanları və idarələrində yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində aparılmalı idi. Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulurdu. Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədrisdə və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilir. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilirdi. Milli Hökumət Azərbaycan dilini rəsmi dövlət dili elan edərək onun bütün sahələrdə fəaliyyət göstərməsini təmin etdi və ana dili məsələsini tam miqyasda həll etdi. Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildə aparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (yanvar 1946-cı il) həyata keçiridi. S.C.Pişəvəri ana dilinin məktəb və tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan qaldırılmasına xüsusi diqqət ayırmışdı. Bu cəhətdən S.C.Pişəvərinin Maarif Nazirliynə ünvanladığı 1324-cü il 28 Azər tarixli 28/465 №-li sərəncamında aşağıdakılar qeyd olunur:

– bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün;

– Maarif  Nazirliyinin tərkibində “dərs kitabları hazırlayan şöbə” yaradılsın;

– alimlər, təcrübəli müəllim və məktəb müdirləri hazırlıq işinə cəlb edilsin;

– Azərbaycan dilində çap olunacaq dərsliklər Nəzarət Komissiyasının rəhbərliyi ilə hazırlansın və bu haqda Maarif Nazirliyi məlumatlandırılsın;

– əlifbadan əlavə ədəbiyyat, tarix, hesab, fizika, coğrafiya və s. fənlər üzrə kitablar hazırlanıb çapa verilsin;

– dərsliklər hazırlayan şöbənin reyasət həyətinə təcrübəli, məlumatlı və savadlı şəxslər cəlb edilsin;

– dərsliklər hazırlayan şöbə 5 gün ərzində xərclənəcək pul və vəsaitin miqdarını müəyyənləşdirsin;

– dərslikləri hazırlayan şöbə bir aydan gec olmayaraq 1-4 sinflər üçün Azərbaycan dilində dərsliklər hazırlayıb çap etdirsin;

- bütün milli və dövlət məktəb rəhbərlərinə göstəriş verilsin ki, Azərbaycan  dilində dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar.

  • 7 cilddən ibarət “Ana dili” metodik dərs vəsaiti...

Bu barədə yerli KİV-də əks onunan məlumatlarda vurğulanır ki, bu sərəncamın həyata keçirilməsi üçün xüsusi komissiya yaradılır. Ekspertlər bir cəhəti vurğulayırlar ki, uzun illər tədrisi ana dilində aparmaq imkanından məhrum edilmiş azərbaycanlı müəllimlərin çoxu milli dildə kitabların nəşrini gözləmədən Maarif Nazirliyinin razılığı ilə mövcud fars dilindəki dərsliklər əsasında dərsləri türkcə tədris etməyə başlayıblar. Həmin dövrdə 7 cilddən ibarət “Ana dili” adlı metodik dərs vəsaiti hazırlandı. Sonrakı dövrlərdə gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilirdi

Azərbaycan Milli Hökuməti xalqın formalaşması üçün vacib məsələlərdən biri olan elm və təhsilin inkişafı üçün savadsızlıqla mübarizə şüarı altında xüsusi siniflər təşkil etmişdi. Məktəblərin sayı artırılmağa başlayır. Həmin dövrə aid hesablamalarda Azərbaycanda bir il ərzində 400-ə yaxın məktəbin inşa olunduğu və əsaslı təmir edildiyi göstərilir. “1325-ci ilin son üç ayı üçün Azərbaycan maarifinə ayrılmış vəsait İran dövlətinin bütün ölkə maarifi üçün ayırdığı illik büdcədən iki dəfə çox idi”. Mətbuatda dərc edilən sənədlərdə  Kimsəsiz uşaqları himayə məqsədilə dövlət büdcəsindən o zamankı pul vahidi ilə 500 min tümən vəsait ayrılmışdı. Həmin vəsait hesabına Azərbaycanın yeddi iri bölgəsində, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Marağa, Zəngan, Xoy və Əhər şəhərlərində uşaq tərbiyə evləri təşkil olunur.

  • Təbriz universiteti necə yarandı...

Mətbuatda dərc olunan materiallara görə, 1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul etdi. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açıldı. İlk vaxtlar universitetdə tibb, kənd təsərrüfatı və pedaqoji fakültələr fəaliyyət göstərdi. Pedaqoji fakültədə tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, fizika, riyaziyyat və biologiya ixtisasları tədris olunurdu Mətbuata görə, Riçard Kottom qeyd edib ki, universitetdə mühazirələr türk dilində aparılırdı, tələbələr isə öz dillərində yazmaq vərdişinə malik olmadığından mühazirəni fars dilinə çevirirdilər. Bu dövrdə ədəbi sahədə də böyük işlər görüldü.

Qeyd edək ki, Güney Azərbaycan Milli Hökumətinin maarif nazir şair Məhəmməd Biriya olub.

Güney Azərbaycanın qısa, lakin çox geniş və məzmunlu ana dilində təhsil tarixi olub. Bu tarix bu gün də özünü göstərmək istəyir. Ümid edirik ki, biz tezliklə Güneyimizdə ana dilli təhsilin bərqər olmasının şahidi olacağıq. O gün uzaqda deyil...

İradə SARIYEVA
Yazı hazırlanarkən internet resurslarında mövcud olan müəyyən məlumatlardan istifadə olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ