çərşənbə günü, 11 noyabr 2026
     

Cənubi Azərbaycan Demokrat Cümhuriyətinin "Azərbaycan" qəzeti - maraqlı tarix…

Image


Güney Azərbaycan türklərinin ən çox mübarizə apardığı məsələ ana dilinin yaşadılması ilə bağlı olub. Çünki ana dili yaşayırsa, demək xalqın özü də, milli kimliyi də yaşayır, milli şüuru inkişaf edir. Əlbəttə, ana dilini yalnız xalq danışıq dilində inkişaf etdirmək çətindir, bunun üçün mütləq mənada dil məktəblərdə tədris olunmalıdır, bu dildə qəzetlər, jurnallar, kitablar işıq üzü görməlidir.

Güneyli soydaşlarımız ən ağır şəraitdə Azərbaycan dilini, türk milli kimliyini qoruyub saxlaya biliblər. Fürsət yarandıqca ana dilimiz üçün yeni nəfəsliklər açılmasına nail olublar.  Bu isə Azərbaycan dilli mətbuatın, qəzetlərin yaranmasına səbəb olub.

Bilirik ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə “Azərbaycan” qəzeti nəşr olunub. Cumhuriyyət beşiyində boğulduqdan sonra 25 il sonra eyni adlı qəzet Güney Azərbaycanda nəşr olunmağa başlayıb. 1945-ci ildə hakimiyyətə gələn Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzeti güneydəki milli mətbuatımızın aynası olub. Onu da qeyd etmək yerinə düşərdi ki, milli hökumətin qurulması güneydə ana dilimizin ehtişam tapmasında böyük rol oynadı, məktəblər, savadsızlığın ləğv edilməsi kursları açıldı, Təbriz universiteti canlandı, daha neçə-neçə mütərəqqi hadisələr baş verdi.

  • Azərbaycanın səsinə çevrilən “Azərbaycan” qəzeti…

Ərəb əlifbası ilə ana dilimizdə çap olunan “Azərbaycan” qəzeti barədə tədqiqatçılar çox maraqlı araşdırmalar aparıblar.

Məlumatlara görə, “Azərbaycan” qəzeti 1945-1946-cı illərdə Cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin 3 sentyabr 1945-ci il tarixində Təbriz şəhərində təsis etdiyi qəzet olub və Mərkəzi Komitəsinin rəsmi orqanı olaraq qeyd edilir. “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində 12 dekabr 1945-ci il tarixində yaradılmış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib.

Qəzetin tarixinə və yaranma səbəblərinə işıq tutan tədqiqatçılar yazırlar ki, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin rəsmi mətbu orqanı kimi “Azərbaycan” qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılıb və 12 dekabr 1946-cı il Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək 370 sayı dərc edilib. Qəzetin sonuncu sayı 11 dekabr 1946-cı ildə nəşr edilib.

Yazılanlara görə, “Azərbaycan” qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzuları uğrunda mübarizə apardığı müqəddəs məqsədini, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini "Azərbaycan" qəzetinin hər bir sayında çox aydın bir şəkildə təqdim edib.

  • Xalqı öz azadlığını müdafiə etməyə çağıran qəzet…

Qeyd edilənə görə, 1945-1946- cı illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bir gün öncə də “Azərbaycan” qəzeti xalqı özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsləyirdi.

“Azərbaycan” qəzeti son sayında Azərbaycan xalqına belə bir müraciətlə yazır: “Əziz həmvətənlər! Vətənimiz və azadlığımız tarixi dövrlər keçirir. Şiddətli, ağır, gərgin, lakin şərəf və iftixar dolu bir mübarizə başlanmışdır. Bu münasibətlə Firqə və Həmkarlar İttifaqı sizə, yəni fədailərə, xalq qoşunlarına, qəhrəman əfsərlərə, igid fədai başçılarına, rəşid kargər və yorulmaq bilməyən kəndlilərə, gözüaçıq rövşənfikirlərə, bir sözlə bütün xalqa müraciət edib, hümmət və fədakarlıqlarınızı daha mətin qədəm, daha möhkəm iradə ilə saxlamağı tövsiyə edir və sizin mərdanəliyinizə ürəkdən inandığını, sizin hümmət və qəhrəmanlığınıza dayandığını açıq surətdə dünyaya elan edir. Mübarizə şiddətli, qanlı, ağır olsa da, aldığımız nəticə böyük və iffətlidir.

Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə, azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə əncam verək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir” (Müraciəti “Azərbaycan fəhlə və zəhmətkeşlər İttifaqı” Mərkəzi Şurasının sədri Məhəmməd Biriya və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Seyid Cəfər Pişəvəri imza etmişlər). “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynayıb

  • “Azərbaycan”ın yazarları kim olub?

Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Azərbaycan qəzeti 1945-ci ildən başlayaraq Təbriz şəhərində gündəlik nəşr olunub. Onun səhifələrində Güney Azərbaycanın tanınmış şairləri Əli Fitrət, Mehdi Etimad, M.C.Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzetin nəşrinin ilk aylarından başlayaraq onun səhifələrində dərc olunan M.Tahirin "Azərbaycan ədəbiyyat tarixində Möcüz", M.Naxçivaninin "Mirzə Məhəmmədəli Tərbiyət", Novruzun "Şeyx Məhəmməd Xiyabani" (silsilə məqalələr) və s. bu kimi yazılarda ədəbi və tarixi simalar hörmətlə anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilirdi.

“Azərbaycan” qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi də geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruyub saxlaya bilmişdilər. Doğma dildə yazıb- oxuya bilməyən cənubi azərbaycanlıların el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı. “Azərbaycan” qəzetində Məhəmmədəli Fərzanənin (o, qəzetdə M.Ə.Qövsi təxəllüsü ilə çıxış edirdi – redaktor) “Azərbaycanın milli dastanları” başlıqlı silsilə yazıları dərc olunurdu. Qeyd edilənə görə,  bu qəzetdə bayatıların ilk nümunələri və “Dədə Qorqud” dastanları M.Fərzanənin təşəbbüsü və iştirakı ilə toplanıb nəşr olunurdu.

“Azərbaycan” qəzetində müntəzəm olaraq xalqın tarixindən, onun qəhrəmanlıq səhifələrindən, klassik ədəbi irsindən nümunələr, çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. “Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi” kimi fikirlər də özlüyündə maraqlı məlumat daşıyıcısdır.

Qeyd edilənə görə, “Azərbaycan” qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi, M.Turabi, H.Xoşginabi, İsmayıl Şəms, Q.Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar. Firqənin sədri S.C.Pişəvəri “Azərbaycan” qəzetinin və ana dilində nəşr olunan mətbuatın təşkilatçısı olub.

  • Pişəvərinin azadlıq ətirli yazıları...

Tədqiqatçılar vurğulayırlar ki, “Azərbaycan” qəzetində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılıb. O, “Azərbaycan” qəzetinə yaxından rəhbərlik edib.

S.C.Pişəvəri Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən mühüm problemləri, gündəlik siyasi-ideoloji məsələləri barədə qəzetdə məqalələr yazır, kütləvi yığıncaqlarda iştirak edir və bunlar mətbuat vasitəsilə yayılırdı. Mətbuatın və nəşriyyatın ana dilində, geniş miqyasda yayılması, ilk dəfə olaraq kəndlərə yol tapması, kənd və şəhər zəhmətkeşlərinə onların keçmişi və gələcəyi, gündəlik təsərrüfat işləri haqqında məhz ana dilində məlumat verməsi çox mühüm hadisə idi. Bu cəhətdən “Azərbaycan” qəzetinin xidməti çox böyükdür.

Qeyd edək ki, məqalənin ərsəyə gəlməsində Səməd Bayramzadənin  “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946- cı illər, Təbriz) kitabından, Pərvanə Məmmədlinin “Cənubi Azərbaycan mətbuat tarixi” (XIX-XX- XXI yüzilliklər) kitabından,  Solmaz Rüstəmova – Tohidinin  "Azərbaycan dövri mətbuatı." 1875-1990. Biblioqrafiyasından və başqa mənbələrdən istifadə edilib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ