çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanda yeni iqtidar-müxalifət qarşıdurması başladı..

Image


Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir.

Onlar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirirlər. Bundan başqa, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb də irəli sürüb. Onlar Azərbaycanın suveren torpaqlarında ölkəmizin bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər. Aksiya iştirakçıları, həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına diqqət çəkərək, Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər. Bununla yanaşı, aksiyanın iştirakçıları Qarabağdakı erməni separatçı tör-töküntülərinin “başçısı” Araik Arutyunyan və Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etməsi ilə bağlı şüarlar səsləndirirlər. Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.

Ermənistanda indi etiraf edilir ki, Azərbaycan ictimaiyyəti öz məqsədinə çatmaqda israrlıdır. Bunun qarşısını nə Ermənistan, nə Rusiya, nə də dogər qüvvələr ala bilər. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Qarabağda baş verən azərbaycanlı fəalların aksiyası erməni xalqının gözünü bir şeyə də açdı. Biz rusların Azərbaycan qarşısında qorxduğunu müşahidə etdik. Ölmədik, bu günü də gördük. İllərdir Ermənistanda rus bazası olub. İrəvan Rusiyanı qorxmaz, ordusunu güclü bilib. Amma bu günlərdə baş verənlərə baxsaq, dizləri titrəyən rus əsgəri, dilini udmuş rus zabiti görürük. Bir məqamı qeyd edək: Azərbaycanın qarşısında dik dura biləcək ordu varmı? Kimə müraciət edək? Fransaya? İnanın ki, bununla heç nə dəyişməz. Azərbaycanın tələbləri İrəvan tərəfindən yerinə yetiriləcək - bizim arxamızda ruslar yox, fransızlar dursa belə... Azərbaycanlıların gözlərində qaliblik var, bizdə isə - elə ruslarda da – qorxu”.  Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Hakob Aslanyan da etiraf edir ki, burada rus sülhməramlı qüvvələri də heç nə edə bilməz, çünki sülhməramlıların güc tətbiq etmək hüququ yoxdur. Onun sözlərinə görə, mövcud problemlərin yalnız bu gün olduğunu düşünmək açıq şəkildə manipulyasiyadır: “Bəli, mən başa düşürəm ki, Qarabağ sakinləri bu gün çox ciddi problemlərlə üzləşib, bu problemlər təkcə onların deyil, həm də bizimdir. Bu problemlərin yalnız bu gün olduğunu düşünmək açıq şəkildə manipulyasiyadır. Bir neçə yüz ildir o qonşularla problemimiz var. Əgər azərbaycanlılar atəş açaraq gəlsəydilər, sülhməramlılar güc tətbiq etmək hüququna malik olardılar, ancaq onlar atəş açaraq gəlmirlər. Adam atəş açaraq gəlmirsə, sən ona atəş aça bilməzsən”. Erməni deputat vurğulayıb ki, problemi danışıqlar yolu ilə həll etmək olar. Jurnalistin “Hökumət türklə sülh dövrünün açılmasından danışır” sözlərinə cavab olaraq erməni deputat bildirib: “Əbədi düşmənçilik şəraitində yaşamaq olarmı? Sülh dövrü dedikdə nəyi nəzərdə tutursunuz? Düşmən vəziyyətində əbədi yaşamaq olarmı? Sonda biz orta normal vəziyyəti tapa bilməliyik, o zaman xalqımız rahat yaşaya bilər”.
Erməni deputat deyib ki, müxalifət Qarabağı çox sevirsə, ora getsin:
“Əgər müxalifət Qarabağı bu qədər sevirsə, qoy ora getsin, Qarabağı qorusun. Hökumət əlindən gələni edir, bu diplomatiyadır. Ərazidən danışanda bütün beynəlxalq ictimaiyyət səni dəstəkləmir, amma xalqın hüquqlarından danışanda artıq başqa cür olur. İndiyə qədər başa düşmürsünüz ki, məğlubiyyətimiz 1994-cü ildən, yanlış yola getdiyimizdən, ərazi haqqında danışmağa başlayandan başlayıb”.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan isə qeyd edir ki, hakimiyyət bir daha Azərbaycan qarşısında məğlub duruma düşüb. O qeyd edir ki, indiki iqtidar bütün məsuliyyəti Rusiya sülhməramlı qüvvələrinin üzərinə qoymağa çalışır: “Bütün məsələ ondadır ki, Ermənistan hakimiyyəti heç nə etmir, hər şeyi Rusiya sülhməramlılarının öhdəsinə buraxmağa çalışırlar. Təbii ki, Rusiya sülhməramlılarının əsas missiyası 10 noyabr bəyannaməsinin müddəalarının yerinə yetirilməsini təmin etməkdir, lakin bu o demək deyil ki, Ermənistan əl çəksin və kənarda dursun. Hər şeyi Rusiya sülhməramlılarının üzərinə atmaq ən alçaq hərəkətdir”. Bu fonda “Vestnik Kavkaza” nəşri məsələyə bir daha nəzər salaraq yazır ki, əslində, baş verənlərin bütün məsuliyyəti Ermənistanın üzərindədir: “Üçtərəfli bəyanata əsasən, Azərbaycan vətəndaşların və nəqliyyatın Laçın yolu ilə hərəkətinin təhlükəsizliyinə təminat verib. Diqqət: hər kəsin yox, təkcə Qarabağ ermənilərinin, yəni Azərbaycan ərazisində yaşamaq hüququ olan insanların keçidinə. Lakin Ermənistanın əhalisi, rəhbərliyi və hərbi qulluqçuları da bu yoldan maneəsiz şəkildə keçir. Başqa ölkələrin vətəndaşları, hətta Fransa siyasətçiləri də istədikləri vaxt Xankəndiyə gedirlər. Bu ilin payızında Ruben Vardanyanın da Laçın yolu ilə keçidiyi məlum oldu. Onun Azərbaycana gəlmək hüququ yoxdur - o, Qarabağ ermənisi deyil. İki ildir ki, Laçın yolu ilə Qarabağa silah daşınır. Əgər əvvəl yalnız atıcı silah keçirilirdisə, sonra erməni qanunsuz silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya bitişik əraziyə minalar da daşındı. Və son aylarda Xankəndiyə hətta ağır silahların gətirildiyi də məlumdur. Ermənistan Azərbaycandan bütün qoşunlarını çıxarmağı öhdəsinə götürsə də, əvəzində Laçın yolundan istifadə edərək Qarabağdakı hərbi mövcudluğunu gücləndirir. Və əks istiqamətdə Azərbaycanın təbii sərvətləri talan olunur. Buna görə də fəallar Rusiya sülhməramlılarının rəhbərliyi ilə, daha dəqiq desək, general-mayor Andrey Volkovla Laçın yolu ilə insanların və yüklərin daşınmasına daha ciddi nəzarətin yaradılmasının zəruriliyi ilə bağlı danışıqlar aparılmasını tələb edirlər. Üçtərəfli bəyanat Laçın yolunda Azərbaycan keçid məntəqəsinin quraşdırılmasını qadağan etmir, çünki bu, Qarabağ ermənilərinin həm Xankəndiyə, həm də Ermənistana çıxışına heç bir şəkildə mane olmayacaq. Əksinə, belə bir keçid məntəqəsi Azərbaycanın zəmanət verdiyi Laçın yolunda təhlükəsizliyi tam təmin etməyə imkan verəcək, çünki artıq oradan silah və xarici vətəndaşlar daşınmayacaq. Bu iki problemin kəsişməsində üçüncü tələb var - Laçın yolu ilə Qarabağa qanunsuz daxil olan, Azərbaycan əmlakını talayan və müvəqqəti dislokasiya zonasında nəzarətsiz mədən çıxararaq Azərbaycanın ekologiyasına zərər vuran Vardanyanın Azərbaycandan deportasiyası. Etiraz aksiyası dinc xarakter daşıyır. Burada yalnız mülki şəxslər iştirak edir. Onlar Rusiya sülhməramlılarına qarşı güc tətbiq etməyə çalışmırlar və yalnız Andrey Volkovla danışıqlar aparmaq, ekoloqlar və “AzerGold” ekspertlərinin “Qızılbulaq” və “Dəmirliyə çıxışı tələblərini səsləndirirlər. Etirazçılar mülki nəqliyyatın Xankəndiyə və Ermənistana keçməsinə heç bir maneə törətmirlər. Hazırda Laçın yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb. Ermənistanda və digər ölkələrdə antiazərbaycan agentləri bu faktları saxtakarlıqla öldürməyə çalışırlar. Əsas saxtakarlıq ondan ibarətdir ki, guya Azərbaycan Laçın yolunun qarşısını kəsib. Laçın yolu faktiki olaraq bağlıdır, amma Azərbaycan qüvvələri tərəfindən deyil. Xankəndinin girişini isə rus sülhməramlıları bağlayıb. Və Ermənistan hakimiyyəti sərhəddə Azərbaycana girişi bağlayıb. Növbəti saxta məlumat gəlir - guya 120 min Qarabağ ermənisi blokadada qalıb. Əslində Qarabağda hətta müharibə zamanı belə böyük sayda əhali yox idi və Ermənistanın təslim olmasından və işğalçı qoşunların çıxarılmasından sonra onlardan çox az sayda insan qalmışdı. Hazırda təqribən 30-35 min insan Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı zonadadır və onların yarısına qədəri qanunsuz silahlı birləşmələrin üzvləridir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ