çərşənbə günü, 11 noyabr 2026
     

Bakının dəqiq gedişi - İrəvan Zəngəzuru açmağa məhkum edildi...

Image


“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında bildirib.

Belliklə, Azərbaycanın əsas hədəfi 2024-cü ildə Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır. Həmin vaxta qədər Ermənistan da dəhlizin açılması üçün müvafiq addımlar atmalıdır. Əks halda Bakı İrəvana qarşı müəyyən təzyiq rıçaqlarını işə salmalı olacaq. Əslində, Ermənistan-Xankəndi yolunda baş verənlər  bunun ilkin təzahürlərindən biri hesab edilə bilər. Ermənistan Elmlər Akademiyasının üzvü Ruben Qaliçyan bildirib ki, Xankəndi yolunda baş verənlər böyük planın tərkib hissəsidir: “10 noyabr razılaşmasına əsasən, Ermənistan üç il ərzində Zəngəzur dəhlizini tamamlamalı idi, lakin heç bir şey etməyib. Bu baxımdan, hazırda baş verənlər Zəngəzur dəhlizi məsələsində də həlledici ola bilər”.
Erməni politoloq Aleksandr İskəndəryan isə hesab edir ki, tərəflər gec-tez razılaşacaq və Xankəndi-Gorus yolu ilə bağlı məsələ həll olunacaq: “Lakin razılaşmanın necə olacağı maraqlıdır. Bakının aydın tələbləri var, İrəvan bununla razılaşacaqmı?! Fikrimcə, Xankəndi yolunda baş verənlər başlanğıcdır. Tələblərə əməl etməsək, növbəti ildə Bakının daha sərt təzyiqi ilə üzləşəcəyik”. Rusiyanın “Vestnik Kavkaza” nəşri isə yazır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Xankəndi-Şuşa yolunda ekoloji fəalların etiraz aksiyalarının bir səbəbi də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Nəşr qeyd edir ki, Laçın yolu Qarabağ müharibəsi başa çatandan dərhal sonra Azərbaycan, Rusiya, Ermənistan liderləri arasında razılaşmaya uyğun olaraq, Qarabağ ermənilərinin Ermənistana gedib-qayıtması üçün açılıb: “Eyni müqavilənin digər hissəsində Naxçıvanı Azərbaycanın qalan ərazisi ilə birləşdirən dəhlizin - Zəngəzurun açılması da nəzərdə tutulur. Hər iki dəhlizin təhlükəsizliyinə Rusiya zəmanət verməli idi. İki il keçib, Laçın yolu istifadəyə verilib, amma Zəngəzur dəhlizi hələ də yoxdur. Çünki Ermənistan buna mane olur. Son iki il ərzində Laçın yolu ilə Xankəndiyə davamlı silah, hərbi qüvvə axını olub. Bu, müqaviləni, yəni bütün erməni hərbçilərinin bu ərazidən çıxarılması ilə bağlı 4-cü bəndi pozur. Rusiya vətəndaşlığından imtina edib Qarabağa gələn iş adamı Ruben Vardanyan isə ekoloji fəsadları nəzərə almadan Qarabağ yataqlarında qızıl tərkibli və mis-molibden filizlərinin qanunsuz hasilatına başlayıb. Qanunsuz hasilatı aradan qaldırmaq məqsədilə Azərbaycanın aidiyyəti qurumları Qarabağa gediblər. Lakin Vardanyan və quldurları mütəxəssislərin yolunu kəsib, monitorinq prosesini pozub. Bunun nəticəsi olaraq mindən çox ekofəal Laçın yoluna toplaşıb. Onlar çadır evləri qurub, özləri ilə bayraqlar gətirib və sülhməramlıların komandiri Andrey Volkovun onlarla danışmasını tələb edən şüarlar səsləndirirlər. Aksiyaçılara güc tətbiq olunmur, ona görə də hələlik gərginliyin artmasından danışmağa ehtiyac yoxdur. Daha dərindən baxdıqda, bu hadisənin səbəbi Üçtərəfli bəyanata əməl edilməməsidir. Ermənistan Qarabağdan qoşunlarını çıxarmaqdan və Zəngəzur dəhlizini açmaqdan imtina edir, əvəzində Qarabağ ərazisini minalayır, ora qaçaqmalçılıq yolu ilə silah aparır, Azərbaycanın sərvətlərini qanunsuz talan edir. Və onlar bütün bunları Rusiya sülhməramlılarının arxasında gizlənərək edir.

Nəzərə alsaq ki, Moskva ilə Bakı mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin qorunub saxlanmasında maraqlıdır və Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıyır, problemi hansısa yolla həll etmək lazımdır. Bunu necə edə bilərlər? Birincisi, bütün Qarabağda olduğu kimi, Azərbaycana məxsus olan yataqlarda da qanunsuz hasilat dayandırılmalıdır. İkincisi, Laçın yolu ilə sursat, mina və hərbçilərin daşınmasının qarşısını almaq üçün Rusiya-Azərbaycan birgə nəzarət qrupu yaradılmalıdır. Üçüncüsü, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla, 2020-ci il üçün üçtərəfli bəyanatın maddələri icra edilməlidir. Qlobal miqyasda baxsaq, Qarabağ 100% Azərbaycanın nəzarətinə keçənə qədər orada baş verən hadisələr həm region ölkələri, həm də Rusiya üçün təhlükə mənbəyi olaraq qalacaq”. Bu fonda Ermənistanın “Qraparak” nəşri də maraqlı bir iddia ortaya atıb. Nəşr qeyd edir ki,  Xankəndi-Gorus yolu açılacaq, əvəzində Bakıya Zəngəzur dəhlizini verəcəklər: “Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini vermək məcburiyyətində olduğunu elan edəcək. 2020-ci ilin 10 noyabrında kapitulyasiyaya imza atanda, bunun 30 min əsgərin həyatının xilas edilməsinə görə edildiyi deyilirdi. İndi də Laçın yolunun açılmasına görə Zəngəzurdan dəhliz verəcəklərini elan edəcəklər və addımlarını bununla əsaslandıracaqlar. Buna görə də güman edilir ki, Laçın yolunun bir müddət bağlanması erməni hakimiyyətinə də sərfəlidir. Bunlar hakimiyyətə, Azərbaycanın istədiyi verilməsə, cəmiyyətə  nələrin baş verə biləcəyini göstərmək üçün faydalıdır. Pessimistlər deyirlər ki, Paşinyan Zəngəzur dəhlizini sonda təhvil verəcək və 120.000 Qarabağ sakininin humanitar böhrandan xilas olduğunu bəyan edəcək”. Erməni analitik Argişti Kiviryan da qeyd edir ki, azərbaycanlılar indi Laçın yolunu bağlamaqla erməni tərəfini könüllü olaraq onlara Zəngəzur dəhlizini verməyə məcbur etməyə çalışırlar: “Bakının güc variantı ilə Zəngəzur dəhlizini aça bilməyəcəyi doğru deyil: onun imkanlarını və Ermənistan ordusunun indiki vəziyyətini nəzərə alsaq, hətta bir neçə saat ərzində buna nail ola bilər. Lakin lazımdır ki, Ermənistan onu özü öz əlilə açsın”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ