çərşənbə günü, 11 noyabr 2026
     

BMT alt-üst edilir: Təhlükəsizlik Şurası köklü dəyişəcək...

Image


Dünyanın ən böyük təşkilatı olan BMT-də, xüsusən də onun Təhlükəsizlik Şurasında islahatların aparılması son illər ərzində daha intensiv şəkildə gündəmə gəlməkdədir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra isə bu məsələ daha da aktuallaşıb.

Qeyd edək ki, beynəlxalq münasibətlər sistemində islahatlara ciddi ehtiyacın olduğu haqda mütəxəssislər xeyli vaxtdır ki, danışırlar. Bu məsələ dünyada baş verən geosiyasi proseslərin yaratdığı kifayət qədər ziddiyyətli bir şəraitdə xeyli aktuallaşıb. Bir çox hallarda beynəlxalq təşkilatlar, ilk növbədə BMT bu vəziyyətin öhdəsindən gələ bilmir. Hələ iki il əvvəl Azərbaycan prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək səviyyəli iclasında bu fonda olduqca maraqlı fikirlər səsləndirib: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”. Bu islahatların vacibliyi, yuxarıda qeyd edildiyi kimi, Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Artıq müvafiq prosesə start verilməsi müşahidə edilir. Bunu BMT-nin baş katibi Antoniu Quterreşin Təhlükəsizlik Şurasının “İslahata məruz qalmış çoxtərəfliliyin yeni istiqaməti” mövzusunda keçirilən iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiq edir. O qeyd edib ki, əksər ölkələr BMT Təhlükəsizlik Şurasının yeni geosiyasi reallıqları daha dəqiq əks etdirməsi üçün islahatların aparılmasının tərəfdarıdır. Onun sözlərinə görə, üzv ölkələrin əksəriyyəti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasının zəruri olduğunu qəbul edir: “Ümidvaram ki, regional qruplar və ayrı-ayrı dövlətlər islahatların yolları və üsulları ilə bağlı geniş konsensusa nail olmaq üçün birgə işləyə biləcəklər. BMT və şəxsən mən lazımi dəstəyi verməyə hazıram”. Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasının fəaliyyətində innovativ iş metodları, o cümlədən açıq müzakirələr və Şuradan kənar üzv ölkələrlə təmasları gücləndirmək üçün qeyri-rəsmi mexanizmlərdən istifadə vasitəsilə artıq təkmilləşmələr baş verib. Amma burada bir məsələni də qeyd edək ki, BMT-də islahatlar istəyən Qərb dünyasının əsas məqsədi indi Rusiyanı Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmaq və ya onu veto hüququndan məhrum etməkdir. Xüsusən də  Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması barədə çağırışlar çoxalır. Ukrayna prezidenti Volodimir Zelenski də belə bir tələblə çıxış edir. Qeyd edək ki, ABŞ da fəal şəkildə belə bir qərarı qanuniləşdirmək üçün alətlər hazırlamağa çalışır. Belə ki, ABŞ konqresmenləri BMT Nizamnaməsinin Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müəyyən edən 23-cü maddəsinə düzəliş etmək üçün zəruri olan təcili tədbirlərin görülməsi yönündə qurumun rəhbərliyinə çağırış ediblər.

Baş verənlərə Kremlin münasibəti olduqca neqativdir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məsələyə bir qədər geniş prizmadan yanaşılmasını vacib hesab edir. Onun sözlərinə görə, NATO-nun genişlənmə haqqını mütləqləşdirən Qərb Avropanı münaqişə ocağının bir addımlığına gətirib. O bildirib ki, bir qrup ölkənin dünyada inhisarçı mövqeyi səbəbindən beynəlxalq qurumlara, hüquqa və BMT mərkəzli dünya modelinə olan güvən sarsılıb: “Bu gün dünya düzəninin gələcəyinin həll edilməkdə olduğu ortadadır. İki seçim var: ya yalnız özünə sərf edən qaydalar qoyan tək hegemonun olduğu düzən olacaq, ya da şantajı, neo-müstəmləkəçiliyi istəməyənlərə gözdağı verilmədiyi bir demokratik, çoxqütblü, ədalətli, BMT mərkəzli bir dünya. Son seçimin can verməkdə olan sistemdən yararlananların xoşuna gəlmədiyi dəqiqdir”. Amma Qərb mövqeyindən geri çəkilmək niyyətində deyil. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir müddət öncə bununla bağlı Qərbin mövqeyini dəqiq ifadə edib. O vurğulayır ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü dayandırılmalıdır: “Təhlükəsizlik Şurasının daimi üzvü Baş Assambleya tərəfindən pislənən təhrik olunmamış və əsassız müharibəyə başladıqda, onun Təhlükəsizlik Şurasına üzvlüyünün dayandırılması, mənim fikrimcə, avtomatik olmalıdır. Veto hüququndan istifadə istisna olmalıdır, lakin bu, gördüyümüz kimi, qayda olub. İslahat zəruri və təxirəsalınmazdır”. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild bildirib  ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasının islahatının tərəfdarıdır, xüsusən də onun üzvlərinin veto hüququndan istifadə etməsi məsələsində. O, Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın nizamnaməsinin təməlini qoyduğunu bildirib: “Rusiya milli suverenliyi və ərazi bütövlüyünü pozdu, insan hüquqlarını pozdu və sülh danışıqları əvəzinə açıq müharibəyə başladı. Rusiyanın hərəkətlərinə görə ABŞ BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təşəbbüslərini gücləndirəcək. Söhbət vetoların elan edilməsi qaydalarının dəyişdirilməsindən gedir: indi daimi üzvlər onları Baş Assambleyaya izah etməli olacaqlar. Təhlükəsizlik Şurası həm də qlobal reallığı daha yaxşı əks etdirməli və coğrafi təmsilçiliyi nəzərə almalıdır. Biz köhnəlmiş status-kvonu dəstəkləməməliyik. Bunun əvəzinə məsuliyyət naminə güzəştə getmək üçün çeviklik nümayiş etdirməliyik”. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Çin, ABŞ, Fransa, Böyük Britaniya və Rusiya. Lakin əksər ölkələr BMT üçün yeni sistemin yaradılmasını tələb edir, daimi üzvlüyə başqa dövlətlərin seçilməsinin təmin olunmasını zəruri sayırlar.  

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ