çərşənbə günü, 11 noyabr 2026
     

Rusiya sülhməramlıları Ermənistanda parçalanmaya səbəb oldu

Image


Şuşa yaxınlığında Xankəndiyə gedən yolun üzərində azərbaycanlıların etiraz aksiyası fasiləsiz davam edir. Aksiyanın nə zaman yekunlaşağacağına  dair hələ ki, dəqiq təsəvvür yoxdur.

Burada bir məqamı da xüsusi qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Yaranmış vəziyyətdə Rusiya sülhməramlı qüvvələri ilə bağlı Ermənistanda fikir ayrılığının dərinləşməsi müşahidə edilir. Ermənistan hakimiyyəti sülhməramlı qüvvələri ciddi  tənqid  hədəfinə çevirdiyi halda, radikal müxalifət onları açıq şəkildə dəstəkləyir.

Ermənistan parlamentinin növbədənkənar iclasında Laçın yolunda baş verən hadisələrin müzakirəsi zamanı hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Vigen Xaçatryan bildirib ki, Rusiya Ermənistanı Azərbaycanla müharibəyə çəkmək istəyir. Deputatın sözlərinə görə, buna heç bir şübhə yoxdur: “Mən əminəm ki, Rusiya bizi Azərbaycanla müharibəyə sürükləmək istəyir. Onlar səbrsizliklə qarabağlıların təslim olmasını və məsələn, qumbara atmasını gözləyirlər... Məncə, Rusiya Qarabağdan əl çəkib Azərbaycanın əvəzində Ermənistanı almağa çalışır. Biz, nəhayət bunu başa düşməli və Azərbaycan və tərəfdaşlarımızla birbaşa danışıqlara başlamalıyıq. Rusiya bizi müharibəyə sürükləmək istəyir”. O, həmçinin hesab edir ki, indiki vəziyyət, əslində, Ermənistanın Qarabağ məsələsində Rusiyanın mövqeyini bölüşməsinin cəzasıdır. Ermənistan parlamentinin spikeri Alen Simonyan da sülhməramlı qüvvələrin fəaliyyətindən narazı qaldıqlarını bildirib. Lakin radikal müxalifət başqa mövqedədir. Onların bununla bağlı parlamentə təqdim etdikləri qətnamə layihəsində sülhməramlı qüvvələrə dəstək ifadə edilir. Ermənistanın terrorçu eks-prezidenti Serj Sarkisyan  isə bildirir ki, sülhməramlılar  ermənilər üçün 10 noyabr bəyanatında nə yazılıbsa,  hamısını yerinə yetirirlər: “Problemlərinizi başqasına atmağa ehtiyac yoxdur. Dörd il əvvəl günahkar hakimiyyətdə olanlar  idi, indi  keçmişdəkiəri qınamaq çətindir, sülhməramlıları və rusları günahlandırırlar. Bəli, bizim hamımızın Rusiyadan gözləntilərimiz daha çox idi, amma hər hansı gözləntiləri kənardan korlamaq olar, necə ki, korlayırlar... Müttəfiqinizin yüksək vəzifəli məmurunu necə ələ sala bilərsiniz, necə? Əgər biz nəyisə etmiriksə, niyə başqası bizim əvəzimizə bunu etməlidir? Onlar nə qədər  bizim müttəfiqimiz olsalar da, bizim üçün hər şeyi edə bilməzlər”. Ermənistan vətəndaş cəmiyyəti isə sülhməramlılarla bağlı hakimiyyətin yanaşmasını dəstəkləyir. Məsələn, “Helsinki Təşəbbüsü-92” Qarabağ Komitəsinin koordinatoru Karen Ohancanyan qeyd edir ki, Rusiya erməni xalqının əsas düşmənidir: “Azərbaycanın fəaliyyətinin miqyasını nəzərə alsaq, vəziyyət az-çox sakitdir. Şübhə yoxdur ki, Rusiya erməni xalqının əsas düşmənidir”. Onun sözlərinə görə, Rusiya 2020-ci ilin sentyabrında Azərbaycanın hərbi əməliyyatlar həyata keçirməsinə qarşı çıxmayıb, Ermənistanı təslim olmağa məcbur edib: “Rusiya niyə belə addım atır? Çünki Rusiya beynəlxalq münasibətlərdə köməksiz olan böyük bir “çmo”ya çevrilib. Məhsullara və enerji daşıyıcılarına qarşı Qərb embarqosu altında onun Türkiyə və Azərbaycanın tranzit imkanlarına ciddi ehtiyacı var. Sağ qalmaq üçün Rusiya onların istəyini yerinə yetirir. Buna görə də bu gün Rusiya Qarabağı təslim edir, ümid edir ki, Ukrayna müharibəsində qalib gəlməklə itirdiklərini bərpa edə biləcək”.

Bunlar fonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın sərvətlərinin qanunsuz şəkildə istismarı davam etdirilir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası ərazidəki qanunsuz fəaliyyətlərə qarşı ictimaiyyətin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bir daha xatırladaq ki, bu il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb. Məsələ ilə bağlı amerikalı ekspert Piter Teys bildirir ki, Rusiyanın regiondakı sülhməramlı qüvvələri ATƏT-in Minsk Qrupu qədər faydasızdır: “Erməni faşist qüvvələri Laçın dəhlizinin perimetri boyu piyada əleyhinə minalar yerləşdirir, rus qoşunlarının burnunun dibində təxribat işləri aparır. Əgər onlar erməni quldurlarına minalama fəaliyyətlərini davam etdirməyə imkan verirlərsə, onlar necə sülhməramlıdırlar? Bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır”. Teys əlavə edib ki, Azərbaycan vətəndaşları ətraf mühitin qorunmasına və təbii sərvətlərlə ehtiyatlı davranılmasına yönəlmiş dinc aksiya keçirirlər. Onun fikrincə, BMT, ABŞ hökuməti və Avropa İttifaqı Rusiya və Ermənistana təcili reaksiya verməli, təzyiq göstərməlidir ki, Azərbaycan ərazilərində ətraf mühiti, o cümlədən, su ehtiyatlarını çirkləndirməyə son qoysunlar: “Səssizlik həll yolu deyil. Azərbaycan ətraf mühitin qorunmasına böyük sərmayələr yatırıb, Xəzər dənizinin biomüxtəlifliyini qorumaq əzmini nümayiş etdirib. Erməni terrorçu rejimi isə əraziləri minalarla və təhlükəli pestisidlərlə çirkləndirir, Azərbaycanın suveren ərazilərini dünyanın ən təhlükəli sahələrindən birinə çevirir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ