çərşənbə günü, 11 noyabr 2026
     

İranda yeni qüdrətli “21 azər” hərəkatı başlanır...

Image


İranda davam edən etiraz aksiyaları fonunda yenidən diqqət mərkəzinə gələn hadisələrdən biri də bu ölkədə Azərbaycan türklərinin rejimə qarşı inqilablarıdır. Onlardan biri Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin qurulması ilə sonuclanan inqilabdır.

Qeyd edək ki, 1945-ci il dekabrın 12-də (21 azər) Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. Elə bu proses də tarixə 21 azər hərəkatı kimi düşüb. Həmin vaxt İran adlanan ərazidə ovaxtkı SSRİ-nin təsir dairəsi genişlənmişdi. SSRİ-nin yardımı ilə Azərbaycan Milli Hökuməti qurulmuşdu, amma bu hökumətə yenə SSRİ, daha doğrusu, Stalin xəyanət etdi. Azərbaycan Milli Hökumətinin qurulmasından təxminən bir il sonra Stalin SSRİ ordusunun bu ərazilərdən çıxaılmasına göstəriş verdi. O dövrdə Mir Cəfər Bağırovun buna etirazları nəticə vermədi. Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi olan Bağırov SSRİ-nin rəhbəri Stalinə telefonda yalvarırdı ki, SSRİ hərbi qüvvələrinin oradan çıxmasına imkan verməsin. Bu baş tutmadıqda isə o demişdi: “Azərbaycan bu dəfə də birləşmək arzusindan məhrum edildi”. Stalin isə Qərbin, xüsusən ABŞ-ın bu xüsusda tələbini yerinə yetirirdi. Bunu onun Bağırova aşağıda dedikləri də təsdiq edir: “Sən üçüncü dünya müharibəsini başlatmaq istəyirsən? İstəyirsən ki, amerikalılar bizə nüvə hücumunu hədiyyə etsinlər? Niyə Cənubi Azərbaycandan bizim silahlı qüvvələrin çıxarılması ilə bağlı əmrimi yerinə yetirmirsən?”. SSRİ ordusu Cənubi Azərbaycandan çıxarılandan sonra şah rejimi burada müdafiəsiz qalan soydaşlarımıza əsl divan tutdu, minlərlə insan qətlə yetirildi. Amma 1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərən Milli Hökumət bu müddətdə çox şeyə nail oldu. Milli Hökümət İranda Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir quruluş kimi fəaliyyətə başlasa da, daha sonra hədəflərini genişləndirərək müstəqillik siyasəti yürüdüb. Seyid Cəfər Pişəvəri hələ 1945-ci ilin sentyabr ayında “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bunu belə əsaslandırırdı: “Azərbaycan Tehranla bir yerdə əsir Hindistan olmaqdansa, özü üçün azad İrlandiya olmağa üstünlük verir. Tehran pozğun və küçə gözəlləri kimi hər gün bir lotunun qucağına atıla bilər. Azərbaycan isə namus və heysiyyətində maraqlıdır. O, bir daha biganələrin alçaq nökəri olan rzaxanların boyunduruğu altına girməz və gündə bir lotuya təslim olmaz”. Müstəqillik dönəmi Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə bərabər hüquqların verilməsi, ana dilində milli mətbuat, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və digər bu kimi qərarlarla güneyli soydaşlarımızın tarixində mühüm mərhələ olub. Azərbaycan Milli Hökuməti tarixi ərazilərimizin güneyində milli azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan verib. Bunu güneyli soydaşımız Ural Hatəmi “Amerikanın Səsi”nə müsahibəsində də xüsusi vurğulayır.

Hatəmi hesab edir ki, İran Azərbaycanının bugünkü məsələlərini təhlil etmək üçün ilk başda keçmişə, xüsusilə də Azərbaycan Milli Höküməti dönəminə baxmaq lazimdir. Onun sözlərinə görə, tarixi-siyasi hadisələrlə bağlı həqiqətlər adətən uzun illərdən sonra və o hadisələrlə bağlı sənədlərin ortaya çıxması ilə daha yaxşı anlaşılmağa başlayır: “Siyasi-tarixi hadisələr yaşadığı öz dönəmində anlaşıla bilsə də, ətraflı bir şəkildə analizləri hər zaman naqis olub. Yəni, xüsusilə siyasi bir hadisəni doğru-düzgün analiz edə bilmək üçün üstündən illər keçməsi lazimdir. Bunun ən böyük səbəbi bir sıra deyilməyən sözlərin sonradan deyilməsi və sənədlərin ortaya çıxmasıdır. Bu sənədlərlə söyləmləri, ideologiyaları və strukturları analiz edə bilirik. Ona görə də, bu qədər zaman keçdikdən sonra əldə olan araşdırmalara baxdığımız zaman milli höküməti və İranın ozamankı şərtlərini daha yaxşı anlaya bilirik”. O xatırladır ki, Azərbaycan Milli Höküməti qısa zamanda kəndlilər, işçilər və azlıqların hüquqları ilə əlaqədar böyük islahatlar həyata keçirdi. Qadınlara səsvermə haqqı tanındı və məktəblərdə türk dilində təhsil başladı. İranda bu gün səslənən “Azadlıq, ədalət, milli hökümət” şüarını şərh edən Ural Hatəmi hesab edir ki, milli hökümət dönəminin təcrübələri bu günün məsələlərini analiz etməyə yardım edə bilər: “Hər toplumu ilk başda özü ilə müqayisə etmək lazimdir. Yəni fərqli tarixi dönəmlərdə toplumu keçmişdən bugünə gətirən o proseslərləri o tarixi hafizədən yola çıxaraq təhlil etmək lazimdir. Bu mənada, İranda Məşrutə İnqilabından sonrakı, xüsusilə Milli Hökümət dönəmindəki proseslər və bu ikisinin arasında Xiyabani hərəkatı dönəmində modernləşmə, demokratiya, ana yasa, məclis, fərqli hüquqlar və mətbuatla bağlı proseslərə ilk başda baxmamız lazimdir”. Ekspertin dediyinə görə, “Azadlıq, ədalət, milli hökümət” şüarı illərlə basqının, bütün o zülmün içindən çıxmış və bişmiş bir şüardır: “Onun məzmunu illər ərzində yaranıb və şəkillənərək bu üç kəlmədə özünü xülasə edib... Çox net, açıq və şəffaf Azərbaycanın istəklərini göstərir bu “Azadlıq, ədalət, milli hökümət şüarı”. Mən bunun çox əhatəli bir şüar olduğuna da inanıram”. Siyasi şərhçi Nəsimi Məmmədli isə qeyd edir: “Doğrudan da İranda gərgin siyasi proseslər gedir. Bu fonda İran daxilindəki milli etniklərlə bağlı məsələlər həm yerli, həm də region və qlobal müstəvidə müzakirələrə çıxarılıb. Azərbaycanlılarla bağlı burada bir neçə problem mövcuddur. Onun başında ana dilində yazıb-oxuma, təhsil alma məsələsi gəlir. Bununla yanaşı, əlbəttə, orada ərzilərin tarixi adlarının dəyişdirilməsi məsələsi var. Azərbaycanlıların milli kimliyi ilə bağlı rejimin özü tərəfindən müəyyən basqıların olması faktları var. Əlbəttə, bunlar müəyyən fikir qənaəti yaradır ki, daha çox bu milli haqlar arasında ana dilində təhsilin verilməsi, yazıb-oxunması, bunlara nail olunması daha realdır. Həm də İran Konstitusiyasının 15-ci maddəsində bununla bağlı konkret tələblər var. Orada açıq şəkildə göstərilir ki, ayrı-ayrı qruplar öz ana dilində yazıb-oxuyub təhsil almaq hüququna malikdir. Əgər İranda biz indiyə qədər sosial yönümlü, hansısa seçkilərdən sonra etirazları görmüşdüksə, ilk dəfədir ki, burada ideoloji yönümlü, İran rejiminin əsaslarını sarsıda biləcək, laxlada biləcək etirazları görürük. Bu etirazlar, əlbəttə, mən düşünürəm ki, nəticəsiz bitməyəcək. Bu, rejimin dəyişdirilməsi ilə nəticələnə biləcək bir prosesdir. 1979-cu ilin inqilabı da əslində belə başlamışdı. İranda çoxsaylı insanların prosesə qoşulması onu geriyədönməz bir mərhələyə gətirib çıxardır. İranın islahatlara gedəcək bir dövlət olduğunu düşünmürəm. İran islahata getmə məsələsində dirəniş göstərəcəksə, bu, vətəndaş-dövlət qarşıdurmasını daha da dərinləşdirəcək”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ