Sentyabrın 15-nə keçən gecə Litvanın hava məkanında PUA ajiotajı yaşanıb.
Ölkədə sarı həyəcan siqnalı elan edilməsinin ardından PUA NATO-nun qırıcı təyyarələri tərəfindən vurulub. Litva Prezidenti Gitanas Nauseda hadisə barədə məlumat verərək, Alyans heyətinə operativ reaksiyalarına görə təşəkkürünü bildirib. "Rusiyanın Ukraynaya qarşı təcavüzünü gücləndirdiyi bir vaxtda belə hazırlıq regionumuz üçün həyati əhəmiyyət kəsb edir. Litva NATO-dakı müttəfiqləri ilə birlikdə öz hava məkanını qoruyacaq"- o deyib.
SAMİRƏ