çərşənbə günü, 11 noyabr 2026
     

Mollalardan öncəki İranda məşhur 21 Azər Hərəkatının 77 yaşı olur...

Image


77 il bundan əvvəl Güney Azərbaycanda Milli hökumətin qurulması böyük tarixi hadisə idi. Hər il dekabrın 12-ni dünya azərbaycanlıları Güney Azərbaycanda baş vermiş 21 Azər - Pişəvəri Hərəkatınının ildönümü kimi qeyd edir.

Tarixi məlumatlara görə, 1945-ci il dekabrın 12-də (21 Azər) yarandığı elan edilən Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti zamanı əhalinin həyatına gətirdiyi mühüm yeniliklərlə yaddaşlarda qalıb. Onların siyahısına ana (Azərbaycan) dilində təhsil, savadsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqlara malik olması istiqamətində işlər daxildir.

Alumlər qeyd edirlər ki, Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hökumət 1946-cı ilin dekabrında süquta uğrayıb. Belə ki, İran ordusu milli hökumətin paytaxtı Təbriz şəhərini ələ keçirib və hökumətin çoxsaylı üzvləri güllələnib. On minlərlə insan mühacirətə gedib.

Seyid Cəfər Pişəvəri də daxil olmaqla, çoxsaylı hərəkat iştirakçısı o zamankı Sovet Azərbaycanına mühacirət edib. Seyid Cəfər Pişəvərinin 1946-cı ildə Azərbaycanın Yevlax rayonu ərazisində avtomobil qəzası nəticəsində vəfat etdiyi bildirilir.

  • “21 Azər Hərəkatı yarımçıq qalmayıb və hazırda Milli Hökumət qurmaq amalı ilə proseslərin yeni dalğası başlayıb”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 21 Azər Hərəkatı milli tariximizə yazılan ən parlaq səhifələrdən biridir. “ 21 Azər Hərəkatının yaranması, yaxud 1945-ci ilin 12 dekabr tarixində Azərbaycanımızın Güneyində milli hökumətin qurulması təsadüfi deyildi. Əslində, Güneydəki soydaşlarımızın milli hökumətinin qurulmasının çox ciddi səbəbləri vardı. Bunlardan birincisi, 1925-ci ildə Qacar türk dövlətinin yerinə gələn Pəhləvilər rejiminin antitürk, anti-Azərbaycan siyasəti idi. 1925-ci ildən 1941-ci ilə qədər, başda Rza Pəhləvi olmaqla, Pəhləvilər rejimi Azərbaycan türklərinə qarşı amansız repressiya siyasəti yürüdürdü. Bu repressiya Azərbaycan türklərinin mədəniyyətinə, dilinə, bütövlükdə varlığına qarşı tətbiq edilirdi. 1925-ci ildən 1941-ci ilə qədər onminlərlə insanımız repressiya olundu, yurd-yuvalarından didərgin salındı, güllələndi. Azərbaycan türklərinə aid bütün kitablar yığışdırıldı, məhv edildi, mədəniyyət abidələrinin dağıdılmasına başlanıldı. İkinci önəmli məsələ isə vahid Azərbaycan vilayətinin bir neçə yerə parçalanması oldu. Hətta Rza Pəhləvi Azərbaycan adını tamamilə ləğv etdi, ostanlıqlar yalnız şərq və qərb ostanlıqları adlanırdı. Hətta Azərbaycan adının özünə qarşı repressiya həyata keçirildi. Üçüncüsü, ən önəmli məsələlərdən biri də Azərbaycan türkcəsinin nəinki yazı şəklində, hətta məktəblərdə, hakimiyyətin qanadlarında, qurumlarında Azərbaycan türkcəsində danışmaq qadağan olundu”.  

1941-ci ilə qədər repressiyaların davam etdiyini vurğulayan F.Ələkbərli vurğuladı ki, 1941-ci ildən sonra İkinci Dünya müharibəsi yeni mərhələyə qədəm qoydu, Sovet qoşunları Azərbaycanın Güneyinə daxil oldu. “Bundan sonra repressiyalar nisbətən azaldı. Bundan istifadə edərək Azərbaycan türkləri bir sıra təşkilatlar yaratdılar. Hətta bu təşkilatlardan bəziləri İranın bütünlüyündən çıxış etsə də, ancaq demokratiya, azadlıq istəyirdilər. Zamanla Azərbaycan Demokrat Partiyası formalaşdı. Doğrudur, əvvəlcə Azərbaycan Demokrat Firqəsi İran Demokrat Partiyasının tərkib hissəsinə daxil olsa da, lakin sonradan müstəqil fəaliyyətə keçdi. Bu partiyanın başına o dövrdə çox məşhur olan və hələlik Tehranda fəaliyyət göstərən Seyid Cəfər Pişəvəri gəldi. Tehranda Pişəvərinin millət vəkilliyini tanımadılar, qəbul etmədilər və o, Təbrizə gələrək “Azərbaycan” qəzetinin başına keçdi. Eyni zamanda bilirsiz ki, 1945-ci ilin 12 sentyabrında Demokrat Firqəsinin və müəddəlarının yaranması hadisəsi baş verdi. Pişəvəri həm “Azərbaycan” qəzetinin rəhbəri oldu, həm də Demokrat Firqənin liderinə çevrildi. Yəni 1945-ci ilin dekabrına doğru Azərbaycanın Güneyində Demokrat Firqəsi öz dəstələrini yaratdı, müəyyən mənada ordusunu formalaşdırdı. Demokrat Firqəsi 1945-ci ilin 12 dekabrında isə yeganə hakimiyyət kimi özünü elan etdi, bu, milli hökumət idi. Düzdür, milli dövlət deyildi. Sözün həqiqi mənasında tam müstəqil bir dövlət olmasa da, lakin bölgədə 100-də 90-95 faiz nəzarət Azərbaycan Milli Hökumətinin əlində idi. Milli Hökumətin də baş naziri Seyid Cəfər Pişəvəri idi. Bu hökumətin nazirlikləri, nazirləri, ordusu vardı, hətta öz pullarının dövriyyəyə buraxılması məsələsi həllini tapmaqda idi. Bu hökumət dövlət müstqəilliyinin bir addımlığında idi. Düzdür, Pişəvərinin keçmiş SSRİ və onun başçısı Stalinlə münasibətləri vardı. Həmin dövrdə Azərbaycan SSR-in başında da Mir Cəfər Bağırov dayanırdı. Təbii ki, Bağırovun vasitəçiliyi ilə SSRİ rəhbərliyi ilə əlaqələr saxlanılırdı”.

1945-ci ilin sentyabrında İkinci Dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq vəziyyətin dəyişdiyini qeyd edən F.Ələkbərlinin sözlərinə görə, bundan sonra Milli Hökumət yaranıb. İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq Stalinin ABŞ-la, Böyük Britaniya ilə danışıqlar apardığını və nəticədə SSRİ-nin əvvəlki mövqeyindən geri çəkilməyə başladığını deyən F.Ələkbərlinin sözlərinə görə, baxmayaraq ki, BMT də  Milli Hökumətin məsələsini müzakirə edirdi və müzakiyə bu hökumətin müstəqiliyini tanıyıb-tanımamaq məsələsi qoyulurdu.  F.Ələkbərli vurğuladı ki, amma Stalinin bəzi məsələlərdə ABŞ və Böyük Britaniya ilə razılığa gəlməsi nəticəsində Azərbaycan Milli Hökumətinin mövqeyi zəifləməyə başlayır: “Düzdür, 1946-cı ilin iyununda Azərbaycan Milli Hökuməti ilə o vaxtkı İran rəhbərliyi arasında danışıqlar da oldu. Bu danışıqlar da göstərdi ki, Milli Hökumət tam öz müstəqilliyini elan etməkdən bir addım geri çəkilir, bir şərtlə ki, İranın tərkibində qalsa da Milli Hökumətin xüsusi statusu, səlahiyyətləri olsun, seçkiləri özü keçirsin və s. İran hakimiyyəti Milli Hökumətin tələbləri ilə razılaşsa da, sonradan buna əməl etmədilər. Bildiyiniz kimi, Seyid Cəfər Pişəvəri də Stalinə məktub yazır və Mircəfər Bağırovla da görüşür, amma bunlar bir nəticə vermir. Stalin müəyyən razılaşmalar əsasında geriyə addım atdı. Beləliklə də 1946-cı ilin payızına doğru  İran adlanan ölkə ABŞ-ın ciddi hərbi dəstəyi ilə məhz Azərbaycan Milli Hökumətinin üzərinə ordu yeritdi...Nəticədə on minlərlə insanımız rejim tərəfindən öldürüldü, bir qismi də Azərbaycanın qüzeyinə gəldi. Həmin hadisələrdən bir neçə ay sonra  Seyid Cəfər Pişəvəri də Azərbaycanın qüzeyinə gəldi. 1947-ci ilin iyununda sui-qəsd nəticəsində həlak oldu. Pişəvəri müəmmalı şəkildə öldü. Bunun isə sui-qəsd olduğu bildirilirdi. Milli Hökumətin süqut etməsi birbaşa beynəlxalq oyunlarla bağlıdır”.

F.Ələkbərli qeyd edir ki, o dövrdə həm Türkiyənin  zəif olması, həm də Azərbaycanın SSRİ-nin tərkibində olması, Sovetlərin başında duranların geri addım atması şərtləri altında Azərbaycan Milli Hökumətini qorumaq çox çətin idi. “Bəzən deyirdilər ki, bu hərəkat gərək İran adlanan ölkənin hər yerinə yayılaydı, yalnız Azərbaycanla məhdudlaşmazdı. Bilirik ki, yalnız kürdlərin müəyyən bir qismi Azərbaycan torpaqlarının bir hissəsində öz muxtariyyətlərini elan etdilər. Bu da yetərli olmadı. Demək istəyirəm ki, yalnız Azərbaycanda Milli Hökumət yarandı, bir az da kürdlərdə fəallıq vardı. Bu bütün ölkəni bürümədi, digər xalqlar buna qoşulmadılar. Ona görə də proseslər yarımçıq qaldı. Qeyd edim ki, düzdür, Seyid Cəfər Pişəvəri və Mircəfər Bağırov Bakıdakı görüşlərində bir-birini ittiham ediblər. Seyid Cəfər Pişəvəri Bağırova deyib ki, siz bizi yarı yolda qoydunuz, arxamızda axıra qədər dayanmadınız. Mircəfər Bağırov da deyib ki, siz orda düzgün siyasət yürütmədiniz. Reallıq budur ki, Azərbaycan Milli Hökuməti məğlub edildi. Burada ABŞ və Böyük Britaniya, SSRİ də rol oynadı. Dünyanın iki böyük gücünün heç biri Azərbaycan Milli Hökumətini müdafiə etmədi. Hətta SSRİ geri çəkilərkən ABŞ faktiki olaraq Milli Hökumətin məhvində başlıca rol oynadı. Beləliklə, Milli Hökumətimiz süquta uğradıldı, Pişəvəriyə də 1947-ci ilin yayında sui-qəsd edildi. Təbii ki, 21 Azər Hərəkatı yarımçıq qalmayıb və hazırda Milli Hökumət qurmaq amalı ilə proseslərin yeni dalğası başlayıb. Çoxları deyir ki, Pişəvəri təkcə Milli Hökumət qurmaqla kifayətlənməli deyildi, gərək onun müstəqilliyini bəyan edəydi. Yeni mərhələdə Güney Azərbaycandakı soydaşlarımızın öz müstəqil dövlətlərini yaratması və elan etməsi üçün münbit şərait yaranıb. Hesab edirik ki, bütün yarımçıq qalan hadisələr tamamlanacaq, Azərbaycan türkləri öz tarixi torpaqlarında müstəqil dövlətlərini elan edəcəklər”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ