çərşənbə günü, 11 noyabr 2026
     

Xankəndidə danışan cinayətkar yalançı "dövlət xadimlərinin" ağzını kim bağlamalıdır?..

Image


Qarabağ İqtisadi Zonasının Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarətində olan hissəsində yaşayan ermənilərin hələ də separatçılıq niyyətlərini davam etdirdiyi məlumdur.

Özünü qondarma "Dağlıq Qarabağ"ın "rəhbəri" kimi təqdim edən Araik Arutyunyanın “France 24” telekanalında müsahibəsinin yayılmasına, yaxud “xarici işlər naziri” David Babayanın “Arsaxı genosid gözləyir” kimi sərsəmləməsinə, yaxud Ruben Vardanyanın Almaniyaya gedib orada televiziyada etməsinə, bütövlükdə separatçıların bu kimi neqativ addımlarına reaksiya vermək bizim borcumuz deyil. Borcumuz deyil ki, onların hər birinin davranışlarına, harada nə sərsəmləmələrinə ayrı-ayrılıqda reaksiya verək. Sadəcə, özlərini Qarabağda dünyanın, hətta Ermənistanın özünün də tanımadığı separatçı, qondarma rejimin "dövlət qurumunun" "rəhbərləri" kimi qələmə verən adamların tədbirini Rusiya sülhməramlıları  görməlidir. Bu mənada, Azərbaycanın Rusiya sülhməramlılarının qarşısında çox ciddi tələblə çıxış etməsinin əsasları var. Azərbaycan sülhməramlılar qarşısına tələb qoymalıdır ki, Qarabağda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, özünü tanınmamış, qondarma "dövlət qurumunun" "rəsmisi", prezidenti", "xarici işlər naziri" kimi qələmə verən adamların rus sülhməramlıları tərəfindən cəzalandırılması və onlara qarşı onları bu hərəkətdən çəkindirmək üçün inzibati hüquqi təsir mexanizmlərinin yaradılması həyata keçirilməlidir. Azərbaycanın Rusiya sülhməramlıları qarşısında belə bir tələblə çıxış etməsi üçün nə qədər əsaslar var?  Özlərini Qarabağda qondarma rejimin hansısa "vəzifəli şəxsi" kimi təqdim edərək danışan separatçılara qarşı bu hüquqi inzibati mexanizmi ya Rusiya sülhməramlıları özü tətbiq etsin, ya da Azərbaycanın müvafiq dövlət qurumlarına təcili olaraq bunu tətbiq etmək səlahiyyəti verilsin. Azərbaycanın sülhməramlılar qarşısında belə bir jestlə çıxış etməsi vacibdir.

  • “Əgər maksimum dərəcədə fəaliyyətlərini ortaya qoyublarsa, onların zərərsizləşdirilməsi istiqamətində Azərbaycana şərait yaratmalıdırlar”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar bu kimi proseslərin şahidi oluruq. “Çox təəssüflər olsun ki, özlərini böyük dövlətlər, demokratiyanın, söz azadlığının, beynəlxalq hüququn beşiyi hesab edən bəzi dövlətlərin bu addımları çox ciddi narazılıqlar doğurir. Amma bir sıra dövlətlərin, o cümlədən də Fransanın bu addımları bir daha həmin o dövlətin əslində çox cılız siyasət yürütməsindən xəbər verir. O ki qaldı o şəxslərin harasa səfər etməsinə, təbii, bu bizi  maraqlandırmır. Lakin hər bir halda həmin şəxslərin, cinayətkar ünsürlərin, beynəlxalq axtarışa verilmiş bu adamların, o canlıların “prezident”, “xarici işlər naziri” və digər “rəsmi şəxslər” kimi qələmə verilməsi, eyni zamanda da Azərbaycanın daxilində qondarma bir rejimin mövcudluğu ilə bağlı bir fonun yaradılması əslində bizi narahat edən məqamlardan biridir. Düşünürəm ki, bununla bağlı bizim mövqeyimiz daim bəllidir. Bu, dövlət başçısı İlham Əliyevin simasında bəlli edilib. Bu həmçinin də xarici işlər nazirliyi, prezidentin köməkçisi səviyyəsində bəlli olan mövqe olub.   Amma diqqətinizə çatdırım ki, bu proseslər təsadüfi deyil. Bu gün Ermənistanın forpostu olduğu Fransa, Rusiya və bir sıra dövlətlər bu addımlardan başqa heç nə verə bilmirlər. Bir analogiya aparım: Fransa dövləti İkinci Qarabağ müharibəsi dönəmində bütün dünyaya hayqırdı, amma Azərbaycanın haqlı müharibəsinə qarşı heç bir addım ata bilmədi, yalnız özü özü üçün qətnamələr qəbul etdi, bəyanatlar verdi. Bunların da Azərbaycana heç bir təsiri olmadı və bundan sonra da olmayacaq. Bundan sonra nə baş verdi? Bu gün Frasa dövləti İkinci Qarabağ müharibəsindən sonra siyasi və diplomatik müstəvidə də aparılan mübarizədə Ermənistana heç nə vermək iqtidarında deyil. Onun Ermənistana verə biləcəyi yalnız və yalnız o addımları atmaq olar. Baxın, Emmanuel Makron anti-Azərbaycan bəyanatı verir, cinayətkar şəxslər Fransaya dəvət edilir, onlar televiziyalara çıxarılaraq “rəsmi şəxslər” kimi qələmə verilir. Bu bilirsiz nədən xəbər verir? Ondan xəbər verir ki, Fransa dövləti bu gün dünyada baş verən heç bir prosesə təsir mexanizmi olmayan, bu imkanlardan özü özünü yürütdüyü siyasətlə məhrum etmiş dövlətdir. Məhz buna görədir ki, Fransa sanki özünün hansısa bir prosesə təsir göstərmək imkanlarını göstərməyə çalışır, amma təbii ki, bu da mümkün deyil. Cənubi Qafqazda baş verən bu proseslərə müxtəlif təxribatçı addımlarla təsir göstərmək istəyir, bununla da Azərbaycanı inkişaf yolundan, o uğurlu addımlardan kənara çıxmağa məcbur etmək istəyir. Amma təbii ki, bütün bunlar hamısı əbəsdir”.

X.Bəşirovun fikrincə, Fransa dövləti bu gün prezident səviyyəsində anti-Azərbaycan bəyanatları verməkdən, heç bir hüquqi nəticə doğurmayan və kağız parçasından başqa bir şey olmayan qətnamələri qəbul etməkdən, eyni zamanda o cinayətkar ünsürləri Fransaya dəvət edərək dünyanın heç bir dövləti, heç bir təşkilatı, heç bir beynəlxalq subyekti tərəfindən tanınmayan bir separatçı dəstənin “rəhbərləri, vəzifəli şəxsləri” kimi  qələmə verməkdən başqa Ermənsitana heç bir şey verə bilməz. “O ərazidə sülhməramlı adı altında yerləşdirilmiş Rusiyanın hərbi kontingenti bu gün eyni addımları fərqli formada həyata keçirməyə çalışır. Onlar - Rusiyada, xüsusən də bu ölkənin Müdafiə Nazirliyində olan ermənipərəst qüvvələr Prezident  İlham Əliyev tərəfindən 44 günlük müharibədən sonra ayağının altına salınaraq tapdalanan qondarma erməni toponimlərini, real olmasa da, virtual şəkildə ermənilərə bəxs etməyə çalışır. Bu da ondan xəbər verir ki, bu gün Rusiyanın da Ermənistana verə biləcəyi bunlardan başqa şey deyil. Digər dövlətlərin də adlarını çəkmək olar. Məsələn, İran da mümkün qədər ermənipərəst siyasət yürütməyə çalışır, hansısa formada özünün qırmızı, qara, digər xətlərini səsləndirir. O dövlətlərin bu gün Cənubi Qafqazda söz və güc sahibi olan Azərbaycana heç bir təsir imkanları olmadığına görə bu cür anti-Azərbaycan addımları atırlar, Azərbaycana qarşı  təxtibatçı bəyanatlar verir, fikirlər səsləndirirlər. Eyni zamanda bu addımları atmaqla, sanki bu proseslərə təsir göstmək güclərini ortaya qoymağa çalışırlar. Lakin görürük ki, hər bir təxribatın cavabı olaraq Azərbaycan daha bir addım atır”.

X.Bəşirov hesab edir ki, özünü “vəzifəli şəxslər” kimi təqdim edən separatçılara qarşı Rusiya sülhməramlıları xüsusi cəza addımları atmalıdır.

X.Bəşirovun sözlərinə görə, Rusiya sülhməramlıları separatçı “dövlət adamlarına” qarşı addım atmırlarsa, bu onların separatçılar üçün qalxan rolu oynadığı anlamına gəlir. “Əslində, burada 2020-ci il 10 noyabr bəyanatı ilə tərəflərin üzərinə öhdəliklər qoyulur. Tərəflərdən biri də Rusiya sülhməramlılarıdır. Onların vəzifəsi ondan ibarətdir ki, sülh sazişinin imzalanması istiqamətində, ümumiyyətlə regionda keçmiş münaqişə tərəfləri kimi Azərbaycanla Ermənistan arasında sülhün bərqərar edilməsində öz üzərilərinə düşən vəzifəni yerinə yetirsinlər. Amma çox təəssüflər olsun ki, onların bu missiyadan kənar fərdi işlərlə məşğul olduqlarının şahidi oluruq. Bununla bağlı Azərbaycan tərəfin dəfələrlə onlara xəbərdarlığı olur. Özlərini “prezident”, başqa “vəzifəli şəxslər” kimi qələmə verən Araik Arutyunyan, Ruben Vardanyan, Babayan bu adla xarixi ölkələrdə özlərini təqdim edirlərsə, bu açıq şəkildə sülhə təhdiddir, sülhün yaranmasına maneçilikdir. Xaricə gedib orada özlərini müxtəlif qondarma adlarla təqdim edən separtçıların yenidən bizim əraziyə qayıtmasında məsuliyyət sülhməramlıların üzərinə düşür. Onların Qarabağdan çıxıb gedib özlərini hansısa dövlətlərdə “yüksək vəzifəli şəxslər” kimi təqdim etmələrinə Rusiya sülhməramlıları mane ola bilməzlər. Amma sülhməramlılar xarici ölkələrə gedib orada özlərini “prezident”, “nazir” kimi qələmə verən separatçıların yenidən Azərbaycan, Qarabağ ərazisinə daxil olmasına şərait yaratmamalıdır.  Ən yaxşı halda onları ora buraxmamalıdırlar. Yaxud da ki, əgər maksimum dərəcədə fəaliyyətlərini ortaya qoyublarsa onların zərərsizləşdirilməsi istiqamətində Azərbaycana şərait yaratmalıdırlar. Əgər bunları etmirlərsə, onda belə çıxır ki, sülhməramlılar orada sadəcə həmin şəxslər, eyni zamanda orda Azərbaycan ordusu, əsgər və zabitləri üçün təhdid yaradan qanunsuz silahlı birləşmələr üçün qalxan, müdafiəçi rolunu oynayırlar. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqının da bir səbr kasası var. 2020-ciilin 10 noyabrında üçtərəfli bəyanat imzalanarkən Rusiya sülhməramlılarının ora yerləşdirilməsi məsələsində Azərbaycan xalqında əks mövqe vardı. Amma təbii ki, dövlətimiz müəyyən şərtləri nəzərə alıb onları ora yerləşdirdi...”

Ermənistana bütün proseslərdə dəstək olan Rusiya üçün tarixi şans yarandı ki, heç olmasa Azərbaycan xalqının mövqeyində zərrə qədər də olsun bir dəyişiklik yaransın deyən X.Bəşirov vurğuladı ki, amma çox təəssüf, əksini görürük. “Rusiya sülhməramlıları unutmamalıdır ki, orada onlar 5 il müddətinə qədərdirlər. Amma bu 5 il o demək deyil ki, onlar bu kimi hallara göz yumacaqlar, separatçılar üçün təxribat törətməyə şərait yaradacaqlar. Azərbaycanın ixtiyarı var ki, sülhməramlıların vaxtından əvvəl oradan çıxarılması üçün mövqe bildirsin. Buna həm o bəyanatla, həm də beynəlxalq və Azərbaycanın daxili hüququ ilə haqqımız var” - deyə X.Vəşirov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ