Türkiyə mediası eks baş nazir, AKP üzvü Binali Yıldırım haqqındakı yeni iddialarla çalxalanır. Sosial medianın xəbərinə görə, onun özünə və uşaqlarına məxsus bütün dənizçilik şirkətlərini ani bir qərarla həyat yoldaşı Səmiha Yıldırımın adına keçirdiyi bəlli olub. Müxtəlif tarixlərdə Yıldırımın övladlarının və qohumlarının adına qeydiyyatdan keçmiş dərin dənizçilik şirkətləri həmin qərarla anonim bir gəmi daşıma şirkətinə toplanıb. Ardınca isə bu anonim şirkətin hissələri Binalı Yıldırımın həyat yoldaşı Səmiha Yıldırımın adına keçirilib. Bu prosesin hansı ticari məcburiyyət üzündən edildiyi açıqlanmır. Qeyd olunur ki, daha öncə Yıldırımın xarici banklardakı 480 milyon avro pulunun ölkəyə gətirilərək əl qoyulduğu xəbəri yayılıb. Lakin Yıldırım ailəsi bu barədə deyilənlərlə bağlı heç bir açıqlama verməyib. Əli TURABOV