çərşənbə günü, 11 noyabr 2026
     

Bakı ermənilərin Rusiya sülhməramlılarına olan ümidlərinin üzərindən birdəfəlik xətt çəkdi

Image


Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılma ehtimalının getdikcə artması Ermənistanda, elə Qarabağ erməniləri arasında da ciddi təşviş yaradıb. Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Hovik Ağazaryan  bu fonda diqqəti ona yönəldir ki,  azərbaycanlıların Qarabağı Ermənistanla birləşdirən yolu bağlamasına rus sülhməramlı qüvvələrinin cavab verə bilməməsi Bakının üstünlüyünün nümayişidir.

Onun sözlərinə görə,  yolun bağlanması kimi oxşar hərəkətlər yenə olacaq. Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan isə qeyd edir ki, “Qarabağ rəhbərliyi” Ermənistan rəhbərliyinə arxalana bilməz, onlar, xüsusilə Rusiya Federasiyası və Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müvafiq işlər görməlidirlər. Onun sözlərinə görə, bu gün ciddi addımlar atılmalıdır ki, 10 noyabr sənədinin müddəti bitdikdən sonra da sülhməramlı qüvvələrin fəaliyyəti uzadılsın. “Nə etmək lazımdır ki, azərbaycanlıların Qarabağdan Ermənistana gedən yolu bağlaması vəziyyəti təkrarlanmasın” sualına cavab olaraq Ohanyan deyib: “Ermənistan hakimiyyəti ilk növbədə Qarabağ sakinlərinin varlığı, yaşaması və fəaliyyəti haqqında konsepsiya hazırlamalıdır. İstiqamətlərdən biri xarici siyasətdir və onun çərçivəsində Qarabağ sakinlərinin təhlükəsizlik məsələlərini həyata keçirən sülhməramlı qüvvələrlə əlaqələr aydınlaşdırılmalıdır. Azərbaycanlılarla danışıq aparan onlardır, bu nüanslara nəzarət edirlər və bütün bunları Azərbaycandan tələb etmək lazımdır. Onlara elə gəlir ki, Türkiyə-Azərbaycan tandemi qarşısında sussaq, heç nə deməsək, üsyan etməsək, azərbaycanlılar da susacaq. Əksinə, yeyəndə iştaha açılır”. Ermənistanın sabiq müdafiə naziri deyib ki, 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistana qarşı davamlı təzyiqləri davam edir: “Azərbaycanlılar deyirlər ki, onlar düzgün iş görürlər. İkincisi, onlar erməni xalqını işğalçı kimi təqdim edir. Onlar təzyiqləri davam etdirirlər ki, biz Ermənistan-Azərbaycan münasibətlərinin formalaşmasında 5 bənd təqdim etmişik və Ermənistan onları yerinə yetirməlidir. Deyirlər ki, əks tədqirdə problemimizin sonuna, hətta Zəngəzur dəhlizinə qədər gedəcəyik. Bu cür hərəkətlər gələcəkdə də Qarabağda, Qarabağ ətrafında baş verəcək”. Erməni ekspert Artur Martirosyan da vəziyyətin ağır olduğunu bildirir: “Əgər Rusiya Qərblə hazırkı qarşıdurmada zəifləsə, o zaman Gürcüstan və Azərbaycandan qoşunlarını əvvəllər çıxardığı kimi, sülhməramlılarını da Qarabağdan çıxaracaq”. Onun sözlərinə görə, hər şey Qarabağdakı sülhməramlıların Rusiyanın həyati marağına cavab verib-verməməsindən və ya onunla alver etməyin mümkün olub-olmamasından asılıdır: “Nədənsə biz hesab edirik ki, sülhməramlıların mövcudluğu daimi xarakter daşımalıdır. Halbuki, beynəlxalq münasibətlərdə belə şey olmur. 2025-ci ilə qədər Rusiyada nə dəyişəcək? Sabah Rusiyanın maraqları dəyişə bilər. Bakı sülhməramlıları gözdən salır və istisna deyil ki, 2025-ci ildən sonra onların Qarabağdan çıxarılması artıq müzakirə olunub”. Martirosyan rus sülhməramlıların mövqelərinin zəif olduğunu da qeyd edib: “Onlar heç vaxt güc tətbiq etməyəcək, bu isə Qarabağdakı ermənilərin narazılığına səbəb olacaq, Ermənistanda isə düşünəcəklər ki, sülhməramlılar öz vəzifələrinin öhdəsindən gəlmir. Ona görə də ən pis varianta hazırlaşmaq lazımdır. Siz başa düşməlisiniz ki, 2025-ci ildə sülhməramlılar indi etdiklərini etməyə bilərlər. Bu halda Azərbaycan güc tətbiq edəcək”. O vurğulayıb ki, Ermənistan Rusiyanı arbitr kimi görür, ancaq Moskva üzərinə belə bir funksiya götürməyib: “Rusiya yalnız vasitəçidir, arbitr deyil, vasitəçi isə tərəfləri güclə heç nəyə məcbur edə bilməz. Vasitəçi təklif verə, inandırmağa çalışa bilər. Ermənistan buna hazır olmalıdır. Lavrov deyir ki, biz Qarabağın statusunu gələcəyə saxlamağı təklif edirdik, ancaq İrəvan digər variantlar ətrafında müzakirələr apardı, sonra yenə Moskva variantına qayıtdı, ancaq artıq Rusiya əvvəlki təklifləri davam etdirə bilməz. Çünki Paşinyan Əliyevin siyasətinə uyaraq, Qərbdə müəyyən danışıqlara razılaşaraq Rusiyaya problem yaradıb. Əliyev Moskvaya Qərbdəki danışıqların səbəblərini izah edə bilər, lakin Paşinyanın izahatları Rusiya üçün qəbuledilməz olacaq, çünki Moskvanın Ermənistandan gözləntiləri fərqlidir”.

Rusiyalı hərbi analitik İqor Korotçenko da qeyd edir ki, İrəvan Bakı ilə problemlərini həll etməli,  sülhməramlıların uzun müddətə Azərbaycanda qalacağına ümid etməməlidir: “Xarici işlər nazirlərinin Moskvadakı danışıqları göstərdi ki, Rusiya və Azərbaycan həm Bakı ilə İrəvan arasında münasibətlərin tezliklə normallaşması, həm də dəyişən dünyada irəliləmək məsələsində eyni istiqamətə baxırlar. Moskva Azərbaycan və Ermənistan arasında nizamlanma yolunda effektiv vasitəçi olmaq üçün hər cür səy göstərir. Biz bilirik ki, Ermənistanın açıq-aşkar anti-Azərbaycan mövqe tutan Fransanı danışıqlar yoluna çəkmək cəhdləri Bakının Brüsseldəki danışıqlardan imtina etməsi ilə yekunlaşdı. Odur ki, Moskvada Lavrovla Bayramovun görüşü Bakının Ermənistanla Rusiyanın vasitəçiliyi əsasında danışıqları davam etdirməyə hazır olmasının təsdiqidir. Və Rusiyanın vasitəçiliyi bir daha təsdiq etdi ki, sülh müqaviləsi üçün əsas məsələ Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, eləcə də Qarabağın Azərbaycanın olması ola bilər”. Onun sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, Rusiyada Azərbaycanla eyni səmtə baxmayan qüvvələr var. Bunlar Rusiya siyasi sisteminin reallıqlarıdır: “Amma Sergey Lavrovun açıqlaması ondan ibarətdir ki, Rusiya üçtərəfli bəyanatın bəndlərinə əməl edilməməsi ilə bağlı Azərbaycanın narahatlığına səbəb olan məsələləri həll edir. Bu son dərəcə vacibdir. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlılarının komandanı bildirib ki, Laçın dəhlizində mini-gömrük postunun yaradılması Azərbaycan tərəfi ilə müzakirə olunub. Rusiyanın bütün səviyyələrdə tanıdığını və bəyan etdiyini əsas götürərək demək olar ki, Qarabağ Azərbaycandır, istənilən qanunsuz fəaliyyət, o cümlədən təbii sərvətlərin mənimsənilməsi, Qarabağ bölgəsində qiymətli metalların çıxarılması qanunsuzdur. Qeyd edək ki, bu istehsalın son benefisiarları Qərb şirkətləridir. Bunların hamısı tamamilə qanunsuz fəaliyyətlərdir. Ona görə də Bakının ətraf mühitin monitorinqi ilə bağlı tələbləri tamamilə ədalətlidir”.

Bu fonda erməni siyasi analitiki Tevos Arşakyan qeyd edir ki, Azərbaycan ekoloqlarının Rusiya sülhməramlılarının köməyilə Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir: “Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə bütün bu ərazilər Bakının tam nəzarətinə keçəcək”. Azərbaycan isə bu xüsusda məqsədinə nail olmaq üçün Laçın dəhlizinə nəzarət-keçid postu qurmaq planında israrlıdır və hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ