MHP lideri Devlet Bahçelinin açıqlamasına görə, İmralı adasında Abdullah Öcalan üçün xüsusi ev (dubleks villa tipli tikili) inşa edilib. Həbsxana ərazisində yerləşən bu tikili iki mərtəbəlidir. Alt mərtəbə iş otağı/ofis, üst mərtəbə isə yaşayış sahəsi kimi nəzərdə tutulub. Qapalı sahəsi təxminən 250 kvadratmetrdir. Qarşısında həm əkin-tikinti üçün torpaq sahəsi, həm də idman üçün beton hissəsi olan divarla əhatə olunmuş bağçası var.
Öcalan hələlik bu evə köçməkdən imtina edib. O, müəyyən hüquqi/təşkilati proseslərin və çərçivə qanununun tam həyata keçməsini, həmçinin yaradılacaq müvafiq qurumlarda vəzifə almasını gözləyir. Eyni zamanda, yanına köməkçi olaraq bəzi yaxınlarının və ya qohumlarının gəlməsini istədiyi də bildirilir.
Məşhur terrorçubaşına bu ayrıcalığın niyə edildiyi barədə isə danışılmır. Maraqlıdır…
Əli TURABOV