"Qazprom Armenia" şirkətinin mətbuat xidmətinin məlumatına görə, Rusiya ərazisində planlaşdırılan təmir və texniki xidmət işləri səbəbindən Rusiyadan Ermənistana təbii qaz tədarükü müvəqqəti olaraq dayandırılacaq. Şirkətin açıqlamasında qeyd olunur ki, planlaşdırılan dayandırma Rusiya ərazisindən keçən Şimali Qafqaz - Transqafqaz qaz kəmərinə təsir edəcək. Təchizat sentyabrın 15-dən 25-dək dayandırılacaq. Şirkət əlavə edib ki, daxili ehtiyatlar və İrandan əlavə təbii qaz tədarükü sayəsində bu müddət ərzində ölkədəki istehlakçılar fasiləsiz və etibarlı qaz təchizatı ilə təmin olunacaqlar.
Ekspertlər isə bunu Rusiya-Ermənistan münasibətlərinin hazırkı fonunda nəbz yoxlanışı hesab edir.
SAMİRƏ